Azərbaycanlı pianoçu Eynşteynin doğulduğu şəhərdə ifasıyla Kardioloji Mərkəzin açılışını etdi - FOTO

Azərbaycanlı pianoçu Eynşteynin doğulduğu şəhərdə ifasıyla Kardioloji Mərkəzin açılışını etdi - FOTO23 yaşlı Murad Abasov bakalavrdan birbaşa doktoranturaya qəbul olunan ilk azərbaycanlı pianoçudur. Məhz o, Almaniyada, məşhur alim Albert Eynşteynin doğulduğu Ulm şəhərində Kardioloji Mərkəzin təntənəli açılışında ifa etmək üçün seçilərək dəvət alıb.

BiG.AZ-ın verdiyi məlumata görə, bu barədə gənc pianoçumuzun özü sosial şəbəkədə paylaşım edərək bildirib.

Azərbaycanlı pianoçu Eynşteynin doğulduğu şəhərdə ifasıyla Kardioloji Mərkəzin açılışını etdi - FOTOAzərbaycanlı pianoçu Eynşteynin doğulduğu şəhərdə ifasıyla Kardioloji Mərkəzin açılışını etdi - FOTOİstedadlı gəncimiz Murad Abasovu daha yaxından tanımağa dəyər.

Bakı şəhərində anadan olan Abasov 2004-cü ildə 244 saylı tam orta məktəbin və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Orta ixtisas musiqi məktəb-studiyasının fortepiano ixtisası üzrə 1-ci sinfinə daxil olub və 2015-ci ildə 11-ci sinfi bitirib.

Azərbaycanlı pianoçu Eynşteynin doğulduğu şəhərdə ifasıyla Kardioloji Mərkəzin açılışını etdi - FOTOHəmin ildə də Almaniyanın Trossingen şəhərində Dövlət Musiqi Universitetinə qəbul olaraq "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində həmin universitetdə təhsil alıb.

2019-cu ildə universitetin bakalavr pilləsini əla qiymətlərlə bitirən pianoçu XXI əsrdə bakalavrdan birbaşa doktoranturaya qəbul olan ilk azərbaycanlıdır.

Həmçinin, 2019-cu ilin sentyabr ayından Almaniyanın ən prestijli musiqi müəssisələrindən olan Ulm musiqi məktəbində fortepiano müəllimi kimi işə qəbul olunub. Murad həm də Ulm musiqi məktəbində ən gənc müəllim kadrıdır.

Lakin onun uğurları bununla bitmir.

Azərbaycanlı pianoçu Eynşteynin doğulduğu şəhərdə ifasıyla Kardioloji Mərkəzin açılışını etdi - FOTOMurad Abasovun adı, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 mart tarixli 2111 nömrəli Sərəncamına əsasən, Azərbaycanın gənc istedadlarının "Qızıl kitabı"na yazılıb və o, Azərbaycan Respublikası Prezidentinin xüsusi aylıq təqaüdünə layiq görülüb.

Murad Abasov kiçik yaşlarından tanınmış pianoçu-pedaqoqların ustad uğurlu tələbəsi olub, bir sıra konsertlər verib, ölkəmizdə və ondan kənarda keçirilən müxtəlif müsabiqələrin laureatı olub.

2010-cu ildə Qara Qarayev adına pianoçuların I Beynəlxalq elmi-ifaçılıq müsabiqəsinin laureatı adına və I yerə, eyni zamanda P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının medalı və Yunesko tərəfindən verilmiş xüsusi diploma layiq görülüb.

2012-ci ildə Bolqarıstanın Dobriç-Albena şəhərlərində keçirilən XVII "Ümidlər. İstedadlar. Ustadlar" adlı müsabiqədə I yerə və "Qran-Pri" nominasiyasında namizədliyə layiq görülüb.

Hələ 15 yaşında ikən Üzeyir Hacıbəyli adına Dövlət simfonik orkestri ilə Azərbaycan Dövlət Filarmoniyasında və Qəbələdə keçirilən VI Beynəlxalq festivalda Ferens Listin mürəkkəb konsertini ifa edərək, bu yaşda hər ifaçıya nəsib olmayan müvəffəqiyyət əldə edib.

