Azərbaycan çempionu: "Əsas hədəfim Dünya Kuboku ilə bağlıdır"

Azərbaycan çempionu: "Əsas hədəfim Dünya Kuboku ilə bağlıdır""Planlarım tam dəqiqləşməyib, amma əsas hədəfim Dünya Kuboku ilə bağlı olacaq. Bu yarış həmişə vacibdir".

Oxu.Az xəbər verir ki, bunu şahmat üzrə Azərbaycan çempionu Vasif Durarbəyli Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətinə müsahibəsində deyib.

Qrossmeyster bildirib ki, sözügedən yarışın Bakıda keçirilməsi isə turnirin əhəmiyyətini daha artırır: "Dünya Kubokuna ciddi hazırlaşmağı düşünürəm".

O, ölkə çempionatında qələbə qazanmasını belə şərh edib: "Ötən ilin sonunda Bakıda iki turnirdə uğursuz çıxış etdim. Azərbaycan yığmasına seçmə turnirdə yaxşı oynamadım, ardınca rapid və blits turniri mənim üçün uğurlu olmadı. Uğursuz turnirlərdən sonra bir qədər əsəbiləşmişdim. Uğursuzluq varsa, deməli dəyişiklik lazımdır. Bundan sonra iki aya yaxın qrossmeyster, dostum Burak Fıratla hazırlıq keçdim. Nəticədən razıyam. Ölkə çempionatının seçmə mərhələsində böyük fərqlə birinci oldum. Tay-brek qısa oyunlardı. Burada hər şey ola bilər. Sevinirəm ki, yekunda Azərbaycan çempionatının qalibi oldum.

Şahmatçı finalda ilk partiyada Vüqar Əsədlinin qələbə qazanmasını və hansı rəqibi ilə oyunun onun üçün daha çətin olması haqqında da danışıb: "İlk klassik partiyada ardıcıl 3 səhv etdim. Az qalmışdı çempionatı ikinci yerdə başa vurum. Amma geridönüş edə bildim. Oyunumdan razı qaldım. Vüqar Əsədlinin oyunlarını yaxından izləyirəm. Məncə son turnirlərdə yüksək oyun göstərir. İrəliləyiş hiss olunur. Son aylarda çox yaxşı oynayır. Klassik şahmatda mübarizəmiz gərgin oldu. Hər iki partiyada yaxşı mübarizə nümayiş etdirdi. Amma rapid hissədə məncə zəif oynadı. Həmkarlarıma qarşı hörmətsizlik olmasın, yeganə çətinlik kimi Aydın Süleymanlı ilə partiyanı qeyd edə bilərəm. Üstünlük var idi, amma təzyiq yaratmadı".

Vasif Durarbəyli çempionatın formatı ilə bağlı fikirlərini də bölüşüb: "Çempionatın bu formatı xoşuma gəlir. Uğurlu format hesab edirəm. Amma bir çatışmazlıq olduğunu düşünürəm. İlk mərhələdə seçmədən sonra turnir cədvəlində birinci olmaq şahmatçıya üstünlük vermir. Məşhur şahmatçımız Şəhriyar Məmmədyarovla müzakirəmiz olub. Maraqlı təklif verdi. Məsələn turnir cədvəlində xal fərqi ilə birinci yerə çıxan şahmatçı birbaşa finala vəsiqə qazansın. İkinci-üçüncü yerin sahibi isə öz aralarında oynamaqla ikinci finalçını müəyyənləşdirsin. Bu halda birinci yerin sahibi üstünlük qazanır".

Təcrübəli idmançı gənc şahmatçıların çıxışından narazı olduğunu da əlavə edib: "Gənc şahmatçılardan bir az narazıyam. İllərdi oynayırıq, artım sürətləri məni qane etmir. Federasiya məşqçilər dəvət edib, dəstək olur. Son üç ildə ölkə çempionatında oynayıram və fərqi hiss etmədim. Təvəzökarlıqdan uzaq olsa da, məncə, bu il çox yüksək fərq nümayiş etdirdim. Bir qədər yaxın mübarizə aparan Vüqar Əsədli idi, ona da finalda qalib gəldim".


