Beynəlxalq turnirdə finala yüksələn Azərbaycan boksçularının sayı beşə çatıb
Polşanın Keltse şəhərində boks üzrə keçirilən beynəlxalq turnir davam edir.
Apasport.az saytının məlumatına görə, yarışın üçüncü günündə Azərbaycan millisinin yeddi boksçusu rinqə çıxıb.
Onlardan Malik Həsənov (63,5 kq) döyüşmədən qalib elan edilib. O, yarımfinalda Hamlet Minatsakanyanla (Ermənistan) qarşılaşmalı olsa da, rəqib komandası ilə birgə turnirdən ayrılıb. Həsənov həlledici döyüşdə Roman Samuellə (Rumıniya) mübarizə aparacaq.
Sərxan Əliyev (71 kq) 1/4 final mərhələsi çərçivəsində Soma Mesteri (Macarıstan) sınağa çəkib. Gərgin keçən qarşılaşma dünya çempionatının mükafatçısının xeyrinə başa çatıb. Bu qələbə ilə özü üçün azı bürünc medalı təmin edən Əliyev yarımfinalda polşalı Damyan Durkajla qüvvəsini sınayacaq.
Yarımfinalda Sian Reddi (İrlandiya) ilə döyüşən Nəbi İsgəndərov (67 kq) rəqibinə heç bir şans verməyib. Hakimlərin yekdil qərarı ilə qələbə qazanan Avropa çempionatının mükafatçısı finalda polşalı Pavel Suleçki ilə münasibətinə aydınlıq gətirəcək.
Murad Allahverdiyev (80 kq) də rinqdən qalib ayrılıb. O, yarımfinalda Valeri Razmeritaya (Moldova) gücünü göstərib. Təmsilçimiz finalda digər moldovalı Andrey Çiryasovla qarşılaşacaq.
Alfonso Dominges (86 kq) də Tomaş Nyedzvyeçkini (Polşa) məğlub etməkdə çətinlik çəkməyib. Yarımfinalda inamlı qələbə qazanan dünya çempionumuz finalda polşalı Klemens Şepanyakla üz-üzə gələcək.
86 kq çəki dərəcəsində mübarizə aparan digər boksçumuz Eldar Quliyev isə bürünc medalla kifayətlənib. Domingesin rəqibi olacaq Şepanyak onunla döyüşdən qalib ayrıldığından təmsilçimiz turniri üçüncü pillədə bitirib.
Rauf Rəhimov (92 kq) da Polşada 3-cü yeri tutub. O, yarımfinalda Mateuş Berezniçkiyə (Polşa) məğlub olub. Tayfur Əliyev (60 kq) isə 1/4 final mərhələsi çərçivəsində Krasimir Djurovla (Bolqarıstan) qarşılaşıb və mərhələni rəqib adlayıb.
Hələlik iki boksçumuz bürünc medalı rəsmiləşdirdiyi halda, beş idmançımız finalda döyüşəcək. Yığmamızın daha dörd üzvü isə yarımfinal qarşılaşmasına çıxacaq.
Qeyd edək ki, 16 ölkənin iştirakı ilə keçirilən turnirə noyabrın 13-də yekun vurulacaq.
BiG.Az
Telegramda izləyin
İdman Baxılıb: 893 Tarix: 12 noyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşƏn bahalı futbolçuların yeni siyahısı açıqlandı
Dünyanın ən bahalı oyunçularının yeni siyahısı açıqlanıb. xəbər verir ki, bu barədə futbolçuların transfer qiymətlərini analiz edən "Transfermarkt" portalı məlumat yayıb. Siyahının liderləri qismində hər biri 220 milyon avro olaraq qiymətləndirilən norveçli hücumçu Erlinq Holand və ispaniyal
09.10.2026 792 Cüdo üzrə dünya çempionatı: Könül Əliyeva 1/8 finala vəsiqə qazanıb
Azərbaycan cüdoçusu Könül Əliyeva Bakıda keçirilən dünya çempionatında 1/8 finala yüksəlib. "Report"un məlumatına görə, 48 kq çəki dərəcəsində yarışan idmançı 1/16 finalda çilidən olan Mari Di Varqas Leyi məğlub edib. K.Əliyevanın növbəti rəqibi rusiyalı Sabina Giliazova olacaq. Qeyd edək ki
04.10.2026 502 Ronaldo 18 ildən sonra ilk dəfə...
