Bakıdakı dəhşətli qəzada iştirak edən sürücülərin kimliyi BİLİNDİ - YENİLƏNİB + FOTO/VİDEO

Bakıdakı dəhşətli qəzada iştirak edən sürücülərin kimliyi BİLİNDİ - YENİLƏNİB + FOTO/VİDEOBakının Qaradağ rayonunun Qobustan qəsəbəsində baş verən ağır yol-nəqliyyat hadisəsində iştirak edən sürücülərin kimliyi məlum olub.

Baş Dövlət Yol Polisi İdarəsindən Real TV-yə verilən açıqlamaya görə, Şərur rayon sakini 39 yaşlı Heydərov Nizami Qadir oğlu yanacaq daşıdığı "Mercedes" markalı qoşqulu yük avtomobili ilə Qazax rayonu istiqamətində olarkən, qarşıda onunla eyni istiqamətdə hərəkətdə olan Lənkəran rayon sakini 43 yaşlı Fərzullayev Ceyhun Cəsarət oğlunun idarəetdiyi "KamAZ" markalı yük maşını ilə toqquşub.

Toqquşmadan sonra "Mercedes" markalı yük avtomobili idarəetmədən çıxaraq yolun solundaki dəmir çəpərə çırpılıb və güclü partlayış nəticəsində alışıb.

Bu zaman eyni istiqamətdə hərəkətdə olan Füzuli şəhər sakini 59 yaşlı Əliyev Əvsələtdin Tofiq oğlunun idarə etdiyi "Opel" markalı avtomobil, "Mercedes" markalı yük avtomobilinə çırpılıb.

Qəza nəticəsində "Mercedes" markalı avtomobilin sürücüsü Heydərov Nizami Qadir oğlu hadisə yerində yanaraq ölüb, "Opel" markalı avtomobilin sürücüsü Əliyev Əvsələtdin Tofiq oğlu isə xəsarət alıb.

17:55

Bakının Qaradağ rayonunun Qobustan qəsəbəsində ağır yol qəzası ilə bağlı cinayət işi başlanılıb, ölən sürücünün kimliyi məlum olub.

Bu barədə "Report"un sorğusuna cavab olaraq Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) bildirilib.

Qeyd edilib ki, hadisə ilə bağlı Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb, istintaq aparılır.

Bildirilib ki, hadisə zamanı ölən şəxs Heydərov Nizami Qədir oğludur.

***
Qaradağda baş verən dəhşətli yol-nəqliyyat hadisəsinin görüntüləri yayılıb.

Oxu.Az xəbər verir ki, görüntülərdə 99-ZD-593 dövlət nömrə nişanlı "Mercedes" markalı yanacaqdaşıyan avtomobilin yolun kənarı ilə hərəkətdə olan 42-CB-514 dövlət nömrə nişanlı "KamAZ" markalı yük maşınına çırpılması əks olunub.

Zərbənin təsirindən yanacaqdaşıyan yük maşını yol kənarındakı dəmir arakəsmələrə çırpılıb. Bundan başqa, eyni istiqamətdə hərəkətdə olan 99-BH-926 dövlət nömrə nişanlı "Opel" markalı nəqliyyat vasitəsinin sürücüsü də qəzadan yayına bilməyib.

Qəzadan sonra ərazidə güclü yanğın başlayıb.

Həmin görüntüləri təqdim edirik:

***
"Yanğın 80 dəqiqəyə söndürülüb".

Bunu Oxu.Az-a açıqlamasında Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini polkovnik Əkbər Novruzov deyib.

Onun sözlərinə görə, əraziyə 12 texnika və 65 şəxsi heyət cəlb olunub.

"Məlumat daxil olan kimi yanğın bölmələri hadisə yerinə cəlb olunub.

Yanğının baş verməsinə səbəb 99-ZD-593 dövlət nömrə nişanlı "Mercedes" markalı yanacaqdaşıyan avtomobilin hərəkətdə olan 42-CB-514 dövlət nömrə nişanlı "KamAZ" markalı yük maşını ilə toqquşmasıdır. Bu toqquşmadan sonra 99-BH-926 dövlət nömrə nişanlı "Opel" markalı nəqliyyat vasitəsi "Mercedes"ə çırpılıb".

