Sevib evlənmişdilər, qadın ərini öldürdü: Yaralı halda dedi ki... - Bakıdakı qətlin şok təfərrüatı - FOTO

Sevib evlənmişdilər, qadın ərini öldürdü: Yaralı halda dedi ki... - Bakıdakı qətlin şok təfərrüatı - FOTOBakıda həyat yoldaşını qətlə yetirməkdə təqsirli bilinən Gülnar Vəlizadənin cinayət işi üzrə təfərrüat məlum olub.

Ölkə.Az xəbər verir ki, məlumata görə Suraxanı rayonu, Hövsan qəsəbəsində 25.12.1990-cı il təvəllüdlü Elşən Hadızadə yaşadığı evdə bədəninin müxtəlif nahiyələrindən kəsilmiş-deşilmiş xəsarət alıb və aparıldığı xəstəxanada ölüb.

Aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində E.Hadızadənin həyat yoldaşı, 1991-ci il təvəllüdlü Gülnar Vəlizadə tərəfindən qətlə yetirilməsinə əsaslı şübhələr yaranıb. G.Vəlizadə şübhəli şəxs qismində saxlanılıb.

İş üzrə dindirilmiş Gülnar Vəlizadə ifadəsində bildirib ki, Elşən Hadızadə ilə Azərbaycan Texniki Universitetində təhsil alarkən tanış olub. Bir-birilərini sevib 2014-cü ildə ailə qurublar. 2015-ci və 2018-ci illərdə iki övladları dünyaya gəlib. Uzun müddət kirayədə və atasının himayəsində yaşayıb maddi çətinlik çəkiblər. Elşənin valideynlərinin maddi dəstəyi ilə Hövsan qəsəbəsində ev alıblar. Elşən dost tanışlarından müxtəlif məbləğlərdə borc pul alsa da, sonradan onları qaytara bilməyib. Borc pul verən şəxslər artıq qapıya gəldikdə, o, əsəbiləşib. Aralarında maddi sıxıntılara görə dəfələrlə mübahisələr yaranıb. Onu uşaqların gözü qarşısında döyüb.

Övladları da atalarının bu hərəkətlərindən qorxub. Ailə məsələlərinə müdaxilə etdiyindən Elşən atasından işlərinə qarışmamasını tələb edib. Əri qəsəbədə fəaliyyət göstərən marketdə satıcı kimi işləməyə başlayıb.

Yanvarın 29-da axşam Elşən işdən evə gələndə Gülnar uşaqlardan birinə dərs keçib. Əri sakit olmalarını tələb edəndə, ona uşağa dərs öyrətdiyini bildirib. Buna görə dalaşıblar və yoldaşı ona əl qaldırıb uşağın beşiyini də təpiklə vuraraq sındırıb.

Səhərisi gün saat 8-də işə gedən Elşən günorta evə gəlib. Dişi ağrıdığı üçün əri çarpayıya uzanıb yatmaq istəsə də, onu uzanmağa qoymayıb. Ondan uşağın beşiyini necə qırıbsa, elə də düzəltməyini tələb edib. Yaranan növbəti mübahisə zamanı Elşən otaqda uşaqların gözü qarşısında onu döyüb və sağ əli ilə boğazından tutub boğub. Nəfəsinin kəsildiyini görüb bir anda Elşənin əlindən çıxıb qabdan mətbəx bıçağını götürüb sol əlində saxladığı bıçaqla ərinin sinəsinə zərbə endirib. Sinəsindən qan axdığından əri əyilib yerə oturub.

Gülnar Vəlizadə ifadəsinin davamında bildirib ki, qaçaraq qonşusundan dərman alaraq onunla birlikdə evə qayıdıb. Qonşusu sakitləşdirici iynə vurduqdan sonra onu çarpayıya uzadıblar. Qonşusuna Elşənin bıçaqla özünə xəsarət yetirdiyini bildirib. Çünki əri ona söyləyib ki, kim soruşsa, deyərsən, özüm özümü vurmuşam, bilsələr ki, sən vurmusan, polislər səni tutacaq.

Bundan sonra qonşusunun tapşırığı ilə aptekə gedərək lazımı dərmanlar alıb. O vaxta qədər atası, əmisi və yoldaşının Azad adlı dostu onlara gəliblər. Elşən bıçağın təsadüfən ona batdığını bildirdikdə, atası deyib ki, yalan danışmağın yeri yoxdur, polislərə düzünü söyləyəcəklər.

Dəfələrlə telefonu alıb Təcili Tibbi Yardıma zəng etmək istəsə də, əri buna imkan verməyib. Növbəti dəfə o, "103" xidmətinə saat 16:30 rədələrində zəng edib.

Gülnar Vəlizadə bildirib ki, yoldaşının vəziyyəti ağırlaşdığından o, təcili yardıma saat 17:39 radələrində yenidən zəng edib. Tibbi briqada gələrək Elşəni xəstəxanaya aparıb.

Gülnar Vəlizadə əlavə edib ki, Elşəni öldürmək məqsədi olmayıb. Bir neçə dəfə aralarında dava baş verəndə bıçaqla onu qorxudub, amma həmin gün kəsici alət təsadüfən özü də bilmədən onun sinəsinə batıb. Əməlindən çox peşmandır. Elşənlə bir-birilərini istəyib evləniblər və aralarındakı mübahisələrə baxmayaraq onu sevib.

