Messi Dünya kuboku ilə yatmasının tarixçəsini danışdı
Argentina milli futbol komandasının kapitanı Lionel Messi 2022-ci il çempionatını qazandıqdan sonra yataqda Dünya kuboku ilə şəklinin tarixçəsini danışıb.
Onun sözlərinə görə bu yarımmüdafiəçi Rodriqo de Polonun təşəbbüsü olub.
"Biz (Argentinaya) səhər tezdən çatdıq, çox az yatdıq. Saat qurşaqlarını dəyişdikdən sonra maksimum bir-iki saat. Səhər altı idi və mən artıq televizoru açmışdım. Otağımla üzbəüz Rodriqo və Otamendi qalırdılar. Çox güman ki, mənim hamama getdiyimi və televizoru açdığımı eşitdilər. Bilmirəm niyə, amma o gecə kubok məndə qalmışdı, otağımda idi. Rodriqo içəri girəndə mən onunla oturmuşdum. O, mənə baxdı və dedi: "Uzan, mən sənin şəklini çəkəcəyəm", - deyə Messi danışıb.
Yeri gəlmişkən, bir müddət əvvəl Messinin nümayiş etdirib poza verdiyi kubokun saxta olduğu ortaya çıxmışdı.
Xatırladaq ki, dekabrın 18-də Qətərdə keçirilən 2022-ci il Dünya çempionatının finalında Argentina millisi Fransa yığmasını üstələyib və kubokun yeni sahibi olub. Əsas vaxt 2:2 hesabı ilə başa çatıb. Əlavə vaxt da komandaların qol mübadiləsi ilə yekunlaşıb. Penaltilər seriyasında isə argentinalılar daha dəqiq olublar (4:2).
Messi turnirin ən yaxşı oyunçusu seçilib.(oxu.az)
BiG.Az
Telegramda izləyin
İdman Baxılıb: 1048 Tarix: 04 fevral 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Neftçi" 4 qol buraxaraq uduzdu - Video-Yenilənib
"Neftçi" bu gün UEFA Konfrans Liqasının II təsnifat mərhələsində mübarizəyə start verəcək. "Qafqazinfo" xəbər verir ki, "ağ-qaralar" ilk oyunda doğma meydanda Belarusun "Dinamo" (Minsk) klubunu qəbul edəcək. Görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Qeyd edə
22.07.2026 129 Dünya bu görüntülərdən danışır - Fotolar
Bu gün tarixin 23-cü mundialının - DÇ-2026-nın qalibi müəyyənləşib. Axşam.az xəbər verir ki, həlledici görüşdə son çempion Argentina İspaniya yığması ilə üz-üzə gəlib. Nyu-York yaxınlığındakı "New York New Jersey Stadium"da keçirilən görüşdə İspaniya dünya çempionu olub. Bu, Argentina üçü
20.07.2026 438 Mahir Emreli klubunu dəyişdi - RƏSMİ
Azərbaycan milli komandasının hücumçusu Mahir Emreli karyerasını Polşada davam etdirəcək. xəbər verir ki, 29 yaşlı futbolçu "Rakuv" klubuna transfer olunub. Bu barədə Polşa təmsilçisi rəsmi sosial şəbəkə hesablarında məlumat yayıb:. "61 dəfə Azərbaycan milli komandasının formasını geyinmi
19.07.2026 269 Messi dünya çempionatlarında heç kimin edə bilmədiyini etdi
Lionel Messi futbol tarixinə dünya çempionatlarında ardıcıl yeddi oyunda qol vuran ilk futbolçu kimi düşüb. "Çempionat" portalına istinadən xəbər verir ki, Argentina millisinin kapitanı 2026-cı il dünya çempionatının qrup mərhələsinin son turunda İordaniya ilə oyunda da fərqlənərək möhtəşə
28.06.2026 381 Orelyen Çuameni zədə səbəbindən Paraqvaya qarşı matçı buraxa bilər
Fransa yığmasının yarımmüdafiəçisi Orelyen Çuameni DÇ-2026-nın 1/8 finalında Paraqvay millisinə qarşı matçı buraxa bilər. "Report" "RMC Sport"a istinadən xəbər verir ki, oyunçu bud nahiyəsindəki zədə səbəbindən narahatlıq hiss edir. Futbolçunun 1/4 finala qədər bərpa olunacağı gözlənilir
04.07.2026 315 Onları DÇ-2026-da kəşf etdik - ADLAR
2026-cı il dünya çempionatı təkcə möhtəşəm oyunlar və rekordlarla deyil, həm də yeni futbol ulduzlarının üzə çıxması ilə yadda qaldı. Turnirdə gözlənilməz performans sərgiləyən bir sıra futbolçular həm komandalarının uğurunda əsas rol oynadı, həm də Avropanın aparıcı klublarının diqqət mərkəzinə düşdü
15.07.2026 373 "Hər şey yaxşı olsa, keçid baş tutacaq"
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının birinci təsnifat mərhələsində İslandiyanın "Vestri" klubuna qarşı oyundan öncə mətbuat konfransında çıxış edib. "Qafqazinfo" xəbər verir ki, o, əvvəlcə matç barədə danışıb:. "Sabah"ı qələbə münasibətil
08.07.2026 322 ABŞ argentinalı futbolçuların siyasi pankart qaldırmasına münasibətini açıqladı
Rəsmi Vaşinqton dünya çempionatı (DÇ-2026) oyunlarında argentinalı futbolçuların Folklend adaları ilə əlaqədar etirazlarını bildirmək hüququnu müdafiə edir. xəbər verir ki, bu barədə "Sky News" telekanalının əməkdaşı Rob Harris məlumat verib. Ağ Evin 2026-cı il dünya çempionatı üzrə işçi qrupunu
18.07.2026 239 "Barselona" Jül Kundeni "Mançester Yunayted"ə təklif edib
İspaniyanın "Barselona" klubu müdafiəçisi Jül Kundeni İngiltərənin "Mançester Yunayted" komandasına təklif edib. "Report" "TEAMtalk"a istinadən xəbər verir ki, Kataloniya təmsilçisi 27 yaşlı fransalı futbolçu üçün 50 milyon avrodan çox məbləğ tələb edir. Həftəli
04.07.2026 305