İdmançılarımız ötən ili 282 medalla başa vurublar
2022-ci il Azərbaycan güləşi üçün kifayət qədər məhsuldar olub. Ötən 1 ildə müxtəlif nüfuzlu yarışlarda tarixi qələbələr, çoxsaylı rekordlar və ilklər qeydə alınıb.
Azərbaycan Güləş Federasiyasından Modern.az-a verilən məlumata görə, milli komandalarımız ötən il bütün yaş qrupları üzrə Avropa çempionatlarında 39 qızıl, 22 gümüş, 33 bürünc medal qazanıblar. Ümumilikdə güləşçilərimiz 94 dəfə qitə birinciliklərində fəxri kürsüyə qalxıblar.
Dünya çempionatlarında 16 qızıl, 13 gümüş və 18 bürünc medal əldə olunub. 2022-ci ildə keçirilən mundiallarda ölkəmiz adına 47 medal yazdırıb. Bundan başqa, yunan-Roma güləşi üzrə millimiz dünya kuboku yarışında gümüş medala yiyələnib.
Digər yarışlara gəlincə, sözsüz, bunlardan ən önəmlisi Konyada keçirilən V İslam Həmrəyliyi Oyunları idi. 23 (8 qızıl, 8 gümüş, 7 bürünc) medal əldə edən güləşçilərimiz növbəti dəfə Azərbaycan idmanının flaqmanı olduğunu isbatladılar. İl ərzində baş tutan başqa beynəlxalq yarışlarda qazanc 36 qızıl, 31 gümüş və 50 bürünc medal olub.
Beləliklə, güləşçilərimiz 2022-ci ili ümumilikdə 282 medalla başa vurublar. 99 idmançımız baş mükafata yiyələnib. Bundan başqa, 75 gümüş və 108 bürünc medal qazanılıb.
2022-ci il Azərbaycan güləş tarixinə rekordlar ili kimi yazıldı. Təsadüfi deyil ki, geridə qoyduğumuz ildə 30-a yaxın rekord yeniləndi. Yunan-Roma güləşində böyüklər arasında, U-17 və U-15 yaş qrupunda, sərbəst güləşdə isə böyüklərlə yanaşı, U-23 və U-17 yaş qrupunda komanda hesabında Avropa çempionu olduq. Çimərlik güləşi üzrə U-17 millimiz həm Avropa, həm də dünya çempionatında 4 qızıl medal qazanaraq maksimum nəticəyə imza atdı. Yunan-Roma güləşi üzrə yığmamızın rekord xalla komanda hesabında dünya ikinci olması da, böyük uğurlar sırasındadır. Ümumilikdə Avropa və dünya çempionatlarında komanda hesabında 16 dəfə ilk "3-lük"də yer aldıq.
Ötən il Azərbaycan Güləş Federasiyası üçün də məhsuldar alındı. İlk dəfə U-15 yaş qrupunda və çimərlik güləşi üzrə Azərbaycan çempionatı keçirildi. Dünya Güləş Birliyinin (UWW) təqvim planında yer alan sonuncu beynəlxalq yarış olan "Təhsil" turniri də ilklər sırasına yazıldı. Ölkəmizdə keçirilən ilin ən önəmli yarışı yunan-Roma güləşi üzrə dünya kuboku oldu. UWW rəsmiləri yarışın yüksək səviyyədə təşkil edilməsini böyük məmnunluqla qeyd etdilər.
Sentyabrda ikiqat Olimpiya və dördqat dünya çempionu Con Smitin ABŞ-dan ölkəmizə təşrif buyuraraq Bakı, Astara və Gəncədə ustad dərsləri keçməsi, həmçinin bir neçə gün əvvəl güləşimizin canlı əfsanələrinin eyni məqsədlə Astara Olimpiya İdman Kompleksində yeniyetmə və gənclərlə görüşü böyük maraq və rəğbətlə qarşılandı. Sözsüz, atılan bu addımlar güləşin ölkəmizdə daha da populyarlaşmasına və kütləviləşməsinə hesablanıb. Bu tip tədbirlərin gələcəkdə də davam etdirilməsi nəzərdə tutulub.
Azərbaycan güləş hakimləri də yeni inkişaf mərhələsinə qədəm qoyublar. Bu il beynəlxalq dərəcəli referilərin sırasına daha 2 ədalət təmsilçimiz qoşuldu. 4 hakimimiz isə kateqoriyalarını yüksəltdi.