Ə.Novruzov qeyd edib ki, hadisədən sonra "Mercedes" markalı avtomobilin sürücüsü partlayış nəticəsində dünyasını dəyişib:

"Opel" tamamilə kül olub. Avtomobildə olan 2 nəfər şəhər xəstəxanasına aparılıb. "KamAZ"ın arxa təkərləri yanıb. Sürücüsü ilə bağlı məlumat yoxdur".

***
Səhər saatlarında Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsində baş vermiş dəhşətli qəzadan sonra ərazidə dəhşətli mənzərə yaranıb.

Oxu.Az xəbər verir ki, partlayış nəticəsində 99-ZD-593 dövlət nömrə nişanlı "Mercedes" markalı yanacaq daşıyan avtomobil bir neçə hissəyə parçalanıb.

Partlayışın gücündən nəqliyyat vasitəsinin çəni kuzovundan ayrılıb.

42-CB-514 dövlət nömrə nişanlı "KamAZ" markalı yük maşını isə daşla yüklü olduğundan qəzadan qismən az zərərlə çıxıb. Zərbənin gücündən onun daşıdığı mişar daşları yola dağılıb.

Qəza zamanı 99-BH-926 dövlət nömrə nişanlı "Opel" markalı nəqliyyat vasitəsi tamamilə kül olub.

Bakıdakı dəhşətli qəzada iştirak edən sürücülərin kimliyi BİLİNDİ - YENİLƏNİB + FOTO/VİDEOBakıdakı dəhşətli qəzada iştirak edən sürücülərin kimliyi BİLİNDİ - YENİLƏNİB + FOTO/VİDEOBakıdakı dəhşətli qəzada iştirak edən sürücülərin kimliyi BİLİNDİ - YENİLƏNİB + FOTO/VİDEOBakıdakı dəhşətli qəzada iştirak edən sürücülərin kimliyi BİLİNDİ - YENİLƏNİB + FOTO/VİDEOBakıdakı dəhşətli qəzada iştirak edən sürücülərin kimliyi BİLİNDİ - YENİLƏNİB + FOTO/VİDEOBakıdakı dəhşətli qəzada iştirak edən sürücülərin kimliyi BİLİNDİ - YENİLƏNİB + FOTO/VİDEOBakıdakı dəhşətli qəzada iştirak edən sürücülərin kimliyi BİLİNDİ - YENİLƏNİB + FOTO/VİDEOBakıdakı dəhşətli qəzada iştirak edən sürücülərin kimliyi BİLİNDİ - YENİLƏNİB + FOTO/VİDEO***
Bu gün səhər saatlarında Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsində dəhşətli qəzadan sonra baş verən yanğın söndürülüb.

Bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Hadisə nəticəsində, ilkin məlumata əsasən, bir nəfər həlak olub. Yanğının söndürülməsi ilə yanaşı FHN-in qüvvələri tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, qəza zamanı 99-BH-926 dövlət nömrə nişanlı "Opel", 99-ZD-593 dövlət nömrə nişanlı "Mercedes" və 42-CB-514 dövlət nömrə nişanlı "KamAZ" markalı avtomobillər toqquşub.

Qəza nəticəsində "Mercedes"in sürücüsü həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

***
Qobustanda "KamAZ" markalı yük maşını yanacaqdaşıyan avtomobillə toqquşub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, qəza nəticəsində yanacaqdaşıyan avtomobildə olan yanacaq dağılıb və yanğın başlayıb.

Yoldan keçən bir neçə avtomobil yanıb. Hadisə nəticəsində bir nəfər ölüb.

