"Zəngəzur dəhlizi sülh sazişindən əvvəl açıla bilər" - Elmar Məmmədyarov

"Zəngəzur dəhlizi sülh sazişindən əvvəl açıla bilər" - Elmar Məmmədyarov"2023-cü ildə Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması gözləniləndir. Əslində bu sazişin imzalanması üçün də əngəllər yoxdur. Amma əsas məsələ sərhədlərin demarkasiya və delimitasiyasıdır. Bu, uzun və ağrılı məsələdir. Hələ anklavları demirəm. Bu da ayrı bir məsələdir. Lakin məndə belə bir inam var ki, Zəngəzur dəhlizinin açılmasında da elə bir ciddi problem yoxdur. Həm də bu dəhlizin açılmasında Moskva çox maraqlıdır. Hətta bu dəhliz sülh sazişindən də əvvəl açıla bilər".

BiG.AZ bizim.media-ya istinadən xəbər verir ki, bunu Azərbaycanın keçmiş xarici işlər naziri Elmar Məmmədyarov "Danışaq?" verilişində Həmid Həmidova müsahibəsində deyib.

Verilişdə sabiq nazir bir çox məsələlərlə bağlı fikirlərini açıqlayıb. O, Şuşa-Xankəndi yolundakı aksiya barədə bunları deyib:

"Ekoloqların aksiyası artıq müəyyən nəticələr verib. İlk növbədə ona görə ki, "Qızılbulaq" qızıl və "Dəmirli" mis-molibden yataqlarında işlər dayandırılıb. Vəziyyətin inkişafının məntiqi onu deməyə əsas verir ki, ekoloji missiya ilə paralel olaraq Azərbaycan-Ermənistan sərhədində gömrük, sərhəd və fitosanitar postlar yaradılmalıdır.

Laçın yolu işləyir, bu yolla maşınlar hərəkət edir. Azərbaycan bəyanatın altıncı bəndini heç bir şəkildə pozmur. Rusiya sülhməramlıları keçidin təhlükəsizliyini təmin edir, lakin yol Azərbaycanın suverenliyi altındadır. Ona görə də Rusiya sülhməramlıları təhlükəsizliyə də cavabdeh olmalıdır, yeri gəlmişkən, Zəngəzur dəhlizi boyunca da bunu etməlidirlər".

Elmar Məmmədyarov Ruben Vardanyan barədə də fikirlərini söyləyib:

"Ruben Vardanyanın çox asanlıqla Rusiya vətəndaşlığından çıxarılması mənim üçün bir qədər təəccüblü oldu. Çünki mən vətəndaşlıqdan məhrumedilmə prosedurunu çox yaxşı bilirəm. Çox uzun prosesdir. Amma Vardanyan çox asanlıqla bu proseduru keçdi. Hələ onu demirəm ki, Rusiya kimi bir ölkənin vətəndaşlığından çıxarılmanın digər problemləri də var. Əgər həmin adamın var-dövləti varsa, bundan məhrum ola bilər. Lakin Vardanyanın hansısa maliyyə itkisi ilə üzləşdiyini demək olmaz. Onun Rusiyadakı varidatı toxunulmaz olaraq qalır.

Bunun da əsasları var. Rusiya istəyir ki, onun hər yerdə adamı olsun. Bütün hallarda Vardanyan Rusiyanın adamıdır. Amma Vardanyan fiqur deyil. O marionetkadır, göstərişlə hərəkət edir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1015   Tarix: 08 yanvar 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Azərbaycanda bu şəxslərə 200 manat veriləcək

Təhsilin İnkişafı Fondu (TİF) və Qırmızı Ürəklər Fondu arasında "Qırmızı Ürəklər" Təhsil Təqaüd Proqramının davam etdirilməsinə dair müqavilə imzalanıb. Yeni mərhələdə daha 20 tələbəyə təqaüd ayrılması nəzərdə tutulur. Ölkə.az xəbər verir ki, müqaviləni Təhsilin İnkişafı Fondunun İdarə Heyətini

00:25 88
.

Bu ailələrə hər ay 650 manatadək pul veriləcək - Nazirlik məlumat yaydı

Azərbaycanda indiyədək 91 uşaq (51-i qız, 40-ı isə oğlan) himayədar ailələrə verilib. "Yeni Sabah" xəbər verir ki, uşaqların himayədar ailələrə verilməsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə himayədar şəxslər arasında müvafiq müqavilələr imzalanıb. Bu qayğı modeli valideynlərin

00:17 98
.

"Haber Global": 44 gündə yazılan dastan - Video

"Qəhrəman Azərbaycan Ordusunun 44 gün ərzində torpaqlarını işğaldan azad etdiyi 8 Noyabr qardaş ölkənin ən xoşbəxt və mübarək günüdür. Eyni zamanda, bütün Türk dünyasının qürur günüdür". xəbər verir ki, bu fikirlər "Haber Global" telekanalının 8 Noyabr - Zəfər Günü münasibətilə hazırladığ

07.11.2026 136
.

Özbəkistanın axtarışa verdiyi "narkobaron" Türkiyədə tutulub

Özbəkistan hüquq mühafizə orqanları tərəfindən qırmızı bülletenlə axtarışa verilmiş "narkobaron" Odil Fəxrəddinoviç Xudayberdiyev Türkiyənin Mersin şəhərində tutulub. "Report" xəbər verir ki, məlumatı Türkiyənin NTV kanalı yayıb. Bildirilib ki, o, Mersində kənd təsərrüfatı sahələrind

07.11.2026 141
.

Azərbaycan mədəniyyət ictimaiyyəti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanlayıb

Azərbaycan mədəniyyət ictimaiyyəti Azərbaycan Prezidenti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanlayıb. BİG.AZ -a istinadən təbrik mətnini təqdim edir:. "Möhtərəm cənab Prezident, 8 noyabr - Zəfər Günü Azərbaycan torpaqlarının işğaldan azad olunması, ərazi bütövlüyümüzün və suverenliyimizi

07.11.2026 180
.

Dekabrda 9 gün iş olmayacaq - TARİXLƏR

2026-cı il üçün iş vaxtı norması və istehsalat təqviminə əsasən, dekabr ayında xüsusi günlə əlaqədar 1 gün qeyri-iş günü olacaq. -ın məlumatına görə, dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür. Həmin tarix həftənin cümə axşamına təsadüf etdiyindən iş və istirahət günlərinin dəyişdirilməs

00:11 128
.

Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan Prezidenti İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib. BİG.AZ -a istinadən xəbər verir ki, təbrikdə deyilir:. "Pakistan xalqı və Hökuməti adından, eləcə də şəxsən öz adımdan Azərbaycanın 44 günlük Vətən müharibəsind

07.11.2026 182
.

Uşağın doğulmasına görə ödənilən müavinət 900 manat artırılır

Uşağın anadan olmasına görə ödənilən müavinətin məbləğinin kəskin artımı proqnozlaşdırılır. xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında"

00:21 80
.

Simonyan: "70 il bizə türklərlə bağlı yalan aşılayıblar"

"Ermənistan uşaqlarına qisas deyil, sülhün miras qalmasını təmin etmək və müharibənin qarşısını almaq ölkə təhlükəsizliyinin ən vacib zəmanətlərindən biridir". erməni KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistanın Təhlükəsizlik Şurasının katibi Alen Simonyan Üçüncü Qlobal Erməni Sammit

07.11.2026 163
.