Kriştianu Ronaldo Portuqaliya millisinin Norveçə qarşı keçirdiyi oyunu ehtiyatdan izləyib. "Qafqazinfo" xəbər verir ki, 18 ildən sonra ilk dəfə superulduz yığmasının heyətində rəsmi matçda meydana çıxmayıb. Portuqalların 2:1 hesabı ilə qalib gəldikləri matçda Ronaldo sonradan da oyuna daxi
28.09.2026 583 Öz üzüyünün qiyməti 1 milyon dollar- Ronaldonun xanımının üzüyünü görəndən sonra...
Belaruslu məşhur tennisçi Arina Sabalenka ilə Kriştiano Ronaldonun həyat yoldaşı Corcina Rodrigesin Milanda qarşılaşması maraqlı anlarla yadda qalıb. xəbər verir ki, Sabalenka və Rodriges Gucci-nin moda nümayişində görüşərək bir-birlərinin nişan üzüklərinə baxıblar. Tennisçi Corcinanın üzüyünü xüsusil
27.09.2026 644 ACF rəsmisi: "Azərbaycanda müasir idman infrastrukturunun yaradılması üzrə mühüm işlər görülüb"
Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə müasir idman infrastrukturunun yaradılması, idmançıların dəstəklənməsi və mötəbər beynəlxalq idman tədbirlərinin Azərbaycanda keçirilməsi istiqamətində mühüm işlər görülüb. "Report"un məlumatına görə, bu barədə Azərbaycan Cüdo Federasiyasını
03.10.2026 464 Daha 4 cüdoçumuz tatamiyə çıxır
Azərbaycanın daha 4 cüdoçusu Bakıdakı dünya çempionatında mübarizəyə qoşulacaq. "Qafqazinfo" xəbər verir ki, qadınlardan Madina Kaisinova (+78 kq), kişilərdən isə Camal Qamzatxanov, Uşanqi Kokauri və Kənan Nəsibov (hər üçü +100 kq) mübarizəyə qoşulacaqlar. M.Kaisinova yarışa 1/16 finaldan başlayacaq
10.10.2026 576 Roberto Karlos: "Futboldan əldə etdiyim bütün gəlirin 99%-ni itirdim"
Braziliya millisinin və "Real Madrid"in sabiq futbolçusu Roberto Karlos idman karyerasını başa vurduqdan sonra üzləşdiyi maliyyə problemlər barədə danışıb. xəbər verir ki, bu barədə "Record" nəşri məlumat yayıb. "Böyük futbolla vidalaşmağa qərar verdiyim an artıq idman direktor
26.09.2026 448 Prezident Əhmədə nə dedi? - Fotolar
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Milli Gimnastika Arenasında cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirak edib. "Qafqazinfo" xəbər verir ki, Prezident əvvəlcə Bakıda keçirilən cüdo üzrə dünya çempionatında qızıl medal qazanan azərbaycanlı idmançı Əhməd Yusifovla görüşüb
05.10.2026 658 Eldəniz Əzizli beşinci dəfə dünya çempionu oldu
Azərbaycan güləşçisi Eldəniz Əzizli Astanada keçirilən dünya çempionatında qızıl medal qazanıb. xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb. Bildirilib ki, 55 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı finalda iranlı Payam Əhmədiyə 3:1 hesabı ilə qalib gələrək beşqa
25.10.2026 440