ƏDV bu evlərə görə geri qaytarılır - Qaydalar
Sosial şəbəkələrdə son illərdə nağdsız qaydada alınan bütün evlərə görə ƏDV qaytarılması ilə bağlı məlumatlar yayılıb. Artıq ev alan və ya almağa hazırlaşan vətəndaşlar evin məbləğinə müvafiq olaraq qaytarılacaq pulu hesablayır və onu necə geri alacaqları ilə maraqlanırlar.
Bununla bağlı "Qafqazinfo"ya da kifayət qədər müraciət daxil olduğu üçün məsələyə aydınlıq gətirməyə çalışdıq.
Mənzil alışı sahəsində ƏDV qaytarılması proseduru necə tənzimlənir?
Nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin qaytarılması Prezident İlham Əliyevin 2022-ci il 25 may tarixli "Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası" Fərmanı ilə təsdiq edilib.
Yeni qaydaya görə, vətəndaş ev alarkən ödədiyi ƏDV-nin 30 faizini geri ala biləcək. ƏDV qaytarılması yalnız nağdsız ödənişlərə aiddir və onlayn, bank və notariusda həyata keçirilə bilər. Əgər vətəndaş mənzili hissəvi ödənişlə alıbsa, ƏDV-nin qaytarılması üçün məbləği tam ödəməli və bundan sonra 90 gündən gec olmayaraq müraciətini tamamlamalıdır.
İpoteka ilə alınan evlərdə isə məbləğ bank tərəfindən tam ödənildiyi üçün dərhal ƏDV alınması üçün müraciət etmək olar.
Burada bir məqam var ki, qayda 2020-ci il yanvarın 1-dən sonra, yalnız birbaşa MTK-dan alınan yaşayış sahələrinə şamil olunur. Yəni "ikinci əl" ev alan vətəndaşlar bu qərardan yararlana bilmirlər.
MTK-lara daxili qaydada edilmiş ödənişlər də nəzərə alınmır. Qayda yalnız bank yolu ilə ödənilən ödənişlərə şamil olunur.
Dövlət vergi xidməti bununla bağlı xüsusi portal istifadəyə verib. Tikinti şirkətləri portalda elektron qaimə tərtib etməli, alıcı isə qaiməni təsdiqləməlidir.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1165 Tarix: 01 fevral 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşSeuta böhranı: Miqrasiya dalğasının arxasında geosiyasi hesablar
İspaniyanın Şimali Afrikadakı anklavı Seuta son günlər Mərakeşdən gələn qanunsuz miqrant axını səbəbindən ciddi humanitar və təhlükəsizlik böhranı ilə üzləşib. Kütləvi miqrasiya dalğasından sonra şəhərdə faktiki olaraq miqrasiya böhranı yaşanır". Seuta rəhbəri Xuan Xesus Vivas bildirib ki, qəbu
14:52 176 Şirvan kanalı bərpa edildi - Foto
Şirvan kanalının Göyçay rayonu ərazisindən keçən, sızma baş vermiş hissəsindəki bənd artıq bərpa edilib. Hazırda təmir-bərpa işləri tam yekunlaşdırılıb. "Qafqazinfo" xəbər verir ki, Yevlax, Ağdaş, Göyçay, Ucar və Zərdab rayonlarında suyun verilişi bərpa olunub. Hacıqabul, Ağsu, Kürdəmir v
17:12 169 Qırmızı ekran problemi yaşayan telefon sahiblərinə Samsung-dan təklif
Samsung qırmızı ekran problemi ilə bağlı istifadəçilərin şikayətlərinə münasibət bildirib. xarici KİV-ə istinadən xəbər verir ki, iyun ayında şirkətin flaqman modeli olan Galaxy S26 Ultra smartfonunun bəzi istifadəçiləri ekranda qırmızı ləkələrin yarandığını bildiriblər. Avqustun əvvəlində məsələ il
12:00 197 Kobaxidze: "Gürcüstan müxalifəti xarici qüvvələrin göstərişi ilə hərəkət edir"
Gürcüstan müxalifəti xarici qüvvələrin göstərişi ilə Rusiyaya qarşı mənfi münasibət formalaşdırıb. xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze özünün "Facebook" hesabında paylaşım edib. Baş nazir bildirib ki, "vətəni olmayan" bəzi Gürcüstan vətəndaşlarının ürəy
10:49 156 Ukraynaya gecə hücumu: Zelenski son vəziyyəti açıqladı
Ukrayna Prezidenti Volodimir Zelenski Kiyev və ətraf bölgələrə gecə saatlarında həyata keçirilən kütləvi hava hücumu ilə bağlı açıqlama verib. xəbər verir ki, o, bununla bağlı Telegram kanalında paylaşım edib. Zelenskinin sözlərinə görə, hücum zamanı Ukrayna ərazisinə 24 ballistik raket, 4 "Tsirkon"
12:50 221 Deputatın qardaşı vəfat etdi
Milli Məclisin deputatı Səyyad Arana ağır itki üz verib. saytı xəbər verir ki, onun qardaşı Elcay Salahlı vəfat edib. Mərhumun ürəktutması nəticəsində dünyasını dəyişdiyi bildirilib. Allah rəhmət eləsin
10:59 178 Abşeronda yanacaqdoldurma məntəqəsinin ərazisində güclü yanğın olub - VİDEO
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Abşeron rayonu, Məmmədli kəndində yanacaqdoldurma məntəqəsinin ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub. bununla bağlı FHN-in Mətbuat Xidmətinə istinadən xəbər verir. Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziy
10:24 221 "İkinci Yer"in izləri tapıldı
Alimlər Yerdən təxminən 49 işıq ili uzaqlıqda yerləşən ekzoplanetdə atmosferin mövcudluğuna dair mühüm dəlillər əldə ediblər. Tədqiqatçılar hesab edirlər ki, LHS 1140b adlı planet həyat üçün əlverişli şəraitə malik ola biləcək ən maraqlı namizədlərdən biridir. "Qafqazinfo" xəbər verir ki, "Supe
04.08.2026 367 Tokayev, Rəhmon və Mirziyoyevdən Paşinyana təbrik mesajı
Qazaxıstan, Tacikistan və Özbəkistan prezidentləri Qasım-Jomart Tokayev, Emoməli Rəhmon və Şavkat Mirziyoyev Ermənistanın Baş naziri Nikol Paşinyanı yenidən bu vəzifəyə seçilməsi münasibətilə təbrik ediblər. xəbər verir ki, bu barədə Qazaxıstan Prezident Administrasiyasının mətbuat xidməti - Aqorda "Telegram"
11:11 171