"Sənətdə xoşbəxt, həyatda bədbəxt" olan azərbaycanlı məşhurlar - FOTO

"Sənətdə xoşbəxt, həyatda bədbəxt" olan azərbaycanlı məşhurlar - FOTOSəhnə, şöhrət cəlbedici olsa da, mütləq bir əvəzi vardır. Kimisi bunu həyatı ilə, kimisi şan-şöhrətini itirməklə, kimisi də bu dünyadan səssiz-sədasız, kimsəsiz və ehtiyac içində köçməklə ödəyir.

Bir vaxtlar şöhrətin zirvəsində olan sənətçilərin, milyonçu varislərinin necə ehtiyac içində həyatdan köçdüklərinin tez-tez şahidi oluruq. Hər birinin həyatı bir roman, film mövzusudur.

Bakupost.az zamanında şöhrəti dillərdə dastan olan, əli pul ilə oynayan, amma yoxsulluq və ehtiyac içində dünyadan köçən azərbaycanlı məşhurları təqdim edir.

"Sənətdə xoşbəxt, həyatda bədbəxt" olan azərbaycanlı məşhurlar - FOTOUzun illər gözəlliyi və sənəti ilə şöhrətin zirvəsində olan Xalq artisti Səfurə İbrahimova ömrünün son illərini tənha və gözlərdən uzaq yaşadı. Olduqca keşməkeşli həyatı olan sənətkar xoşbəxtliyi sənətdə tapsa da, bu, əbədi olmur. 36 yaşında ailə quran sənətkar bu ailəni cəmi beş il qoruyub-saxlaya bilir. Övladı olmadığı üçün ailə dağılır. Ömrünün geri qalan hissəsini sənətə həsr edir. Teatrdan uzaqlaşdıqdan sonra qapalı həyat tərzi sürən Səfurə İbrahimova 2020-ci ildə tənha yaşadığı evdə dünyasını dəyişir.

"Sənətdə xoşbəxt, həyatda bədbəxt" olan azərbaycanlı məşhurlar - FOTO"Həm ziyarət, həm ticarət", "Bağ mövsümü", "Yuxu", "Bala başa bəla", "Fransız", "Bəxt üzüyü", "Hər şey yaxşılığa doğru", "Yoxlama", "Sahilsiz gecə", "Yerlə göy arasında", "Milli bomba" kimi məşhur filmlərlə yaddaşlara yazılan Xalq artisti Nuriyyə Əhmədova da ömrünü ehtiyac içində başa vuran sənətkarlardandır. Özünün də dediyi kimi, o, "sənətdə xoşbəxt, həyatda ən bədbəxt aktrisadır". İki övladını faciəli şəkildə itirən aktrisa yaşadığı psixoloji gərginlik, maddi problemlər üzündən həyat yoldaşından ayrılır. Ömrünün sonuna kimi rəfiqələrinin evində yaşamalı olur. Elə rəfiqələrindən birinin evində də vəfat edir.

"Sənətdə xoşbəxt, həyatda bədbəxt" olan azərbaycanlı məşhurlar - FOTO47-dən çox filmdə, 20-dən çox tamaşada bir-birindən uğurlu obrazlara imza atan Xalq artisti Zərnigar Atakişiyevanın səhnə həyatı parlaq olsa da, şəxsi həyatı o qədər də sevincli olmayıb. Sevdiyi adamla sənəti arasında qalan aktrisa sənəti seçsə də, sənətin gətirdiyi şöhrət onu xoşbəxt etmir. Heç vaxt ailə həyatı qurmayan sənətkar ömrünün son illərini xəstəliklə mübarizə apararaq keçirir. Ömrü boyu təklikdən qorxan, uzun illər şəkər xəstəliyindən əziyyət çəkən Xalq artisti 2018-ci il fevralın 8-də ürək çatışmazlığından yaşadığı evdə tək-tənha vəfat edir və onun meyiti yalnız ölümündən üç gün sonra tapılır.

"Sənətdə xoşbəxt, həyatda bədbəxt" olan azərbaycanlı məşhurlar - FOTO"Canavar balası", "Evlənmək istəyirəm", "Gənclik macərası", "Göz həkimi", "Gülüş sanatoriyası", "Kişilər", "Qatarda", "Qəzəlxan", "Yarımştat" kimi film və televiziya tamaşalarında yaddaqalan obrazlar ifa edən Əməkdar artist Məcnun Hacıbəyov da ömrünün son illərini gözlərdən uzaqda yaşayaraq dünyadan köçür. Qubanın Nügədi kəndinə çəkilən sənətkar 16 noyabr 2021-ci ildə 86 yaşında COVID-19 xəstəliyindən vəfat edib.

