"Azərbaycanda çay mədəniyyəti"

"Azərbaycanda çay mədəniyyəti"Bu günlərdə AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Tarixi etnoqrafiya şöbəsinin müdiri, tarix elmləri doktoru, etnoqraf İlhamə Gülbala qızı Məmmədovanın "Azərbaycanda çay mədəniyyəti (tarixi-etnoqrafik tədqiqat)" adlı monoqrafiyası çapdan çıxıb.

Modern.az-ın məlumatına görə, monoqrafiya çayın Azərbaycan ərazisində yayılması, qısa zamanda digər içkiləri üstələyib milli içkiyə çevrilməsi, çayxananın sosial mahiyyətini və s. məsələləri əhatə edir. Əsərdə etnoqrafik materiallardan, bir sıra yazılı və şifahi mənbələrdən və tədqiqat əsərlərindən istifadə edilərək Azərbaycanda çay mədəniyyəti tarixi-etnoqrafik aspektdən qələmə alınıb.

Qəhvə və çay əsrlər öncə Şərq ölkələrində (Çin, Yaponiya və s.) məlum olmasına baxmayaraq, onların yayılması böyük coğrafi kəşflərdən sonra baş verib. Qəhvə, çay, şəkər, tütün, kakao, şokolad ilkin qlobal qidalar olaraq qiymətləndirilməlidir. Xüsusən də, Çindən başlayaraq dünya ölkələrinə yayılan çay mədəniyyəti qloballaşmanın ilkin işatısı kimi nəzərə çarpır. Dünyanın əksər qitələrində mövcud çayxanaların (qəhvəxana, kafe, teahouse, coffehouse və s.) əsas qidası Şərq xalqlarının ixtirası qəhvə, çay və Qərbdən gələn tütün idi. Şərq və Qərbi birləşdirən ümumi qidalar və onların istifadə yeri olan çayxana hazırda dünya xalqlarının ortaq mədəniyyətidir. Qəhvə və çayın hazırlanması, qəbulu, onunla bağlı rituallar hər bir xalqın mədəniyyətində fərqli xüsusiyyətlər üzə çıxarır.

Çin dilinin Konton dialektində "chʹa" ("çhah"), Amoy dialektində isə dəyişilərək "tʹe" ("tay") adlanan çay bitkisi orta əsrlərdən bəri ölkəyə gətirilsə də, onun kütləvi şəkildə tanınması XIX əsrdə baş verdi. Susuzluğu tez yatırması, hazırlanma qaydasının asan olması, qəhvəyə nisbətən ucuz başa gəlməsi, ölkədə çay əkininə başlanması, regionda Rusiya və İngiltərənin çay ticarəti və digər səbəblər çayın sürətlə yayılmasını təmin edib. Zaman keçdikcə, çayın dəmlənməsi, təqdimatı, çay dəsgahı və s. məsələlərdə şifahi qaydalar formalaşdı, çayın içilməsi sosial rituala çevrildi. Çay dostluq, qonaqpərvərlik və sosiallaşma vasitəsi kimi əhəmiyyət daşıyır. Çayın tezliklə məişətdə yayılması adət-ənənələrə də təsirsiz ötüşmədi, bu içki halva ilə birgə mərasim süfrələrinin əvəzolunmaz qidasına çevrilib. Qısa müddətdə kəllə qənd və çay toy mərasimlərinin əsas rəmzinə çevrilib, şirin çay elçilikdə ilk razılıq əlaməti sayılıb.

XIX əsr bədii ədəbiyyatında çay haqqında əsərlər (S.H.Nigarinin "Çaynamə", C.Məmmədquluzadənin "Çay dəsgahı" və s.) yazıldı, o cümlədən şifahi xalq ədəbiyyatının müxtəlif janrlarında çay, samovar, çaydan, stəkan və s. mövzular meydana gəlib. Azərbaycan dilinə onlarla yeni söz daxil oldu: quru çay, şirin çay, çaydan, dəm çayniki, çay qaşığı, çay stəkanı, çaysüzən, çay süzgəci, çay dəsmalı, çayqabı, çay servisi, çay dəsgahı, çayxana, çayçı, çayxor, çay pulu, çay plantasiyası və s.