Hazırda Daxili İşlər Nazirliyinin və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerindədir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 4099   Tarix: 03 yanvar 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycan mədəniyyət ictimaiyyəti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanlayıb

Azərbaycan mədəniyyət ictimaiyyəti Azərbaycan Prezidenti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanlayıb. BİG.AZ -a istinadən təbrik mətnini təqdim edir:. "Möhtərəm cənab Prezident, 8 noyabr - Zəfər Günü Azərbaycan torpaqlarının işğaldan azad olunması, ərazi bütövlüyümüzün və suverenliyimizi

07.11.2026 180
.

Azərbaycanda bu şəxslərə 200 manat veriləcək

Təhsilin İnkişafı Fondu (TİF) və Qırmızı Ürəklər Fondu arasında "Qırmızı Ürəklər" Təhsil Təqaüd Proqramının davam etdirilməsinə dair müqavilə imzalanıb. Yeni mərhələdə daha 20 tələbəyə təqaüd ayrılması nəzərdə tutulur. Ölkə.az xəbər verir ki, müqaviləni Təhsilin İnkişafı Fondunun İdarə Heyətini

00:25 88
.

Bu ailələrə hər ay 650 manatadək pul veriləcək - Nazirlik məlumat yaydı

Azərbaycanda indiyədək 91 uşaq (51-i qız, 40-ı isə oğlan) himayədar ailələrə verilib. "Yeni Sabah" xəbər verir ki, uşaqların himayədar ailələrə verilməsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə himayədar şəxslər arasında müvafiq müqavilələr imzalanıb. Bu qayğı modeli valideynlərin

00:17 98
.

Azərbaycanda ailələrə MÜJDƏ: Ödəniş 2,5 dəfə artırılır - VACİB MƏQAMLAR

Azərbaycanda uşağın doğulmasına görə birdəfəlik müavinətin gələn ildən 600 manatdan 1500 manata qaldırılması təklif edilir. Bu barədə məlumat 2027-ci ilin dövlət büdcəsi layihəsində əksini tapıb. Müavinətin 900 manat qaldırılması demoqrafik vəziyyətə və ailələrin sosial rifahına nə dərəcədə təsir ed

00:27 99
.

İlham Əliyev: "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!" - Video

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 8 Noyabr - Zəfər Günü ilə bağlı videoçarx paylaşıb. BİG.AZ xəbər verir ki, videoçarxın mətnində deyilir:. "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır

07.11.2026 186
.

Bu şəxslər ictimai nəqliyyatla 1 QƏPİYƏ GEDƏCƏKLƏR

TəhsilPlus kartı olan təhsil işçiləri ictimai nəqliyyatda ilk gedişlərini 1 qəpiyə edə biləcəklər. Elm və Təhsil Nazirliyindən -a bildirilib ki, noyabr 2026-cı il tarixindən etibarən TəhsilPlus kartı olan təhsil işçiləri həftəiçi hər gün ictimai nəqliyyatda ilk gedişlərini cəmi 1 qəpiyə həyata keçir

00:09 117
.

Noyabrın pensiyaları BU TARİXDƏ ÖDƏNİLƏCƏK

Noyabr ayının pensiyalarının ödəniləcəyi tarix məlum olub. -ın əldə etdiyi məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfndən Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının noyabrın 13-də ödənilməsi nəzərd

00:07 120
.

Paşinyan: "Məqsəd sərhədləri və açıq qapıları olan Ermənistan miras qoymaqdır"

"Hazırkı iqtidarın əsas məqsədi gələcək nəsillərə beynəlxalq aləmdə qəbul edilmiş sərhədləri və açıq qapıları olan bir Ermənistan miras qoymaqdır". Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu sözügedən ölkənin baş naziri Nikol Paşinyan İrəvanda "Restart" fondunun təşəbbüs

07.11.2026 194
.

Səfir: "TRIPP İrəvan və Bakı arasında dialoq üçün yeni imkanlar yaradacaq"

"TRIPP ("Tramp marşrutu") layihəsinin icra edilməsi Azərbaycanın bölgə ilə nəqliyyat əlaqələrinin genişləndirilməsinə şərait yaradacaq və Ermənistanla münasibətlərin inkişafı üçün yeni imkanlar aça bilər". Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu ABŞ-nin Ermənistandak

07.11.2026 147
.