Azərbaycan mədəniyyətində əlamətdar hadisə baş verib - FOTO
Hər bir sənət adamı öz yaradıcılığı boyunca gec-tez lazımi dəyərini tapır, layiq olduğu mükafatını alır. Bu gün qarşımızda daha bir fəxri mükafatın təltifçisi, yeni bir ad var.
BiG.AZ xəbər verir ki, şairə Gülər Əlvanqızı "Türk Dünyası Araştırmaları Uluslararası İlimler Akademisi"nin beynəlxalq mükaftlandırma komissiyası tərəfindən, 23 yanvar 2023-cü il tarixli qərarına əsasən, "Türk Dünyası Fahri Kültür Adamı" beynəlxalq mükafatı ilə təltif olunub.
Gülər Əlvanqızı kimdir?
İxtisasca həkim olan bu xanım, həm də ürəyi şeiriyyətlə dolu olan yazıb-yaratmaq eşqilə çırpınan bir şairədir. Neçə-neçə şeirlərin, müəllifi olan Gülər Əlvanqızının "Ürək dağı" adlı ilk şeir kitabı 2021-ci ilin dekabr ayında Türkiyənin paytaxtı olan Ankara şəhərində "Gülnar yayınları" nəşriyyatında çapdan çıxıb. Bundan əlavə, onun vətənpərvərlik mövzusunda yazdığı şeirlərinin bir qismi Bakı şəhəri "Qayğı və Himayə" Xeyriyyə Fondunun 2022-ci ildə təsis etdiyi "Zəfər təntənəsi" adlı şeir kitabında dərc edilib.
Gülər Əlvanqızının şeirləri bir çox mahnıların söz mənbəyi olub. Onun İkinci Qarabağ müharibəsi illərində canından keçmiş oğullarımızın xatirəsinə ithaf etdiyi, bəstəkar Aytən Oqtayqızı tərəfindən bəstələnmiş "Vətən şəhidi" mahnısı Azərbaycanın Xalq artisti Samir Cəfərovun ifasında dönə-dönə səsləndirilib. Şairənin "Azərbaycan – Türkiyə" qardaşlığına həsr etdiyi şeirinə bəstəkar Orxan Lətifzadə tərəfindən bəstələnmiş eyniadlı mahnı müğənni Vasif Bayramovun ifasında həm Azərbaycanda orkestrin müşayiəti ilə, həm də Türkiyədə Şuşa ilinə həsr edilən tədbirlər çərçivəsində təşkil edilmiş, Ankara-Ümraniye bələdiyyəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə səsləndirilib.
Bundan başqa, şairənin şeirlərinə bəstələnmiş mahnılar Əməkdar artistlər İlham Nəzərov, İnarə Babayeva və gənc müğənnilər Beynəlxalq mükafat laureatları Rüfət Piriyev, Teymur Kazımov tərəfindən peşəkarcasına ifa edilib.
G.Əlvanqızının həyat yoluna diqqət etsək, görərik ki, onun seçdiyi peşə yolu dünyaya göz açdığı həyat yolu ilə üst-üstə düşür. O, həm bir həkim, həm də yaradıcı insan kimi millətinə, xalqına xidmət etməkdən doymur. Ürəyi insani hisslərlə, sevgi ilə dolu olan Gülər Əlvanqızı öz şeirlərindən birində belə deyir:
Dünyamız üzlüməsin, ağlamasın analar,
Nakam, başsız qalmasın o gül üzlü sonalar!
Qoy çəkilsin üzlərdən birdəfəlik kədər, qəm!
Bütün insanlar üçün Rəbbə dua edirəm!
Duyğularını qələmə sarmış bu xanım, inanırıq ki, hələ neçə-neçə şeirlərə imza atacaq, dünyaya insanlara olan sonsuz məhəbbətini şeirin dili ilə əks etdirəcək. Bizə isə uğurlar diləmək düşür.


BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1173 Tarix: 06 fevral 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşŞahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan Prezidenti İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib. BİG.AZ -a istinadən xəbər verir ki, təbrikdə deyilir:. "Pakistan xalqı və Hökuməti adından, eləcə də şəxsən öz adımdan Azərbaycanın 44 günlük Vətən müharibəsind
07.11.2026 182 "Tut Əlimdən" Uşaq Reabilitasiya Mərkəzində tarixi Zəfərin ildönümü münasibətilə bayram şənliyi keçirilib - Foto
"Tut Əlimdən" Uşaq Reabilitasiya Mərkəzində tarixi Zəfərin ildönümü münasibətilə bayram şənliyi keçirilib. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, mərasimdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva, Çinin Azərbaycandakı səfiri Lu Mey
07.11.2026 183 Belarus ərzaq məhsullarının ixracını 20 milyard dollara qədər artıra bilər
Belarasda aqrar sənaye məhsullarının ixracını ildə 20 milyard ABŞ dollarına qədər artırmaq lazımdır. "Report" BELTA agentliyinə istinadən xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib. Onun sözlərinə görə, bu sahədə əsas məsələ nəticədir: "Nəticə var, ona görə d
07.11.2026 185 İlham Əliyev: "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!" - Video
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 8 Noyabr - Zəfər Günü ilə bağlı videoçarx paylaşıb. BİG.AZ xəbər verir ki, videoçarxın mətnində deyilir:. "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır
07.11.2026 186 Əməkhaqlarında kəskin artım gözlənilir?
Son günlər sosial şəbəkələrdə pensiya və sosial müavinətlərin artırılması ilə bağlı müzakirələr yenidən gündəmə gəlib. Sosial şəbəkələrdə zaman-zaman yüksək vəzifəli şəxslərin əməkhaqqı və təminatlarında müşahidə olunan artımlarla pensiya və müavinət artımları müqayisə edilərək sosial ödənişlərin d
00:23 86 Bu tarixlərdə Bakıda GÜCLÜ KÜLƏK ƏSƏCƏK - XƏBƏRDARLIQ
Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə noyabrın 8-9-da güclü külək əsəcək. BİG.AZ xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Mingəçevir, Naftalan
07.11.2026 223 Azərbaycan mədəniyyət ictimaiyyəti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanlayıb
Azərbaycan mədəniyyət ictimaiyyəti Azərbaycan Prezidenti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanlayıb. BİG.AZ -a istinadən təbrik mətnini təqdim edir:. "Möhtərəm cənab Prezident, 8 noyabr - Zəfər Günü Azərbaycan torpaqlarının işğaldan azad olunması, ərazi bütövlüyümüzün və suverenliyimizi
07.11.2026 180 Qazaxıstan və Tacikistan ticarət sahəsində əməkdaşlığı müzakirə edib
Qazaxıstan və Tacikistan ticarət, o cümlədən nəqliyyat və logistika, energetika sahələrində əməkdaşlığın genişləndirilməsini müzakirə edib. "Report" Akordaya istinadən xəbər verir ki, bununla bağlı müzakirələr Astanada Tacikistan Prezidenti Emoməli Rahmon ilə Qazaxıstan dövlət başçısı Kasım-Jomar
07.11.2026 172 XİN-dən bəyanat: "Heç bir qüvvə xalqımızın iradəsini sarsıda bilməz"
"8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinin ən şanlı səhifələrindən biridir. Bu əlamətdar gün 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin, xalqımızın milli birliyinin, sarsılmaz iradəsinin, əzminin və Vətənə bağlılığının rəmzidir". BİG.A
07.11.2026 175