Almaniyada təhsil aldığı müddətində beynəlxalq müsabiqələrdə Azərbaycanı yüksək səviyyədə təmsil edib:

2016-cı ilin 23 – 27 may tarixlərində Almaniya Federal Respublikasının Myulakker şəhərində "Musical fireworks in Baden Wurttenberg" ("Baden-Vyurtenberqdə musiqi istedadları") adlı beynəlxalq müsabiqədə iştirak edib və ən yüksək mükafata – "Assoluto" ("Absolyut") mükafatına layiq görülüb. Müsabiqənin münsiflər heyətinin üzvü Tamara Poddubnaya Muradın ifasını yüksək qiymətləndirərək onun sinfində təhsil alması üçün ABŞ-nın "Loung Island Conservatory"na dəvət edib.

2016-cı il 28 – 31 iyul tarixlərində Almaniya Federal Respublikasının Geilenkirchen şəhərində keçirilən "Euregio Piano Award" adlı IV Beynəlxalq müsabiqədə iştirak edib. İştirakçılar arasında (18-35 yaş) ən kiçik yaşlı ifaçı və yeganə azərbaycanlı olmasına baxmayaraq, burada da o, böyük uğur qazanaraq ən yüksək balla I yerə layiq görülmüşdür. Muradın məhz bu çıxışı Almaniya mətbuatında "Ən böyük alqışa səbəb olan ifa" başlığı ilə dərc olunan məqalədə işıqlandırılıb.

Azərbaycanlı pianoçu Eynşteynin doğulduğu şəhərdə ifasıyla Kardioloji Mərkəzin açılışını etdi - FOTO2016-cı ilin 10 – 14 dekabr tarixlərində Türkiyənin Bursa şəhərində keçirilən beynəlxalq piano müsabiqəsində iştirak edib və ən yüksək nəticə göstərərək I yerə layiq görülüb.

2017-ci ilin 2 fevral tarixində Azərbaycan Respublikasının "Gənclər mükafatına" layiq görülüb.

2017-ci il 1 – 5 avqust tarixlərində İtaliyanın Berqamo şəhərində keçirilmiş beynəlxalq piano müsabiqəsində I yerə layiq görülüb.

2018-ci ilin iyun ayında İtaliyanın Milan şəhərində keçirilən "Pianotalents" beynəlxalq müsabiqəsində də uğur qazanaraq II yerə layiq görülüb.

2018-ci ilin 2 – 7 oktyabr tarixlərində Çin Xalq Respublikasının Çanqşa şəhərində keçirilən "2nd Changsha Open İnternational Piano Competition" müsabiqəsində çıxış edərək xüsusi mükafata layiq görülüb. Bu nüfuzlu müsabiqənin seçim turunda 300 nəfərdən 24 iştirakçı arasına düşərək yeganə azərbaycanlı kimi ölkəmizi layiqli təmsil edib.

Almaniya, Bolqaristan, İtaliya, Türkiyə və Polşada Murad solo konsertlərlə çıxış edib. Onun konsertləri haqqında məqalələr Almaniya mətbuatında geniş işıqlandırılıb.

2019-cu ilin 12, 13, 21 dekabr tarixlərində müxtəlif repertuarlarla Ankarada müvəffəqiyyətlə çıxış edib.

2020-ci il 7 fevral tarixində Almaniyanın Tübingen şəhərində solo konsertlə çıxış edib.

Azərbaycanlı pianoçu Eynşteynin doğulduğu şəhərdə ifasıyla Kardioloji Mərkəzin açılışını etdi - FOTONatəvan Baxşiyeva


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 1401   Tarix: 26 dekabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Polislər bizi mühasirəyə alıb, şöbəyə apardı"

"Yaxşı maşınım, gəlirim, evim, yaşayışım var. Çox yaxşı yaşayıram. Pulunu yaxşı şeylərə xərcləməsən, heç vaxt yerinə gəlməyəcək. Mən də yaxşı şeylərə, xeyriyyəyə xərcləyirəm. Eləsi olur ki, pulu var, amma xeyriyyəçilik etmir. Kimsə yaxşılığa xərcləmirsə, canına xərcləyəcək". Axşam.az xəbə

16.09.2021 3763
.