"Sənətdə xoşbəxt, həyatda bədbəxt" olan azərbaycanlı məşhurlar - FOTO"Üzeyir ömrü" filmində "Üzeyirin anası", "Qayınana" filmində "Sevda", "Şir evdən getdi" filmində "Şəfiqə müəllimə", "Sevinc buxtası"nda "Leyla" kimi yaddaqalan obrazlar yaradan aktrisa Tanilə Əhmərovanın da taleyi nakam olub. Bir vaxtlar sənətdə parlasa da, son illərdə onu heç kim filmlərə dəvət etmir və bu vəziyyət aktrisanın həyatına ciddi təsir göstərir. Maddi və mənəvi sıxıntılar üzündən uzun müddət evinə qapanıb heç kəslə görüşmür. İki dəfə insult keçirən aktrisanın maddi vəziyyəti günü-gündən ağırlaşır. Mətbuat dəfələrlə müvafiq qurumları aktrisaya kömək etməyə çağırsa da, bu çağırışlar cavabsız qalır və aktrisa 2015-ci ildə ehtiyac içində dünyasını dəyişir.

"Sənətdə xoşbəxt, həyatda bədbəxt" olan azərbaycanlı məşhurlar - FOTOAzərbaycan teatr sənətinin tanınmış simalarından olan Hüseynağa Atakişiyevə də sənət və şöhrət sona qədər yar ola bilməyib. Üç dəfə ailə həyatı quran sənətkarın heç bir evlilikdə bəxti gətirmir. Ömrünün son illərini maddi sıxıntı içində keçirən aktyor xəstə olanda belə, onun müalicəsi üçün pul toplayan olmur və 2006-cı ildə rejissor ehtiyac içində dünyasını dəyişir. Son mənzilə kirayə yaşadığı evdən yola salınır.

"Sənətdə xoşbəxt, həyatda bədbəxt" olan azərbaycanlı məşhurlar - FOTO"Arşın mal alan" bədii filmində (ikinci çəkilişdə) "Asya" obrazını yaradan Xuraman Hacıyeva da dünyanı yoxsulluq içində tərk edən sənətkarlardandır. Əvvəllər evi-eşiyi, yaxşı dolanışığı olan aktrisa sonradan kürəkəninə görə evini satmalı olub və əvvəl yataqxanalardan birində, sonra da kirayələrdə yaşamağa başlayıb. Xuraman Hacıyeva 2005-ci ildə ehtiyac içində dünyasını dəyişib.

"Sənətdə xoşbəxt, həyatda bədbəxt" olan azərbaycanlı məşhurlar - FOTOSəməd Vurğun adına Rus Dram Teatrının aktrisası Xalq artisti Vera Şirye də ömrünün son illərini hədsiz kasıblıq içində keçirib. Teatr ictimaiyyətində gəzən söz-söhbətə görə, V.Şirye ömrünün son illərində yeməyə çörək tapmırmış. Rus Dram Teatrında çalışan aktyorlardan biri deyilənləri təsdiq edib. Vera Şirye ötən əsrin 90-cı illərinin əvvəllərində teatrdan aldığı məvaciblə və təqaüdlə dolana bilmədiyi üçün az qala acından ölüb. Ölkənin keçid dövrü yaşadığı zamanlarda aktrisanın zibillikdən çörək yığdığına dair şayiələr var. Hətta onu bir neçə dəfə dilənən də görüblər.

"Sənətdə xoşbəxt, həyatda bədbəxt" olan azərbaycanlı məşhurlar - FOTOƏməkdar artist Xanım Qafarova da ehtiyac içində dünyasını dəyişən sənətkarlardandır. O, uzun illər darısqal, zirzəmi-mənzilində xərçəng xəstəliyi ilə mübarizə aparıb.

"Sənətdə xoşbəxt, həyatda bədbəxt" olan azərbaycanlı məşhurlar - FOTO"Axırıncı reys", "Bağlı qapı", "Bayquş gələndə", "Cin mikrorayonda" , "Çarə", "Doğma sahillər", "Əlaqə", "Fəryad" , "Fırıldaqçı", "Gözbağlıca", "Gümüşgöl əfsanəsi", "Güzgü", "Hədiyyə" kimi filmlərdə rol alan, "Fəryad" filmindəki "Aşot" obrazı ilə şöhrət qazanan aktyor Fikrət Məmmədov yaxşı ailənin övladı olsa da, ömrünün son illərini qocalar evində kimsəsiz olaraq başa vurub.

Azərbaycanın məşhur musiqi xadimi Ağası Məşədibəyovun nəvəsi, "Azərbaycanfilm"in keçmiş direktoru Əli Məmmədovun oğlu olan aktyor ömrünün geri qalan hissəsində səfil həyat tərzi keçirir. Yeganə övladı da aktyoru qəbul etmir və o, uzun illər yaşadığı binanın önündəki skamyalarda gecələyir. Sonradan qocalar evində məskunlaşan aktyor 2021-ci ildə vəfat edir.


