Erməni boksçu Azərbaycan təmsilçisi ilə döyüşə çıxmadı
Polşanın Keltse şəhərində boks üzrə beynəlxalq turnir davam edir. 16 ölkənin qatıldığı yarışın ikinci günündə Azərbaycan millisinin daha 3 üzvü mübarizəyə qoşulub.
Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, komandamızın heyətində Məsud Yusifzadə (51 kq) döyüş keçirmədən yarımfinala yüksəlib. Buna 1/4 finalda rəqibi olan ermənistanlı Armen Quşçiyanın (Ermənistan) görüşdən imtinası və rinqə çıxmaması səbəb olub. Yusifzadə finala gedən yolda macarıstanlı İştvan Qerzennı ilə üz-üzə gələcək. Bu döyüş noyabrın 12-də baş tutacaq.
Millinin uğurlu seriyasını Ümid Rüstəmov (57 kq) da davam etdirib. Təcrübəli boksçumuz 1/4 final mərhələsi çərçivəsində Tirzoman Eysebyu (Rumıniya) ilə qarşılaşıb və döyüşdən qalib ayrılıb. O, noyabrın 12-də keçiriləcək yarımfinalda Şon Persellə qüvvəsini sınayacaq.
75 kq çəki dərəcəsində mübarizə aparan Mirşərif Kazımzadə (75 kq) isə Bartoş Qolebyevski (Polşa) ilə qarşılaşıb. Rəqib qələbə qazandığından boksçumuz yarışla vidalaşıb.
Qeyd edək ki, yarışın ilk günündə Eldar Quliyev (86 kq) də qələbə qazanıb. Turnirdə final döyüşləri noyabrın 13-də olacaq.
BiG.Az
Telegramda izləyin
İdman Baxılıb: 885 Tarix: 11 noyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşNikolas Ceksonun 70 milyon avroluq transferi rəsmiləşdi
İngiltərənin "Aston Villa" klubu "Çelsi"nin hücumçusu Nikolas Ceksonun transferini rəsmən açıqlayıb. xəbər verir ki, bu barədə Birmingem təmsilçisinin rəsmi saytı məlumat yayıb. Daha əvvəl mediada 25 yaşlı hücumçunun transferi üçün "Aston Villa"nın 70 milyon avro ödəməy
30.08.2026 205 "Barselona" "Sabah"a rəqib oldu - Bakıya gələcək-Video-Yenilənib
Bu gün UEFA Çempionlar Liqasında 2026/27 mövsümünün Liqa mərhələsinin püşkatma mərasimi keçiriləcək. "Qafqazinfo" xəbər verir ki, Monakoda baş tutacaq mərasim Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Liqa mərhələsinin 36 iştirakçısı 4 səbətə bölünüb. Azərbaycan çempionu "Sabah" 4-c
27.08.2026 521 Konfransa Liqası: "Qarabağ" Niderlandda "Tvente"yə qalib gəldi
"Qarabağ" UEFA Konfrans Liqasının pley-off mərhələsində ilk oyununu keçirib. Qaynarinfo-nun məlumatına görə, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv Niderlandda "Tvente"nin qonağı olub. Enshede şəhərində baş tutan qarşılaşma Azərbaycan təmsilçisinin qələbəsi ilə yekunlaşı
21.08.2026 379 İspaniya millisinin sabiq futbolçusu Susa 32 yaşında karyerasını başa vurub
İspaniya millisinin sabiq futbolçusu Susa 32 yaşında karyerasını başa vurub. "Report" xəbər verir ki, bu barədə oyunçunun yaydan bəri formasını geyindiyi "Kadis" klubu məlumat yayıb. Vinger sözügedən komandanın institusional nümayəndəsi olacaq. Xatırladaq ki, Susa karyerasında İtaliyanı
29.08.2026 202 Azərbaycan idmançısı Gözəl Zutova kəmər güləşi üzrə dünya çempionu olub
Qırğızıstanın paytaxtı Bişkek şəhərində keçirilən belboğlı kuraş üzrə dünya çempionatında Azərbaycan idmançısı Gözəl Zutova (+76 kq) qızıl medal qazanıb. "Report" xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyi məlumat yayıb. O, kəmər güləşi üzrə həm klassik, həm də sərbəst versiyada düny
29.08.2026 197 "Fənərbağça" azarkeşi "Beşiktaş"la oyunda ürəktutmadan vəfat edib
Türkiyə Superliqasının IV turunda baş tutmuş "Fənərbağça" - "Beşiktaş" oyununu tribunadan izləyən azarkeşlərdən biri vəfat edib. "Report"un məlumatına görə, meydan sahiblərinin fanatı Yaşar Gerçek ürəktutmadan həyatını itirib. Hər iki klub tərəfdarın ölümü ilə bağlı başsağlığ
06.09.2026 0 Ronaldo evlənəcəyini anasına toydan 30 saniyə əvvəl deyib
Dünya futbolunun ulduzu Kriştiano Ronaldo ilə uzun illərdir birlikdə olduğu Corcina Rodrigesin gizli şəkildə evlənib. xarici mediaya istinadən xəbər verir ki, Ronaldo və Corcina avqustun 11-də Lissabon yaxınlığındakı Quinta da Marina ərazisində yerləşən, dəyəri təxminən 30 milyon funt sterlinq olan malikanələrind
16.08.2026 507 Çiro İmmobile karyerasını başa vurdu
36 yaşlı italiyalı hücumçu Çiro İmmobile futbolçu karyerasını başa vurub. xəbər verir ki, bu barədə "Paris" futbol klubunun sosial şəbəkə hesabında yaydığı rəsmi açıqlamada bildirilib. İmmobile 2026-cı ilin fevralında Paris klubuna keçib. Ötən mövsüm Liqa 1-də 12 matçda meydana çıxan futbolç
16.08.2026 368 "Çelsi" Juan Pedro ilə müqavilənin müddətini uzadıb
İngiltərənin "Çelsi" klubu braziliyalı hücumçu Juan Pedro ilə müqavilənin müddətini 2034-cü ilədək uzadıb. "Report" xəbər verir ki, bu barədə London təmsilçisinin mətbuat xidməti məlumat yayıb. "Brayton"dan transfer olunan Braziliya millisinin 24 yaşlı üzvü 2025-ci ili
22.08.2026 304