Yeni Qanun siyasi sistemin daha da təkmilləşdirilməsinə xidmət edəcək

Yeni Qanun siyasi sistemin daha da təkmilləşdirilməsinə xidmət edəcəkMəlumdur ki, Azərbaycanda "Siyasi partiyalar haqqında" Qanun ilk dəfə 31 il əvvəl - 1992-ci il 3 iyun tarixində qəbul edilib. Bu Qanun həmin dövrün tələblərinə uyğun olsa da, qəbulundan ötən bu illər ərzində sürətlə dəyişən Azərbaycanın yeni siyasi tələblərinə artıq cavab vermir. Ona görə də "Siyasi partiyalar haqqında" yeni Qanunun qəbuluna ciddi zərurət yaranmışdı. Bu mənada, "Siyasi partiyalar haqqında" yeni Qanun həm formalaşan yeni siyasi tələblərə uyğundur, həm də qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşdirilməsini real hadisəyə çevirir.
Hələ bir müddət öncə Milli Məclisdə təmsil olunan bütün siyasi partiyaların nümayəndələri "Siyasi partiyalar haqqında" yeni Qanun layihəsinin hazırlanması üçün Milli Məclisin sədrinə müraciət etmişdilər. Məhz bundan sonra Venesiya Komissiyasının rəy və qərarları, 24 ölkənin təcrübəsi, 47 siyasi partiyanın 250-dən çox, deputatlar tərəfindən irəli sürülmüş 100-dən çox təklif əsasında hazırlanmış "Siyasi partiyalar haqqında" Qanun layihəsi rəy və təkliflərin bildirilməsi üçün Mili Məclisin saytında yerləşdirildi, Sosial Tədqiqatlar Mərkəzi tərəfindən ictimai rəy sorğusu keçirildi, sənədin ictimai əhəmiyyəti nəzərə alınaraq Qanun layihəsi ilə bağlı siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının, politoloqların və media nümayəndələrinin iştirakı ilə iki ictimai dinləmə təşkil edildi.
Qanun layihəsinə məhz həmin dinləmələrdən sonra 70-dək, Milli Məclisdə komitə və plenar iclaslardan sonra isə 40-dək əlavə və dəyişikliklər edildi. Qeyd edilməlidir ki, Venesiya Komissiyasının sırf siyasi partiyanın statusuna və fəaliyyətinə aid olan 132 tövsiyəsindən 112-si Qanun layihəsində nəzərə alınıb. Qanun yaradıcılığı prosesində yalnız deputatlar deyil, siyasi partiyaların nümayəndələrinin, ictimaiyyətçilərin də iştirakı da onu göstərir ki, "Siyasi partiyalar haqqında" yeni Qanun siyasi və sosial-ictimai zərurət olaraq ərsəyə gəlib.
"Siyasi partiyalar haqqında" Qanun layihəsi həm də sosial şəbəkələrdə də geniş şəkildə müzakirə olunub, bir çox statuslar yazılıb, rəylər bildirilib. Bu zaman yalnız radikal müxalifət nümayəndələri aqressiv, dağıdıcı, düşmən münasibəti ortaya qoyublar və süni ictimai narazılıq mühiti formalaşdırmağa cəhdlər ediblər. Qanun layihəsi ilə bağlı cəmiyyətin ictimai-siyasi kəsiminin müsbət rəyinə baxmayaraq, radikallar bu dəfə də yalnız qaralama, ləkələmə metoduna üstünlük veriblər. Bu da səbəbsiz deyil. Çünki "Siyasi partiyalar haqqında" yeni Qanunun tələblərinə görə radikal müxalifət nümayəndələri partiya olaraq özlərini təsdiq edə bilməyəcəklər. Məsələn, "Siyasi partiyalar haqqında" yeni Qanunda göstərilir ki, siyasi partiyalar hakimiyyətin zorla ələ keçirilməsi və ya saxlanılması, kütləvi iğtişaşlara, terrorçuluğa açıq çağırışlar edə bilməz. Yaxud da ki, siyasi partiyalar qanunun tələbinə uyğun olaraq 5000 üzv sayını təmin etməlidir. Radikal müxalifət reyestr üçün tələb olunan sayı təmin etmək gücündə deyil. Sosial bazalarının olmaması səbəbindən onların təşkil etdiyi aksiyalara gələnlərin sayı da buna açıq süburdur.
Yeni qanunla siyasi partiyaların beynəlxalq təşkilatlar, xarici dövlətlər, xarici hüquqi şəxslər, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən maliyyələşdirilməsi də qadağandır. Bəs, görəsən radikal müxalifət bu maddələrlə bağlı nə edə biləcək? Axı, hər kəs bilir ki, onların maliyyəsi xarici mənbələr hesabına formalaşır, bu da artıq faktlarla sübut edilib.
Həmçinin, yeni qanunla siyasi partiyaların fəaliyyəti əsasən seçkilərdə iştirakla bağlı olacaq. Ölkədəki radikal müxalifət isə seçkilər zamanı "boykot"la özünü sığortalamağa çalışır. Bir sözlə, "Siyasi partiyalar haqqında" yeni Qanun beynəlxalq standartlara cavab verir, siyasi partiyaların şəffaf və təkmilləşdirilmiş formada həyata keçirməsinə əlverişli şərait yaradır. Bu qanun həm də ölkənin siyasi sistemini təkmilləşdirməklə yanaşı onu xarici təsirlərdən qoruyur, aqressiv, dağıdıcı, radikallar elementlərin formalaşan siyasi konfiqurasiyaya müdaxiləsinə imkan vermir.

İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 635   Tarix: 17 yanvar 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

ASAN Xidmət bu tarixlərdə işləməyəcək

ASAN Xidmət və ASAN Kommunal mərkəzlərində noyabrın 8 və 9-u qeyri-iş günü olacaq. Bu barədə -a Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, qeyri-iş günləri Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədardır. Noyabrı

07.11.2026 207
.

Şagird sevdiyi qıza görə 16 yaşlı həmkəndlisini bıçaqladı

Bu ilin iyun ayında Sabirabad rayonunun Kovlar kəndində tanışını bıçaqlayan 2010-cu il təvəllüdlü Hətəm Hətəmov (adlar və soyadlar şərtidir - red.) hakim qarşısına çıxarılıb. BİG.AZ "Qafqazinfo"ya istinadən xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə gənc Cinayə

07.11.2026 206
.

Qobustanda mikroavtobus aşıb, bir nəfər ölüb

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 107-ci kilometrliyində, Qobustan ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. "Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, Bakı şəhər sakini, 1954-cü il təvəllüdlü Məmmədov Rəşid Şahmərdan oğlunun idarə etdiyi "Mercedes Vito" markalı mikroavtobusl

07.11.2026 199
.

Topçu qardaşların döyüş hekayəsi: "Sağ olduğunu bilmirdim, birdən qarşıma çıxdı" - Video

44 günlük Vətən müharibəsində adlarını Zəfər tarixinə qızıl hərflərlə yazdıran qəhrəmanlarımızdan ikisi də Xocalıdan olan topçu qardaşlar - Şəhriyar və Cavad Quliyevlərdir. Onlar Birinci Qarabağ müharibəsinin iştirakçısı olan atalarının yolunu davam etdirərək Vətən müharibəsinə qatılıblar. xəbər veri

07.11.2026 195
.

XİN-dən bəyanat: "Heç bir qüvvə xalqımızın iradəsini sarsıda bilməz"

"8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinin ən şanlı səhifələrindən biridir. Bu əlamətdar gün 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin, xalqımızın milli birliyinin, sarsılmaz iradəsinin, əzminin və Vətənə bağlılığının rəmzidir". BİG.A

07.11.2026 175
.

Konqoda silahlı qruplaşmanın hücumu nəticəsində azı 37 nəfər ölüb

Konqo Demokratik Respublikasının şərqindəki yaşayış məntəqəsinə silahlı qruplaşmanın etdiyi hücum nəticəsində azı 37 dinc sakin həlak olub. "Report" xəbər verir ki, bu barədə Konqo ordusuna istinadən RFI məlumat yayıb. Hərbçilər hücuma görə məsuliyyəti "İslam Dövləti" ilə əlaqəl

07.11.2026 159
.

Dekabrda 9 gün iş olmayacaq - TARİXLƏR

2026-cı il üçün iş vaxtı norması və istehsalat təqviminə əsasən, dekabr ayında xüsusi günlə əlaqədar 1 gün qeyri-iş günü olacaq. -ın məlumatına görə, dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür. Həmin tarix həftənin cümə axşamına təsadüf etdiyindən iş və istirahət günlərinin dəyişdirilməs

00:11 128
.

Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçib

Ağdaş rayonu, Pirəyir kəndi ərazisində Emil Məmmədzadənin idarə etdiyi "Opel" markalı avtomobil eyni istiqamətdə yolun hərəkət hissəsi ilə gedən velosipedçi 62 yaşlı Vasif Həbilovu vurub. "Report" xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb. Bildirilib ki

07.11.2026 147
.

Mənzillərdəki kompüter, notbuk, planşetlər qeydiyyata alınacaq

Ev təsərrüfatlarının uçotu zamanı mənzillərdəki kompüter və digər elektron cihazların sayı, eləcə də internetə çıxış imkanları barədə məlumatlar toplanacaq. BİG.AZ -a istinadla xəbər verir ki, ev təsərrüfatında kompüter, notbuk və ya planşet varsa, onların növü və sayı qeyd ediləcək. Həmçinin internet

00:29 81
.