Ayaqları tutuldu, haqqında şayiələr yayıldı, sənətdən getmək istədi - Xalq artisti hansı tamaşasına heç vaxt baxa bilmədi?

Ayaqları tutuldu, haqqında şayiələr yayıldı, sənətdən getmək istədi - Xalq artisti hansı tamaşasına heç vaxt baxa bilmədi?BiG.AZ Kulis.az-a istinadən aktrisa, Xalq artisti Səidə Quliyeva haqqında maraqlı faktları təqdim edir.

Səidə Əbülfəz qızı Quliyeva 5 mart 1957-ci ildə Bakıda anadan olub. Ailədə üç bacı olublar. Valideynləri incəsənətə maraqlı insanlar olublar. Səidənin anası aktrisa olması üçün ona dəstək olsa da, atası buna qəti şəkildə etiraz edib. 1978-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyoru" fakültəsini bitirib. Həmin ildən təyinatla Akademik Milli Dram Teatrında fəaliyyətə başlayıb.

Böyük səhnədə debütü 1979-cu ildə rejissor Əşrəf Quliyevin hazırladığı Vilyam Şekspirin "Heç nədən hay-küy" komediyasında Hero rolu olub. Bundan sonra aktrisa teatrda müxtəlif rejissorların səhnə quruluşlarında maraqlı obrazlar yaradıb.

***

Səidə Quliyeva erkən ailə həyatı qursa da, övladı çox gec doğulub. Bir oğul sahibi olan aktrisanın oğlu kinooperator təhsili alıb. Aktrisanın ən böyük arzusu oğlunun çəkildiyi filmdə iştirak etməkdir.

***

Aktrisa Akademik Milli Dram Teatrının səhnəsində İlyas Əfəndiyevin "Xurşudbanu Natəvan", "Sənsiz", "Həyatın dibində", "Ağqoyunlular və Qaraqoyunlular", "Ah Paris! Paris!", "Eşq və intiqam", "Kəllə", "Qatil", "Dirilən adam", "Ölülər", "Xanuma", "Anamın kitabı" tamaşalarında maraqlı rollar ifa edib.

Bundan başqa o, Azərbaycan Dövlət Televiziyasının hazırladığı İlyas Əfəndiyevin "Atayevlər ailəsində" əsərində Reyhan, "Sarıköynəklə Valehin nağılı"nda Reyhan, Ruhəngiz Qasımovanın "Yollar görüşəndə" dramında Çiçək, "Qonşu qonşu olsa" əsərində Balacaxanım, Mövlud Süleymanlının "Kökdən düşmüş piano"sunda Gülər, Əli Əmirlinin "Bala-başa bəla"sında İzzət Nəfisli, Aqşin Babayevin "Nekroloq"unda Elmira, "Dəvətnamə"də Məleykə və s. kimi maraqlı obrazlar oynamışdır.

***

Aktrisanın bir müddət əvvəl ayaqlarında problemlər yaranıb. Dörd ay yeriməkdə əziyyət çəkən aktrisa hətta səhnədən getməyi də düşünüb. Ancaq dörd aylıq müalicələrdən sonra onun səhhəti qaydasına düşüb və səhnədəki rollarını yenidən ifa etməyə başlayıb.

Aktrisa Vaqif Mustafayevin "Fransız filmində çəkiləndən sonra küçədə bir qadın onu görüb deyir, "utanmırsınız, o nə roldu çəkilmisiniz? Ayıb olsun sizə!". Aktrisa evə gəlib dəfələrlə həmin filmə baxır, ancaq qadının sözlərinin əksinə, öz rolundan və ifasından xoşu gəlir. Bir dəfə isə tədbirlərin birində məşhur psixiatr Ağabəy Sultanov həmin rola görə Səidə Quliyevanın əllərindən öpür.

***

Səidə Quliyevaya ən böyük uğur gətirən rollarından biri də "Bala - başa bəla" tamaşasındakı İzzət rolu olub. Aktrisa tamaşada onun oğlu rolunu canlandıran aktyor Ələkbər Hüseynovla bağlı xatirələrini bölüşərkən deyir:

"Rejissor o rolu mənə verəndə ssenarini telefonda danışdı, qəbul etmədim. Amma əsəri oxuyandan sonra, inanın, obrazı necə gördüm, elə də oynadım. Tərəf-müqabillərim də çox yaxşı idi. Cahangir Novruzovla dəfələrlə oynayaram. O qədər böyük potensiala malik aktyordur. Kadr-arxası məqamlara gəldikdə isə, bizim çəkildiyimiz yer çox soyuq idi. 1 ay gecə-gündüz orada çəkilişdə olmuşuq. Baş rolda olduğum üçün bütün səhnələrdə var idim. 4 ay da məşq etmişik. "Bala - başa bəla"nın çəkilişlərindən hər gün evə gələndə deyirdim ki, səhər getməyəcəyəm. Axşamlar ayağımı isti suya qoyurdum və s. Səhər durub görürdüm ki, hər şey normaldır. "Bala - başa bəla"da aldığım qonorar qəpik-quruş idi, amma məni bu günədək gündəmdə saxlayır. Bu yaxınlarda "Bala - başa bəla"nı göstərirdilər. İzlədim və çox həyəcanlandım. Ələkbər Hüseynov dünyasını dəyişəndən sonra mən bu tamaşaya baxa bilmirdim. Çox diqqətlə izlədim və heç nəyə gülmədim. Ələkbər aləm idi. O, dünyasını dəyişəndə, onun yasına iki dəfə getdim. Məclisin o başından anası məni görüb ağlaya-ağlaya üstümə gəldi. O, məni də Ələkbərin anası kimi görürdü. Bu günə qədər də həmin səhnəni yadımdan çıxara bilmirəm".