Məhkəmə iclasında Gülnar Vəlizadə ittiham üzrə özünü qismən təqsirli bilib. Məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini və övladlarına tez qovuşa bilməsi üçün ona mümkün qədər yüngül cəza verilməsini xahiş edib.

Zərərçəkmiş şəxsi hüquqi varisi hadisə nəticəsində oğlunu itirdiyini bildirərək gəlininə ağır cəza verilməsini istəyib.

Sonda məhkəmənin hökmü ilə Gülnar Vəlizadə CM-nin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsi ölümünə səbəb olma) maddəsi ilə təqsirli bilinərək 9 il müddətinə azadlıqdan məhrum olunub.

Sevib evlənmişdilər, qadın ərini öldürdü: Yaralı halda dedi ki... - Bakıdakı qətlin şok təfərrüatı - FOTOSevib evlənmişdilər, qadın ərini öldürdü: Yaralı halda dedi ki... - Bakıdakı qətlin şok təfərrüatı - FOTOSevib evlənmişdilər, qadın ərini öldürdü: Yaralı halda dedi ki... - Bakıdakı qətlin şok təfərrüatı - FOTOSevib evlənmişdilər, qadın ərini öldürdü: Yaralı halda dedi ki... - Bakıdakı qətlin şok təfərrüatı - FOTO


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1968   Tarix: 23 yanvar 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan Prezidenti İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib. BİG.AZ -a istinadən xəbər verir ki, təbrikdə deyilir:. "Pakistan xalqı və Hökuməti adından, eləcə də şəxsən öz adımdan Azərbaycanın 44 günlük Vətən müharibəsind

07.11.2026 182
.

Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

Prezident İlham Əliyevin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb. BİG.AZ paylaşımı təqdim edir:

07.11.2026 152
.

Azərbaycan mədəniyyət ictimaiyyəti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanlayıb

Azərbaycan mədəniyyət ictimaiyyəti Azərbaycan Prezidenti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanlayıb. BİG.AZ -a istinadən təbrik mətnini təqdim edir:. "Möhtərəm cənab Prezident, 8 noyabr - Zəfər Günü Azərbaycan torpaqlarının işğaldan azad olunması, ərazi bütövlüyümüzün və suverenliyimizi

07.11.2026 180
.

İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video

İranın cənubundakı Sirik, Cask və Bəndər-Abbas şəhərlərində, eləcə də Keşm adasında partlayışlar baş verib. xəbər verir ki, bu barədə İranın dövlət teleradio şirkəti məlumat yayıb. Hələlik partlayışların səbəbi ilə bağlı dəqiq məlumat yoxdur. Onların İran Silahlı Qüvvələrinin Hörmüz boğazının müdafiəs

01:19 0
.

Dekabrda 9 gün iş olmayacaq - TARİXLƏR

2026-cı il üçün iş vaxtı norması və istehsalat təqviminə əsasən, dekabr ayında xüsusi günlə əlaqədar 1 gün qeyri-iş günü olacaq. -ın məlumatına görə, dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür. Həmin tarix həftənin cümə axşamına təsadüf etdiyindən iş və istirahət günlərinin dəyişdirilməs

00:11 128
.

Azərbaycanda ailələrə MÜJDƏ: Ödəniş 2,5 dəfə artırılır - VACİB MƏQAMLAR

Azərbaycanda uşağın doğulmasına görə birdəfəlik müavinətin gələn ildən 600 manatdan 1500 manata qaldırılması təklif edilir. Bu barədə məlumat 2027-ci ilin dövlət büdcəsi layihəsində əksini tapıb. Müavinətin 900 manat qaldırılması demoqrafik vəziyyətə və ailələrin sosial rifahına nə dərəcədə təsir ed

00:27 99
.

Tarixi qələbənin altıncı ili - Azərbaycanda Zəfər Günüdür!

Noyabrın 8-i tarixi qələbəmizin altıncı ildönümü - Zəfər Günü qeyd olunur. Prezident İlham Əliyev 2020-ci il dekabrın 2-də "Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında" Sərəncam imzalayıb. Sərəncama əsasən, 2020-ci il sentyabrın 27-də başlamış və 44 gün davam etmiş Vətə

00:10 133
.

Ron Desantis 2028-ci ildə ABŞ prezidenti seçkilərində iştirak barədə məlumatları təkzib edir

Florida ştatının qubernatoru Ron Desantis 2028-ci ildə keçiriləcək ABŞ prezident seçkilərində Respublikaçılar Partiyasından namizəd olmaq uğrunda mübarizəyə hazırlaşır. "Report" xəbər verir ki, bu barədə onun planlarından xəbərdar olan üç mənbəyə istinadən "The Washington Post" məluma

07.11.2026 173
.

Özbəkistanın axtarışa verdiyi "narkobaron" Türkiyədə tutulub

Özbəkistan hüquq mühafizə orqanları tərəfindən qırmızı bülletenlə axtarışa verilmiş "narkobaron" Odil Fəxrəddinoviç Xudayberdiyev Türkiyənin Mersin şəhərində tutulub. "Report" xəbər verir ki, məlumatı Türkiyənin NTV kanalı yayıb. Bildirilib ki, o, Mersində kənd təsərrüfatı sahələrind

07.11.2026 141
.