23 yaşında rekordlar qıran Mbappe - Fotolar
Ötən gün dünya çempionatının finalında Argentinaya uduzan Fransızların futbolçusu Kilian Mbappe bir neçə rekord sahibi oldu. "Qafqazinfo" xəbər verir ki, hələ 23 yaşında olan ulduz forvard mundialların həlledici oyununda het-trik edən ikinci futbolçu kimi tarixə düşdü.
İndiyə qədər bu rekordun tək sahibi İngiltərə yığmasının sabiq futbolçusu Ceff Herst idi. O, 1966-cı il mundialının finalında Almaniya ilə matçda 3 qol vura bilmişdi.
Mbappenin digər rekordu isə finallarda 4 qol vurması ilə bağlıdır. İndiyə qədər iki finala çıxan 23 yaşlı oyunçu 4 dəfə rəqib qapılarına yol tapıb. O, 2018-ci il Rusiyada keçirilən mundialın həlledici oyununda Xorvatiyanın qapısına qol vurmağı bacarmışdı.
Ötən günü daha 3 dəfə fərqlənən Mbappe bu göstəricidə finallarda 3 qol vuran Ceff Herst, Vava, Pele və Zidanı geridə qoydu.
Kilian həmçinin dünya çempionatları tarixində 12-ci qolunu da vurub. O, bununla Qabriel Batistuta, Qari Linekeri, Yurgen Klinsman kimi əfsanələri geridə qoyub. Qarşıda ən azı 3 dünya çempionatında oynayacağını nəzərə alsaq, Mbappenin bütün rekordları qıracağı gözləniləndir.
23 yaşlı superulduz artıq bir çox göstəricilərdə tək rekord sahibidir.




BiG.Az
Telegramda izləyin
İdman Baxılıb: 2512 Tarix: 19 dekabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşRəşad Rəsullu: "Dünya çempionatına ev sahibliyi etməkdən qürur duyuruq"
Qarşıdakı günlərdə Bakı beynəlxalq cüdo təqviminin ən mühüm yarışlarından birində dünyanın aparıcı idmançılarını bir araya gətirəcək. "Report"un məlumatına görə, bu barədə Azərbaycan Cüdo Federasiyasının (ACF) icraçı vitse-prezidenti Rəşad Rəsullu deyib. ACF rəsmisi Bakıda keçiriləcək düny
03.10.2026 480 Ronaldu Portuqaliya millisindən uzaqlaşdırıldı
Portuqaliya Futbol Federasiyası Kriştianu Ronaldunun milli komandanın düşərgəsini icazəsiz tərk etməsindən sonra məşhur futbolçuya qarşı avtomatik diskvalifikasiya qərarı tətbiq edib. xəbər verir ki, bu barədə Britaniyanın "The Mirror" nəşri məlumat yayıb. Qeyd olunur ki, qaydalarına əsasən
10.10.2026 588 11 yaşlı britaniyalı şahmatçı dünya rekordunu yenilədi
Britaniyalı şahmatçı Bodhana Sivanandan qadınlar arasında şahmat tarixinin ən gənc beynəlxalq ustası olub. "The Guardian"a istinadən xəbər verir ki, Sivanandan bu uğura Monteneqronun Budva şəhərində keçirilən Avropa Klublar Kubokunda nail olub. O, 1988-ci ildə 12 yaşında beynəlxalq usta titulun
25.10.2026 464 Pyerluici Kollina da Bakıya gəldi - Video
Sabiq futbol hakimi, hazırda FIFA Hakimlər Komitəsinin sədri olan Pyerluici Kollina Azərbaycana gəlib. "CBC Sport"a istinadən xəbər verir ki, Kollina Bakıda keçirilən FIFA U-15 dünya çempionatını və festivalını izləmək üçün paytaxtımıza səfər edib. Qeyd edək ki, U-15 dünya çempionatı oktyabrı
26.10.2026 425 Millətlər Liqası: Türkiyə İtaliya ilə üz-üzə gələcək
UEFA Millətlər Liqasında qrup mərhələsində II turun növbəti oyunları bu gün keçiriləcək. Qaynarinfo-nun məlumatına görə, A, B və C qruplarında ümumilikdə səkkiz matç baş tutacaq. A Liqasının 1-ci qrupunda Türkiyə millisi İtaliya seçməsini qəbul edəcək. Fransa isə Belçikanın qonağı olacaq. UEFA Millətlə
28.09.2026 420 Azərbaycan boksçusu Avropa çempionu oldu
Azərbaycan idmançısı Cəmilə Muradlı Budvada keçirilən 17 yaşadək boksçular arasında Avropa çempionatının qalibi olub. xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyasından məlumat verilib. 57 kq çəki dərəcəsində mübarizə aparan milli komandanın üzvü finalda Almaniya təmsilçisi Aliya İbrahimi il
11.10.2026 579 15 gün əvvəl təyin olunmuşdu, vəzifəsindən ayrıldı
AFFA-nın mətbuat xidmətinin rəhbəri Murad Axundov qurumdan ayrılıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə onun özü məlumat verib. O bu vəzifəyə 15 gün əvvəl təyin olunmuşdu
01.10.2026 748 "Bavariya"nın baş məşqçisi Vensan Kompani bir neçə gün xəstəxanada qalacaq
Almaniyanın "Bavariya" komandasının baş məşqçisi Vensan Kompani bir neçə gün xəstəxanada qalacaq. "Report" xəbər verir ki, bu barədə Münhen təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Belçikalı mütəxəssis cümə günü klubun məşq bazasında huşunu itirib. O, daha sonra xəstəxanaya çatdırılıb
25.10.2026 335 Zlatan İbrahimoviç 7 milyonluq avtomobil aldı - Fotolar
Ulduz futbolçu Zlatan İbrahimoviç 4 milyon dollarlıq (6 milyon 800 min manat)"Ferrari F80" alıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə İsveç mətbuatı məlumat yayıb. "Milan"da yüksək səviyyəli məsləhətçi vəzifəsində çalışan 45 yaşlı isveçli futbol əfsanəsi yeni avtomobilini
05.10.2026 784