"Kalp yarası"nda yeni aktyor - Foto

Reytinqlərdə ilk sırada yer alan "Kalp yarası" serialına yeni aktyor daxil olub. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ekran işində Görkem Mertsöz rol alacaq. Aktyor serialda psixoloq obrazına həyat verəcək

17.09.2021 3104
.

Bu da Pərvinin MAKİYAJSIZ HALI - FOTOLAR

Aktrisa Pərvin Abıyevadan xəbər var. xəbər verir ki, aktrisa "Instagram" hesabında canlı yayımda olub. Canlı yayım zamanı Pərvin makiyajsız və saçları dağınıq halda görünüb. İzləyiciləri onun bu halını bəyənməyib. Həmin fotoları təqdim edirik:

16.09.2021 4042
.

İkinci əl geyimlər aldığını etiraf etdi

Türkiyəli aktrisa Şəbnəm Bozoklu həyat yoldaşı Kanat Atkaya ilə İstanbulun Bebek ərazisində görüntülənib. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa müxbirlərlə söhbət edərkən ikinci əl geyimlər aldığını etiraf edib:. "Təzə paltarlar da alıram. Amma bu təbiətə zərər verir. Ona görə az istifad

18.09.2021 6939
.

"Həmin Xalq artistlərinə pullar vermişəm"

Əməkdar artist Qorxmaz Əlili bir çox Xalq artistinə maddi yardım etdiyini deyib. Axşam.az xəbər verir ki, aktyor "Onun sirri" verilişində maraqlı açıqlama verib. O bildirib ki, bir çox sənət adamının hesabına pullar köçürüb:. "Artistlərin ağır vəziyyəti idi. Xeyriyyə konsertinə başladım

16.09.2021 1964
.

Kərəm Bürsinə görə İtaliyada izdiham yaşandı - Video

Sonuncu dəfə "Sen çal kapımı" serialında rol alan aktyor Kərəm Bürsin İtaliyaya gedib. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor "Canale 5" telekanalında yayımlanan "Verissimo" proqramında qonaq olacaq. Kərəm Bürsinin İtaliyadakı pərəstişkarları onu coşğ

17.09.2021 1059
.

41 yaşlı Nigar Camal görünüşü ilə heyran etdi - VİDEO

Müğənni Nigar Camal sosial şəbəkədə yeni paylaşım edib. xəbər verir ki, sənətçi instaqram hesabında idmanla məşğul olduğu görüntülərini yayımlayıb. 41 yaşlı müğənni fit və qüsursuz bədən qurluşu ilə diqqət çəkib. Camalın bu görüntüləri izləyiciləri tərəfindən maraq və rəğbətlə qarşılanıb

16.09.2021 6043
.

Emre Kaya pərəstişkarını məhkəməyə verdi

Türkiyəli müğənni Emre Kaya pərəstişkarından şikayətçi olub. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna səbəb isə Cihangir adlı şəxsin intihara təşəbbüs etdiyi anın videosunu sənətçiyə göndərərək, "gözünün qabağında özümü öldürəcəyəm" ismarışını yazması olub. Həmin şəxsdən izaha

17.09.2021 637
.

"Ata tərəfim Azərbaycandandır" - Acun Ilıcalı

"TV 8"in rəhbəri, aparıcı Acun Ilıcalı "Müge ve Gülşen’le 2.Sayfa" proqramının qonağı olub. Axşam.az-a istinadən xəbər verir ki, aparıcılar Acuna gənc qalmasının sirrini soruşublar. O, isə söhbət zamanı ata tərəfinin Azərbaycan köklü olduğunu deyib. Acun bildirib ki, gənc qalmasını

16.09.2021 2120
.