Əliyar Ağayev: "Hakimlərimiz bir çox avropalı referilərdən güclüdürlər"

Əliyar Ağayev: "Hakimlərimiz bir çox avropalı referilərdən güclüdürlər"Azərbaycanın FIFA referisi Əliyar Ağayev 2013-cü ildən beynəlxalq oyunlara təyinat alır.

O, ilk dəfə 2015-ci ildə Avstriyada yerli "Rapid" və Belarusun "Dinamo" (Minsk) komandaları arasında keçirilmiş UEFA Avropa Liqasının qrup mərhələsinin görüşünü idarə edərək, ölkə futbolunun tarixinə düşüb. Ağayev 2016-cı ildə UEFA-nın birinci kateqoriyasına yüksəlib.

35 yaşlı ədalət təmsilçisi Azərbaycan futbolu tarixində ilk dəfə cari mövsüm UEFA Çempionlar Liqasının qrup oyununa da təyinat alıb. Referi Danimarkada "Kopenhagen"lə Almaniyanın "Borussiya" (Dortmund) komandaları arasında keçirilən VI tur matçını idarə edib.

Cari mövsümün ilk yarısında Azərbaycan Premyer Liqasında 10 oyuna təyinat alan Əliyar Ağayev "Report"un suallarını cavablandırıb.

- 2022-ci ili şəxsi karyeranızda necə dəyərləndirirsiniz?
- İli özüm üçün uğurlu hesab edirəm. Həm yerli çempionatda, həm xarici çempionatda, həm də UEFA bayrağı altında keçən oyunlarda ümumilikdə çox yaxşı performans göstərdik. Mən bunu tək bacarmadım, briqada şəklində etdik. Təbii ki, ötən ilin ən xoş anı Avropada Çempionlar Liqasında debüt etmək və Gənclər və İdman Nazirliyi tərəfindən keçirilən tədbirdə iştirak etmək oldu.

- Hesablamalarımıza əsasən, mövsümün ilk yarısında Azərbaycan Premyer Liqasında və ölkə kubokunda ən çox oyun idarə edən hakimsiniz. Necə düşünürsünüz, istədiyiniz qədər təyinat almısınız?
- Bəli, hesab edirəm ki, kifayət qədər təyinat alıram. Nəzərə alaq ki, 12 Premyer Liqa hakimi var və hər turda 5 oyun keçirilir. Buna görə də aldığım təyinat sayı yaxşıdır.

- Azərbaycanda hakimliyin inkişafını necə qiymətləndirirsiniz?
- Yaxşı. Bizim hakimlik məktəbimiz olub və həmin məktəbi həmişə layiqli şəkildə təmsil etməyə çalışırıq. Hakimlərimiz bir çox avropalı referilərdən hərtərəfli güclüdürlər və bu işə ciddi peşə kimi yanaşırlar. Biz də hakimliyə yeni gəlmək istəyənlərə örnək olmağa çalışmalıyıq.

- Niyə bu sahədə irəliləyiş daha azdır, referilərimiz mötəbər yarışlara təyinat almırlar?
- Təbii ki, əksər gənclər futbol oynamağı üstün tuturlar, nəinki hakimliyə gəlməyi. Bəlkə də, çoxları bu işin çətin peşə olduğunu fikirləşərək çəkinirlər. Amma hazırda gənc hakimlərin yetişdirilməsi ilə məşğul olan müəllimlərimiz əllərindən gələni edirlər ki, daha çox hakimlər cəlb olunsun. O ki qaldı mötəbər yarışlara təyinata, məncə, 2022-ci il FIFA dərəcəli hakimlərimizin ən uğurlu ili oldu. Hamımız ilk dəfə idi ki, qrup mərhələlərində oyunlar idarə etdik.

