Tələbə anasını başqa kişi ilə yazışanda tutdu: "Ürəyim, hardasan?.." - Ağdamda şok olay

Tələbə anasını başqa kişi ilə yazışanda tutdu: "Ürəyim, hardasan?.." - Ağdamda şok olayAğdam rayonunda 2000-ci il təvəllüdlü Elşən qısqanclıq zəminində anası Xatirəyə (adlar şərti verilib – red.) xəsarət yetirib.

BiG.AZ Teleqraf.com-a istinadla xəbər verir ki, Elşən yaşadıqları evin yataq otağında anası Xatirənin atası Musa ilə rəsmi nikahda yaşamasına baxmayaraq vatsapda başqa şəxslə mesajlaşdığını bilib.

Buna görə mətbəx bıçağı ilə anasını bıçaqlayıb. Qadın aldığı xəsarətlə xəstəxanaya yerləşdirilib. Ona vaxtında tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub.

İstintaq orqanı tərəfindən Elşənin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Elşən bildirib ki, Gəncə Dövlət Universitetinin qiyabi şöbəsinin Turizim və otelçilik fakültəsinin 2-ci krus tələbəsidir: "Anam Xatirənin kiminləsə mobil telefon vaistəsi ilə yazışmasından şübhələnsəm də, həmin şəxsin kimliyini müəyyən edə bilməmişəm. Anamla əvvəllər bu barədə söhbət etmişəm. O, belə bir iş görmədiyinə məni inandırdı".

Təqsirləndirilən şəxsin ifadəsinə görə, hadisə günü günorta vaxtı anasının istifadə etdiyi "Samsunq" markalı mobil telefonu ondan xəbərsiz götürüb: "Yoxlayanda anamın Elmir adlı şəxsə vatsapda "Elmirim, ürəyimmm, haralardasan" və digər mesajlar yazdığını gördüm. Bundan əsəbləşdim. Heç kimə heç nə demədən qoyun otarmağa getdim.

Həmin gün saat 21 radələrində sahədən evə qayıtdım. Yuyunmaq istəyəndə anamın özünü şübhəli aparmasından bir daha əsəbləşdim. Yazdığı mesajlara görə onu cəzalandırmaq fikirinə düşdüm. Mətbəxdə işlətdiyimiz bıçağı götürdüm və evin yataq otağında anama yaxınlaşdım. Bıçaqla bir dəfə anamın qarın nahiyəsindən vurdum. Sonra isə bıçağı hadisə yerinə ataraq evdən küçəyə çıxdım, anamın istifadə etdiyi mobil telefonla Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng etdim, hadisə barədə məlumat verdim".

Təqsirləndirilən şəxs qeyd edib ki, sonra atası Musa ona zəng edib: "Atama evə gələndən sonra hadisə barədə məlumat verəcəyimi bildirdim. Bir qədər sonra polis əməkdaşları yaşadığım ünvana gəldi. Mən də evimizə qayıdaraq hadisəni törətdiyimi etiraf etdim. Mənim iştirakımla hadisə yerinə baxış keçirildi. Anama xəsarət yetirdiyim bıçağı, hadisə zamanı əyinimdə olan paltarları və anama məxsus mobil telefonu təqdim etdim".

Cinayət işi üzrə zərərçəkmiş qismində ifadə verən Xatirənin sözlərinə görə, xəstəxanada tibbi bacısı işləyib: "Elmirlə təxminən hadisədən bir il əvvəl tanış olmuşam. Elmirin idarə etdiyi mikroavtobusla xəstəxanaya işə gedib-gəlmişəm. İstifadəmdə olan mobil telefon nömrəsi Elmirdə olub. O, vatsapda mənə mesaj yazdı, məndən xoşu gəldiyini bildirdi. Mən də ondan xoşlandığımı bildirdim. Aramızda xoş münasibət yarandı. Bir-birimizə müxtəlif səpgidə sevgi mesajları yazdıq. Mobil telefonla danışıqlarımız da olub. Bu barədə oğlum Elşən mənə bildirsə də, başqa şəxslə heç bir münsibətimin olmadığına inandırdım".

Zərərçəkmiş qeyd edib ki, hadisə günü saat 21 radələrində evlərində oğlu Elşənlə ikisi olublar: "Elşən mobil telefonumu məndən xəbərsiz götürdü. Telefona baxanda Elmirlə mesajlaşmamı gördü. Bundan əsəbləşərək mətbəxdən götürdüyü bıçaqla yataq otağında ayaq üstündə olan anda qarın nahiyəmdən vurduqdan sonra evdən həyətə qaçdı. Mən isə evdə qaldım. Təxminən 20 dəqiqə sonra ərim və polis əməkdaşları yaşadığım evə daxil oldu. Həmin vaxt huşumu itirdim".

Xatirə ifadəsinin sonunda oğlu ilə barışdığını, ondan heç bir şikayətçi olmadığını deyib. Şahid qismində ifadə verən Musanın sözlərinə görə, Xatirə ilə 1998-ci ildə ailə qurub və onların iki oğlanları var.

Hadisə günü toyuqlara yem almaq üçün Ağdam rayonu, Zəngişalı kəndinə getdiyini deyən şahid bildiribn ki, arvadı ilə oğlu Elşən evdə qalıblar: "Elşən saat 21 radələrində Xatirənin istifadəsində olan nömrədən mənə zəng etdi və məni evə çağırdı. Nə baş verməsini evə gələndən sonra biləcəyimi dedi.

Evə çatanda həyətdə Ağdam rayon polis şöbəsi əməkdaşlarını gördüm. Polislər mənə bildirdilər ki, Elşən 102 xidmətinə zəng edərək anasına bıçaqla xəsarət yetirməsi barədə məlumat verib. Polis əməkdaşları ilə birlikdə evə daxil olanda Xatirəni mətbəxdə su ilə üzünü yuduğunu gördüm.

Xatirənin qarın nahiyəsindən qan axdığı üçün onun qoluna girdim, mətbəxdən çıxaranda huşunu itirdi. Polis əməkdaşlarının köməkliyi ilə Xatirəni Ağdam rayon Mərkəzi Xəstəxanasına apardıq".

Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmə Elşənin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsini tətbiq edib. Ona 1 il sınaq müddəti olmaqla 3 il şərti cəza verilib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1896   Tarix: 01 fevral 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18.09.2021 523
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245
.

Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO

Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald

18.09.2021 1949
.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17.09.2021 2089
.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.