Beləliklə, ilk vaxtlar təbabətdə istifadə edilən çay XIX əsrin sonlarında Azərbaycanda, həmçinin bir sıra qonşu ölkələrdə (Rusiya, İran, Osmanlı və s.) milli içkiyə çevrilib.

"Azərbaycanda çay mədəniyyəti"Çaydan istifadənin genişlənməsi Azərbaycanda XVI əsrdən etibarən fəaliyyət göstərən qəhvəxanaların "çayxana" adlanmasıyla nəticələnib. Bununla yanaşı, bəzi şəhərlərdə "qəhvəxana" sözü də işlənilib.

Azərbaycanda ilk qəhvəxana Şah Təhmasibin dövründə Qəzvində açılmış və Şah Abbasın göstərişi ilə onların sayı artıb. Səfəvi dövrü qəhvəxanaları professional teatrın, ədəbi-bədii dərnəklərin, əyləncəli klubların olmadığı halda el səhnəsiydi. Burada müştərilər həvəskar sənətçilər tərəfindən xalq oyun və tamaşaları, məzhəkələr ilə əyləndirilirdi. XIX əsrin sonu – XX əsrin əvvəllərində Azərbaycan şəhərlərində peşəkar teatr truppaları təşkil olunarkən çayxanada püxtələşən xalq aktyorları (nəqqallar, mərəkəçilər, məzhəkəçilər və s.) bu işə cəlb ediliblər. Bəzi şəhərlərin (Təbriz və s.) geniş həyətyanı sahəyə malik çayxanalarında və meydanlarda heyvanların oynadılması inkişaf etmiş orta əsrlər dövründə Azərbaycanda bəsit sirk tamaşalarının varlığını bəlli edir.

Xalqın aşağı təbəqəsi arasında çayın yayılmasında çayxanalar böyük rol oynadılar. Çayxanaların sayının artması dövlətin sosial-iqtisadi və siyasi vəziyyəti ilə bağlıydı. Ölkədə gedən ictimai-siyasi, sosial-mədəni proseslərin müzakirəsi və fikir mübadiləsi məhz bu məkanda həyata keçirdi. Çayxanalar ədəbi-bədii, siyasi mühitin formalaşmasına təkan verirdi. Onlar həm də sosial-mədəni, iqtisadi, siyasi-dini funksiya daşıyırdı. Əhalinin müxtəlif təbəqələrini birləşdirən çayxanalar xalqın əsrlər boyu formalaşan milli-mənəvi dəyərlərinin, adət-ənənələrinin, adi hüquq qanunlarının yaşadılmasında böyük rol oynayırdı.

Müasir çayxanalar Səfəvi dövrü qəhvəxanalarından öz təyinatına, funksiyasına, memarlıq quruluşuna, daxili sahmanına və s. görə xeyli fərqlənirlər. Keçmiş əyləncələr, tamaşa-mərəkələr öz əhəmiyyətini tamamilə itirmişdir. Zaman keçdikcə, teatr, kino, konsert salonları insanların əyləncə həvəslərini qarşılayır, radio və televiziyanın fəaliyyəti istirahət məkanını evlərə yönləndirir, telefon və digər rabitə vasitələri əlaqələri asanlaşdırır. XXI əsrdə internet resurslarından istifadənin genişlənməsi, sosial şəbəkələrin çoxluğu insanların çayxanaya olan əvvəlki marağını azaltmaqdadır. Lakin çayxanalar çay içmək, qəlyan çəkmək, söhbətləşmək baxımından yeni təyinatda hələ də öz varlığını qoruyur.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 888   Tarix: 24 yanvar 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Kaliforniyada havada toqquşmadan sonra iki paraşütçü həlak olub

ABŞ-nin Kaliforniya ştatının Leyk-Elsinor şəhərində iki qadın paraşütçü havada toqquşduqdan sonra həlak olublar. "Report" NBC-yə istinadən xəbər verir ki, hadisə noyabrın 6-da yerli vaxtla saat 11:45 radələrində "Skydive Elsinore" mərkəzinin üzərində baş verib. Mərkəzin məlumatın

07.11.2026 168
.