- Ötən il Çempionlar Liqasının qrup mərhələsində debüt etdiniz. 2023-cü illə bağlı hədəfləriniz nələrdir?
- Bəli, cari mövsüm debüt etdik. Amma bu yarışlarda daim hakimlik etmək üçün üzərimizdə çox çalışmalıyıq. Hədəf deyəndə, çıxdığımız hər bir oyun bizim üçün önəmlidir. Uğurlu idarəçilik növbəti təyinatı gətirir. Təbii ki, pley-off oyunlarının birinə təyinat almağımız 2023-cü il üçün gözəl başlanğıc olardı.

- Bu il elit kateqoriyaya yüksəlmək ehtimalınız var?
- Ehtimal həmişə var. Bəzən heç gözləmədiyin halda belə olur. Düzünü desəm, hazırda birinci kateqoriyada möhkəmlənməyi düşünürəm. Ondan sonra kateqoriya yüksəltmək gəlir.

- 2023-cü ildə beynəlxalq turnirlərdə VAR hakimi kimi də işləyə bilərsiniz. Bu barədə nə deyə bilərsiniz?
- Əvvəla adımızı VAR hakimi kimi də FIFA-ya göndərən AFFA Hakimlər Komitəsinin sədri Barış Şimşəkə təşəkkürümü bildirmək istəyirəm. Fikrimcə, bu, həm mənim, həm də Elçin Məsiyev üçün çox gözəl şans oldu. Artıq bir neçə ilə tam Azərbaycan briqadası ilə avrokuboklarda VAR tətbiq olunan matçlarda iştirak edə bilərik.

- Hakimlik karyeranızda unuda bilmədiyiniz hansısa oyun var?
- Əlbəttə ki, belə bir çox oyun var. Premyer Liqadakı, avrokuboklardakı debüt matçlarımı, eyni zamanda, Avropa Liqası və Çempionlar Liqasının qrupundakı ilk görüşümü qeyd edə bilərəm.

- Azərbaycan futbolu ilə bağlı düşüncələriniz nələrdir? Oyunları idarə edən hakim kimi, çempionatın səviyyəsini necə görürsünüz?
- Biz hakimlikdən danışdıq, amma hesab edirəm ki, futbolumuz üçün də uğurlu ili geridə qoyduq. Milli komandanın son oyunlardakı uğurlu çıxışları və 5 matçlıq məğlubiyyətsizlik seriyası yaxalaması bizi sevindirdi. Bəli, çempionatın səviyyəsi məni qane edir. Hətta deyərdim ki, səviyyə daha da artıb və istənilən komandanın digərindən xal ala bildiyinin şahidi oluruq.

- Daha çox beynəlxalq arenada, yoxsa yerli çempionatda təzyiqlə üzləşirsiniz?
- Həmişə deyirəm ki, yerli çempionatı idarə etmək daha çətindir. Burada təzyiqlər, yazılar daha çox olur, nəinki avrokuboklarda. Orada olsa belə, bizim xəbərimiz olmur.

- Son olaraq karyeranızla bağlı əsas hədəfləriniz nələrdir?
- Hədəf bizdə qısamüddətli və uzunmüddətli olur. Qısamüddətli odur ki, çıxdığımız hər növbəti oyunu uğurla idarə edək. Uzunmüddətli isə mümkün qədər irəli getmək və daha mötəbər yarış və oyunlara təyinat almaqdır.


BiG.Az
Telegramda izləyin
İdman   Baxılıb: 880   Tarix: 03 yanvar 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Rəşad Rəsullu: "Dünya çempionatına ev sahibliyi etməkdən qürur duyuruq"

Qarşıdakı günlərdə Bakı beynəlxalq cüdo təqviminin ən mühüm yarışlarından birində dünyanın aparıcı idmançılarını bir araya gətirəcək. "Report"un məlumatına görə, bu barədə Azərbaycan Cüdo Federasiyasının (ACF) icraçı vitse-prezidenti Rəşad Rəsullu deyib. ACF rəsmisi Bakıda keçiriləcək düny

03.10.2026 480
.