Səidə Quliyeva 2000-ci ildə respublikanın Əməkdar Artisti adına layiq görülüb. 9 may 2012-ci ildə isə "Xanuma" tamaşasındakı nənə obrazına görə aktrisa Xalq artisti fəxri adını alıb.

***

Bir neçə gün əvvəl aktrisanın işlədiyi Akademik Dram Teatrından çıxarılması ilə bağlı şayiələr yaransa da, Səidə Quliyeva açıqlama verərək, bu xəbərlərin yalan olduğunu bildirdi.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1970   Tarix: 03 yanvar 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Azərbaycan mədəniyyət ictimaiyyəti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanlayıb

Azərbaycan mədəniyyət ictimaiyyəti Azərbaycan Prezidenti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanlayıb. BİG.AZ -a istinadən təbrik mətnini təqdim edir:. "Möhtərəm cənab Prezident, 8 noyabr - Zəfər Günü Azərbaycan torpaqlarının işğaldan azad olunması, ərazi bütövlüyümüzün və suverenliyimizi

07.11.2026 180
.

Azərbaycanda bu şəxslərə 200 manat veriləcək

Təhsilin İnkişafı Fondu (TİF) və Qırmızı Ürəklər Fondu arasında "Qırmızı Ürəklər" Təhsil Təqaüd Proqramının davam etdirilməsinə dair müqavilə imzalanıb. Yeni mərhələdə daha 20 tələbəyə təqaüd ayrılması nəzərdə tutulur. Ölkə.az xəbər verir ki, müqaviləni Təhsilin İnkişafı Fondunun İdarə Heyətini

00:25 88
.

Bu ailələrə hər ay 650 manatadək pul veriləcək - Nazirlik məlumat yaydı

Azərbaycanda indiyədək 91 uşaq (51-i qız, 40-ı isə oğlan) himayədar ailələrə verilib. "Yeni Sabah" xəbər verir ki, uşaqların himayədar ailələrə verilməsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə himayədar şəxslər arasında müvafiq müqavilələr imzalanıb. Bu qayğı modeli valideynlərin

00:17 98
.

Azərbaycanda ailələrə MÜJDƏ: Ödəniş 2,5 dəfə artırılır - VACİB MƏQAMLAR

Azərbaycanda uşağın doğulmasına görə birdəfəlik müavinətin gələn ildən 600 manatdan 1500 manata qaldırılması təklif edilir. Bu barədə məlumat 2027-ci ilin dövlət büdcəsi layihəsində əksini tapıb. Müavinətin 900 manat qaldırılması demoqrafik vəziyyətə və ailələrin sosial rifahına nə dərəcədə təsir ed

00:27 99
.

İlham Əliyev: "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!" - Video

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 8 Noyabr - Zəfər Günü ilə bağlı videoçarx paylaşıb. BİG.AZ xəbər verir ki, videoçarxın mətnində deyilir:. "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır

07.11.2026 186
.

Bu şəxslər ictimai nəqliyyatla 1 QƏPİYƏ GEDƏCƏKLƏR

TəhsilPlus kartı olan təhsil işçiləri ictimai nəqliyyatda ilk gedişlərini 1 qəpiyə edə biləcəklər. Elm və Təhsil Nazirliyindən -a bildirilib ki, noyabr 2026-cı il tarixindən etibarən TəhsilPlus kartı olan təhsil işçiləri həftəiçi hər gün ictimai nəqliyyatda ilk gedişlərini cəmi 1 qəpiyə həyata keçir

00:09 117
.

Noyabrın pensiyaları BU TARİXDƏ ÖDƏNİLƏCƏK

Noyabr ayının pensiyalarının ödəniləcəyi tarix məlum olub. -ın əldə etdiyi məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfndən Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının noyabrın 13-də ödənilməsi nəzərd

00:07 120
.

Paşinyan: "Məqsəd sərhədləri və açıq qapıları olan Ermənistan miras qoymaqdır"

"Hazırkı iqtidarın əsas məqsədi gələcək nəsillərə beynəlxalq aləmdə qəbul edilmiş sərhədləri və açıq qapıları olan bir Ermənistan miras qoymaqdır". Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu sözügedən ölkənin baş naziri Nikol Paşinyan İrəvanda "Restart" fondunun təşəbbüs

07.11.2026 194
.

Səfir: "TRIPP İrəvan və Bakı arasında dialoq üçün yeni imkanlar yaradacaq"

"TRIPP ("Tramp marşrutu") layihəsinin icra edilməsi Azərbaycanın bölgə ilə nəqliyyat əlaqələrinin genişləndirilməsinə şərait yaradacaq və Ermənistanla münasibətlərin inkişafı üçün yeni imkanlar aça bilər". Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu ABŞ-nin Ermənistandak

07.11.2026 147
.