BiG.Az
Telegramda izləyin
İdman Baxılıb: 1035 Tarix: 02 yanvar 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşRəşad Rəsullu: "Dünya çempionatına ev sahibliyi etməkdən qürur duyuruq"
Qarşıdakı günlərdə Bakı beynəlxalq cüdo təqviminin ən mühüm yarışlarından birində dünyanın aparıcı idmançılarını bir araya gətirəcək. "Report"un məlumatına görə, bu barədə Azərbaycan Cüdo Federasiyasının (ACF) icraçı vitse-prezidenti Rəşad Rəsullu deyib. ACF rəsmisi Bakıda keçiriləcək düny
03.10.2026 480 Ronaldu Portuqaliya millisindən uzaqlaşdırıldı
Portuqaliya Futbol Federasiyası Kriştianu Ronaldunun milli komandanın düşərgəsini icazəsiz tərk etməsindən sonra məşhur futbolçuya qarşı avtomatik diskvalifikasiya qərarı tətbiq edib. xəbər verir ki, bu barədə Britaniyanın "The Mirror" nəşri məlumat yayıb. Qeyd olunur ki, qaydalarına əsasən
10.10.2026 588 11 yaşlı britaniyalı şahmatçı dünya rekordunu yenilədi
Britaniyalı şahmatçı Bodhana Sivanandan qadınlar arasında şahmat tarixinin ən gənc beynəlxalq ustası olub. "The Guardian"a istinadən xəbər verir ki, Sivanandan bu uğura Monteneqronun Budva şəhərində keçirilən Avropa Klublar Kubokunda nail olub. O, 1988-ci ildə 12 yaşında beynəlxalq usta titulun
25.10.2026 464 Pyerluici Kollina da Bakıya gəldi - Video
Sabiq futbol hakimi, hazırda FIFA Hakimlər Komitəsinin sədri olan Pyerluici Kollina Azərbaycana gəlib. "CBC Sport"a istinadən xəbər verir ki, Kollina Bakıda keçirilən FIFA U-15 dünya çempionatını və festivalını izləmək üçün paytaxtımıza səfər edib. Qeyd edək ki, U-15 dünya çempionatı oktyabrı
26.10.2026 425 Millətlər Liqası: Türkiyə İtaliya ilə üz-üzə gələcək
UEFA Millətlər Liqasında qrup mərhələsində II turun növbəti oyunları bu gün keçiriləcək. Qaynarinfo-nun məlumatına görə, A, B və C qruplarında ümumilikdə səkkiz matç baş tutacaq. A Liqasının 1-ci qrupunda Türkiyə millisi İtaliya seçməsini qəbul edəcək. Fransa isə Belçikanın qonağı olacaq. UEFA Millətlə
28.09.2026 420 Azərbaycan boksçusu Avropa çempionu oldu
Azərbaycan idmançısı Cəmilə Muradlı Budvada keçirilən 17 yaşadək boksçular arasında Avropa çempionatının qalibi olub. xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyasından məlumat verilib. 57 kq çəki dərəcəsində mübarizə aparan milli komandanın üzvü finalda Almaniya təmsilçisi Aliya İbrahimi il
11.10.2026 579 15 gün əvvəl təyin olunmuşdu, vəzifəsindən ayrıldı
AFFA-nın mətbuat xidmətinin rəhbəri Murad Axundov qurumdan ayrılıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə onun özü məlumat verib. O bu vəzifəyə 15 gün əvvəl təyin olunmuşdu
01.10.2026 748 "Bavariya"nın baş məşqçisi Vensan Kompani bir neçə gün xəstəxanada qalacaq
Almaniyanın "Bavariya" komandasının baş məşqçisi Vensan Kompani bir neçə gün xəstəxanada qalacaq. "Report" xəbər verir ki, bu barədə Münhen təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Belçikalı mütəxəssis cümə günü klubun məşq bazasında huşunu itirib. O, daha sonra xəstəxanaya çatdırılıb
25.10.2026 335 Zlatan İbrahimoviç 7 milyonluq avtomobil aldı - Fotolar
Ulduz futbolçu Zlatan İbrahimoviç 4 milyon dollarlıq (6 milyon 800 min manat)"Ferrari F80" alıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə İsveç mətbuatı məlumat yayıb. "Milan"da yüksək səviyyəli məsləhətçi vəzifəsində çalışan 45 yaşlı isveçli futbol əfsanəsi yeni avtomobilini
05.10.2026 784