Ronaldu Portuqaliya millisindən uzaqlaşdırıldı

Portuqaliya Futbol Federasiyası Kriştianu Ronaldunun milli komandanın düşərgəsini icazəsiz tərk etməsindən sonra məşhur futbolçuya qarşı avtomatik diskvalifikasiya qərarı tətbiq edib. xəbər verir ki, bu barədə Britaniyanın "The Mirror" nəşri məlumat yayıb. Qeyd olunur ki, qaydalarına əsasən

10.10.2026 588
.

11 yaşlı britaniyalı şahmatçı dünya rekordunu yenilədi

Britaniyalı şahmatçı Bodhana Sivanandan qadınlar arasında şahmat tarixinin ən gənc beynəlxalq ustası olub. "The Guardian"a istinadən xəbər verir ki, Sivanandan bu uğura Monteneqronun Budva şəhərində keçirilən Avropa Klublar Kubokunda nail olub. O, 1988-ci ildə 12 yaşında beynəlxalq usta titulun

25.10.2026 464
.

Pyerluici Kollina da Bakıya gəldi - Video

Sabiq futbol hakimi, hazırda FIFA Hakimlər Komitəsinin sədri olan Pyerluici Kollina Azərbaycana gəlib. "CBC Sport"a istinadən xəbər verir ki, Kollina Bakıda keçirilən FIFA U-15 dünya çempionatını və festivalını izləmək üçün paytaxtımıza səfər edib. Qeyd edək ki, U-15 dünya çempionatı oktyabrı

26.10.2026 425
.

Millətlər Liqası: Türkiyə İtaliya ilə üz-üzə gələcək

UEFA Millətlər Liqasında qrup mərhələsində II turun növbəti oyunları bu gün keçiriləcək. Qaynarinfo-nun məlumatına görə, A, B və C qruplarında ümumilikdə səkkiz matç baş tutacaq. A Liqasının 1-ci qrupunda Türkiyə millisi İtaliya seçməsini qəbul edəcək. Fransa isə Belçikanın qonağı olacaq. UEFA Millətlə

28.09.2026 420
.

Azərbaycan boksçusu Avropa çempionu oldu

Azərbaycan idmançısı Cəmilə Muradlı Budvada keçirilən 17 yaşadək boksçular arasında Avropa çempionatının qalibi olub. xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyasından məlumat verilib. 57 kq çəki dərəcəsində mübarizə aparan milli komandanın üzvü finalda Almaniya təmsilçisi Aliya İbrahimi il

11.10.2026 579
.

15 gün əvvəl təyin olunmuşdu, vəzifəsindən ayrıldı

AFFA-nın mətbuat xidmətinin rəhbəri Murad Axundov qurumdan ayrılıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə onun özü məlumat verib. O bu vəzifəyə 15 gün əvvəl təyin olunmuşdu

01.10.2026 748
.

"Bavariya"nın baş məşqçisi Vensan Kompani bir neçə gün xəstəxanada qalacaq

Almaniyanın "Bavariya" komandasının baş məşqçisi Vensan Kompani bir neçə gün xəstəxanada qalacaq. "Report" xəbər verir ki, bu barədə Münhen təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Belçikalı mütəxəssis cümə günü klubun məşq bazasında huşunu itirib. O, daha sonra xəstəxanaya çatdırılıb

25.10.2026 335
.

Zlatan İbrahimoviç 7 milyonluq avtomobil aldı - Fotolar

Ulduz futbolçu Zlatan İbrahimoviç 4 milyon dollarlıq (6 milyon 800 min manat)"Ferrari F80" alıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə İsveç mətbuatı məlumat yayıb. "Milan"da yüksək səviyyəli məsləhətçi vəzifəsində çalışan 45 yaşlı isveçli futbol əfsanəsi yeni avtomobilini

05.10.2026 784
.