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 1778   Tarix: 02 dekabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Kardaşyan xəstəliyini açıqladı - Atası da eyni xəstəlikdən ölüb

Amerikalı televiziya ulduzu Kim Kardaşyan səhhəti ilə bağlı açıqlaması ilə gündəmə gəlib. 45 yaşlı məşhur yeni televiziya proqramının tanıtım çarxında ona özofajit diaqnozu qoyulduğunu açıqlayıb. xarici mediaya istinadən xəbər verir ki, "Kardaşyanlar" verilişinin yeni mövsümünün treylerind

20.09.2026 555
.

Rusiyada uşaqlara Burak adını verirlər

Türk seriallarının xaricdəki təsirinə daha bir yenisi əlavə olunub. Moskva Sosial İnkişaf Nazirliyinin açıqladığı 2026-cı il məlumatlarında, yeni doğulan uşaqlara verilən adlar arasında türk seriallarından tanınan Burak və Neslihan da yer alıb. Nazirlik bu adların sevilən aktyor və aktrisalara duyula

19.09.2026 292
.

Cim Kerri üçüncü dəfə gizli evləndi

Məşhur aktyor Cim Kerri üçüncü dəfə gizli evlənib. Axşam.az xəbər verir ki, 64 yaşlı aktyor 32 yaşlı asiyalı rəssam Min Ha ilə gizli şəkildə nikah bağlayıb. Toy Los-Ancelesdə yaxın dostlar və ailə üzvlərinin iştirakı ilə qapalı şəkildə keçirilib. Qeyd edək ki, Cim Kerri ilk dəfə 1987-ci ildə Meliss

01.10.2026 472
.

Ən çox gəlir gətirən aktyor oldu

Britaniyalı aktyor Tom Holland kino tarixinin ən çox gəlir gətirən aktyorları siyahısında birinci pilləyə yüksəlib. Axşam.az xəbər verir ki, aktyorun rol aldığı filmlərin ümumi dünya üzrə gəliri 15,48 milyard dolları keçib. Bununla Holland Zoi Saldana və Skarlett Yohanssonu geridə qoyub. Aktyorun il

19.09.2026 228
.

Kubilayla Hafsanur ayrıldı

Türkiyəli məşhur cütlük Kubilay Aka və Hafsanur Sancaktutan ayrılıb. Axşam.az xəbər verir ki, aktyorların ikiillik münasibətlərinə səssiz şəkildə son qoyduğu məlum olub. Cütlük Tarsusda çəkilən serialın ilk bölümlərində davam edən münasibətlərini qarşılıqlı razılaşma əsasında bitirib. Kubilay və Hafsanu

02.10.2026 245
.

10 milyonluq əməliyyatın nəticəsi - Ebru Gündeşin son halı gündəm oldu

Türkiyənin məşhur müğənnisi Ebru Gündeş estetik əməliyyatdan sonra yeni görünüşü ilə gündəmə gəlib. yerli KİV-ə istinadla xəbər verir ki, müğənninin əməliyyatdan sonra çəkilən fotolarında üzündəki dəyişiklik diqqətdən yayınmayıb. Onun yeni görünüşü sosial şəbəkələrdə də müzakirələrə səbəb olub. 51 yaşl

27.09.2026 552
.

Zeynəb Xanlarova əməliyyat olundu

Azərbaycanın Xalq artisti, görkəmli müğənni Zeynəb Xanlarova əməliyyat olunub. BİG.AZ -a istinadən xəbər verir ki, 89 yaşlı sənətçi Türkiyədə implant əməliyyatı keçirib. Prosedur uğurlu alınıb. Z.Xanlarovanın qısa zamanda sağaldığı bildirilib

23.09.2026 516
.

Almaxanımın həyat yoldaşı ilə SƏMİMİ ANLARI - VİDEO

Müğənni Almaxanım Əhmədovanın həyat yoldaşı ilə videosu marağa səbəb olub. xəbər verir ki, xanəndə avtobildə hərəkətdə olarkən birgə anlarını yayımlayıb. Sənətçinin səmimi ailə görüntüsünə çox sayda bəyənmələr gəlib və şərhlər yazılıb. Qeyd edək ki, Almaxanım Murad adlı bəylə ailəlidir

27.09.2026 294
.

Elzanın gəlinlərə arzusu: "İki il qayınananızla qalın"

"Hər valideynə nəvələri ilə 2-3 il, gəlinlərə də heç olmasa, qayınanası ilə 2 il qalmağı arzu edirəm. Bunların hamısı bir məktəbdir". Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan "Qonaqcanlı" verilişində deyib. Sənətçi hazırda gəlinindən ayrı yaşasa da, münasibətlərini

10:33 160
.