FIFA hər ölkədə Pelenin adını daşıyan stadionların olmasını istəyir

FIFA hər ölkədə Pelenin adını daşıyan stadionların olmasını istəyirBeynəlxalq Futbol Federasiyası (FIFA) digər futbol təşkilatlarının üzvləri ilə braziliyalı üçqat dünya çempionu Pelenin şərəfinə hər ölkədə ən azı bir stadionun adının dəyişdirilməsi imkanını müzakirə edir.

BiG.AZ "report"a istinadən xəbər verir ki, bu barədə FIFA rəhbəri Canni İnfantino açıqlama verib.

Yanvarın 2-də Braziliyanın "Santos" klubunun San-Paulu ştatının eyniadlı şəhərindəki stadionunda dekabrın 29-da 82 yaşında dünyasını dəyişən Pelenin anım mərasimi keçirilir. İnfantino braziliyalı ilə vida mərasiminə qatılıb.

"Mən onun xatirəsini ehtiramla yad etmək üçün buradayam. Biz əvvəllər beynəlxalq federasiyalarla yerli futbol çempionatlarının hər oyunundan əvvəl onun şərəfinə bir dəqiqəlik sükutla yad edilməsi barədə danışmışıq.

Amma biz həm də istəyirik ki, hər bir ölkədə Pelenin adını daşıyan heç olmasa bir stadion olsun. 50, 100 il keçəcək, uşaqlarımız bizdən onun haqqında soruşacaq, bütün bunlar Pelenin xatirəsini uzadar. Bunun olacağına əmin olmalıyıq", - İnfantino bildirib.


BiG.Az
Telegramda izləyin
İdman   Baxılıb: 960   Tarix: 02 yanvar 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

İdman zalında risk hesab edilən 3 məşq növü

İdman zalına gedən həvəskarlar peşəkarlarla müqayisədə daha tez-tez zədələnir. Mütəxəssislər bunu zəifliklə deyil, tələskənlik və düzgün texnikanın olmaması ilə izah edir. xəbər verir ki, peşəkarlar illərlə texnika üzərində işləyir və yükü mərhələli artırır. Həvəskarlar isə çox vaxt başqalarını təqli

29.04.2026 371
.

Dünyanın ən bahalı - 10 qapıçısı

Dünyanın ən bahalı qapıçılarının siyahısı açıqlanıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Transfermarkt" portalında məlumat yer alıb. Belə ki, futbolçuların yenilənmiş bazar dəyərinin məlum olmasından sonra müəyyənləşən siyahıya əsasən, "Mançester Siti"nin qapıçısı Canluic

04.04.2026 394
.

Rəşad Sadıqov Elvin Cəfərquliyevdən danışdı - Video

"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov intizamsızlıq etdiyinə görə əsas komandadan qovulan Elvin Cəfərquliyevdən danışıb. "Qafqazinfo" xəbər verir ki, çalışdırıcı azərbaycanlı futbolçuların məşhur olduqdan sonra səvlərə yol verməsi ilə bağlı sualı cavablandırıb. O bu məsələdə çıxı

22.04.2026 368
.

"Neftçi" - "Qarabağ" matçının biletləri satışa çıxarıldı

Aprelin 30-u saat 20:00-da "Palms Sports Arena"da keçiriləcək Misli Premyer Liqasının 21-ci turundan təxirə salınmış "Neftçi" - "Qarabağ" matçının biletləri satışa çıxarılıb. "Qafqazinfo" xəbər verir ki, qiyməti 2, 3, 5, 15 və 20 AZN təşkil edən biletləri "Neftçi"ni

27.04.2026 356
.

Premyer Liqa: "Qarabağ" bu gün "Turan Tovuz"la qarşılaşacaq

Misli Premyer Liqasında XX turun daha bir oyunu bu gün keçiriləcək. Qaynarinfo-nun məlumatına görə, "Qarabağ" "Turan Tovuz"la münasibətlərə aydınlıq gətirəcək. Qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda, saat 19:30-da start götürəcək. Görüşün baş hakimi Rəşad Əhmədov olacaq

04.05.2026 210
.

"Barselona" kamerunlu futbolçu Kristian Kofaneni heyətinə qatmaq istəyir

İspaniya təmsilçisi "Barselona" Almaniyanın "Bayer 04" klubunda çıxış edən futbolçu Kristian Kofaneni heyətinə qatmaq istəyir. "Report" "Fichajes" nəşrinə istinadən xəbər verir ki, kataloniyalılar 19 yaşlı hücumçunun transferi üçün ilk addımı atmaq niyyətindədir

12.04.2026 574
.

Natiq Bağırov: "Avropa Kubokunda iştirakçı ölkərin sayının artmasını istəyirik"

Azərbaycan Cüdo Federasiya (ACF) ölkəmizdə yeniyetmələr arasında keçirilən Avropa Kubokunda iştirakçı ölkələrin sayının artmasını istəyir. "Report"un yarışa ezam olunmuş əməkdaşının məlumatına görə, bu barədə ACF prezidentinin müşaviri Natiq Bağırov jurnalistlərə açıqlamasında bildirib. Quru

04.04.2026 359
.

Ceyhun Bayramov ruandalı həmkarı ilə çoxtərəfli əməkdaşlığın perspektivlərini müzakirə edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində Ruandanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Olivier Jean Patrick Nduhungirehe ilə görüş keçirib. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi "X" sosial medi

18.04.2026 274
.

"Qarabağ" 7 qol vurub qalib gəldi

Misli Premyer Liqasında 26-cı tur davam edir. "Qafqazinfo" xəbər verir ki, 2-ci oyun gününə nəzərdə tutulan 1 matç artıq başa çatıb. "Qarabağ" Tofiq Bəhramov adına Respublika Stadionunda "Karvan-Yevlax"ı qəbul edib. Ağdam təmsilçisi rəqibinə 7 cavabsız qolla qalib gəlib

06.04.2026 710
.

TOP MP3