Bu ailələrə hər ay 650 manatadək pul veriləcək - Nazirlik məlumat yaydı

Azərbaycanda indiyədək 91 uşaq (51-i qız, 40-ı isə oğlan) himayədar ailələrə verilib. "Yeni Sabah" xəbər verir ki, uşaqların himayədar ailələrə verilməsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə himayədar şəxslər arasında müvafiq müqavilələr imzalanıb. Bu qayğı modeli valideynlərin

00:17 98
.

"Haber Global": 44 gündə yazılan dastan - Video

"Qəhrəman Azərbaycan Ordusunun 44 gün ərzində torpaqlarını işğaldan azad etdiyi 8 Noyabr qardaş ölkənin ən xoşbəxt və mübarək günüdür. Eyni zamanda, bütün Türk dünyasının qürur günüdür". xəbər verir ki, bu fikirlər "Haber Global" telekanalının 8 Noyabr - Zəfər Günü münasibətilə hazırladığ

07.11.2026 136
.

"Zəfərdən doğan işıq" sənədli filmi nümayiş olunub - Video

"Zəfərdən doğan işıq" sənədli filmi nümayiş olunub. Böyük Zəfərin 6-cı ildönümü münasibətilə "AzərEnerji" ASC-nin Baş İdarəetmə Kompleksində yerləşən Energetiklərin Mədəniyyət Mərkəzində təntənəli tədbir keçirilib. Tədbir çərçivəsində "Zəfərdən doğan işıq" adlı sənədli fil

07.11.2026 133
.

PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI

Məlum olduğu kimi, 2027-ci ildə Azərbaycanda yaşayış minimumunun və ehtiyac meyarının artırılması nəzərdə tutulur. Belə ki, gələn il üçün ölkə üzrə yaşayış minimumu 314 manat, əmək qabiliyyətli əhali üçün 334 manat, pensiyaçılar üçün 258 manat, uşaqlar üçün isə 274 manat müəyyənləşdiriləcək. Ehtiya

00:19 92
.

Konqoda silahlı qruplaşmanın hücumu nəticəsində azı 37 nəfər ölüb

Konqo Demokratik Respublikasının şərqindəki yaşayış məntəqəsinə silahlı qruplaşmanın etdiyi hücum nəticəsində azı 37 dinc sakin həlak olub. "Report" xəbər verir ki, bu barədə Konqo ordusuna istinadən RFI məlumat yayıb. Hərbçilər hücuma görə məsuliyyəti "İslam Dövləti" ilə əlaqəl

07.11.2026 159
.

Belarus ərzaq məhsullarının ixracını 20 milyard dollara qədər artıra bilər

Belarasda aqrar sənaye məhsullarının ixracını ildə 20 milyard ABŞ dollarına qədər artırmaq lazımdır. "Report" BELTA agentliyinə istinadən xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib. Onun sözlərinə görə, bu sahədə əsas məsələ nəticədir: "Nəticə var, ona görə d

07.11.2026 185
.

Simonyan: "70 il bizə türklərlə bağlı yalan aşılayıblar"

"Ermənistan uşaqlarına qisas deyil, sülhün miras qalmasını təmin etmək və müharibənin qarşısını almaq ölkə təhlükəsizliyinin ən vacib zəmanətlərindən biridir". erməni KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistanın Təhlükəsizlik Şurasının katibi Alen Simonyan Üçüncü Qlobal Erməni Sammit

07.11.2026 163
.

"Tut Əlimdən" Uşaq Reabilitasiya Mərkəzində tarixi Zəfərin ildönümü münasibətilə bayram şənliyi keçirilib - Foto

"Tut Əlimdən" Uşaq Reabilitasiya Mərkəzində tarixi Zəfərin ildönümü münasibətilə bayram şənliyi keçirilib. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, mərasimdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva, Çinin Azərbaycandakı səfiri Lu Mey

07.11.2026 183
.