BiG.Az
Telegramda izləyin
İdman   Baxılıb: 1102   Tarix: 29 yanvar 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ronaldu Portuqaliya millisindən uzaqlaşdırıldı

Portuqaliya Futbol Federasiyası Kriştianu Ronaldunun milli komandanın düşərgəsini icazəsiz tərk etməsindən sonra məşhur futbolçuya qarşı avtomatik diskvalifikasiya qərarı tətbiq edib. xəbər verir ki, bu barədə Britaniyanın "The Mirror" nəşri məlumat yayıb. Qeyd olunur ki, qaydalarına əsasən

10.10.2026 587
.

Azərbaycan millisi Litvanı məğlub etdi - Video

Azərbaycan millisi UEFA Millətlər Liqasında bu mövsüm ilk qələbəsini qazanıb. xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv Bakıda Litvanı qəbul edib. "Palms Sports Arena"da baş tutan görüş millinin qələbəsi ilə başa çatıb - 1:0. Yeganə qolu 25-ci dəqiqədə Abdulla Xaybulayev rəqi

04.10.2026 673
.

Azərbaycanın daha iki güləşçisi dünya çempionatında medal qazandı

Azərbaycanın daha iki təmsilçisi ABŞ-nin Las-Veqas şəhərində keçirilən güləş üzrə U-23 dünya çempionatında medal qazanıb. xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb. Bildirilib ki, sərbəst güləşçilərdən Anar Cəfərli (92 kq) və Xetaq Karsanov (125 kq) bürünc mükafata sahib çıxıblar

18.10.2026 530
.

Hidayət Heydərova çəkisi ilə bağlı qərar vermək üçün vaxt verildi

Azərbaycanın Olimpiya çempionu Hidayət Heydərovun 73 kiloqram, yoxsa 81 kiloqram çəki dərəcəsində mübarizə aparacağına yaxın günlərdə aydınlıq gələcək. xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti Rəşad Rəsullu Bakıda keçirilən cüdo üzrə dünya çempionatının yekunların

12.10.2026 591
.

İnfantino "Sabah" - "Qarabağ" oyunundan yazdı

"Xalların bölündüyü "Sabah" və "Qarabağ" klubların arasında baş tutan gərgin qarşılaşma Azərbaycan futbolunun parlaq nümayişi oldu". xəbər verir ki, bu fikirləri FIFA prezidenti Canni İnfantino sosial şəbəkə hesabında yazıb. O, Misli Premyer Liqasının IX turunda baş tuta

26.10.2026 306
.

"Qızıl top" qədər geyim tərzləri də diqqət çəkdi - Fotolar

Məlum olduğu kimi, ötən gün "Qızıl top" ("Ballon d'Or") mükafatlandırma mərasimi keçirilib. Mükafata isə "Bayern Münhen"in və İngiltərə milli komandasının ulduz hücumçusu Harri Keyn layiq görülüb. Londondakı məşhur "The London Palladium" zalında keçirilə

27.10.2026 437
.

Zlatan İbrahimoviç 7 milyonluq avtomobil aldı - Fotolar

Ulduz futbolçu Zlatan İbrahimoviç 4 milyon dollarlıq (6 milyon 800 min manat)"Ferrari F80" alıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə İsveç mətbuatı məlumat yayıb. "Milan"da yüksək səviyyəli məsləhətçi vəzifəsində çalışan 45 yaşlı isveçli futbol əfsanəsi yeni avtomobilini

05.10.2026 783
.

Batrakov "Barselona"ya təklif olunubmuş

1994/95 mövsümündə "Barselona"da çıxış etmiş rusiyalı keçmiş futbolçu və məşqçi İqor Korneyev "Qalatasaray"ın yarımmüdafiəçisi Aleksey Batrakovu İspaniya klubuna təklif etdiyini bildirib. bu barədə "Matç TV"yə istinadən xəbər verir. Korneyev Kataloniya təmsilçisinin rəhbərliyind

18.10.2026 550
.

Ronaldu yeni biznes qurur: 10 milyon avro sərmayə qoyub

Portuqaliyalı hücumçu Kriştianu Ronaldu mineral su istehsalına 10 milyon avro sərmayə qoyub. -ın xəbərinə görə, bu barədə "Sic Noticias" nəşri məlumat verib. Məlumata görə, futbolçunun yeni biznesdə tərəfdaşı olan "Grupo Ouhterinho" şirkəti də oxşar məbləğdə yatırım edib. Layihəy

17.10.2026 556
.