Ağrıyan boğazı silmək doğrudur?
Fəsildən asılı olmayaraq həm uşaqlarda, həm böyüklərdə boğaz ağrısı, hərarətin qalxması, boğaz ətlərinin böyüməsi, iltihablanması, qızarması kimi hallar çox tez-tez rast gəlinir. Uşaqlarda bu hallar baş verəndə, kəskinləşən faringit zamanı, angina dediyimiz damaq badamcıqlarının iltihabı olduğu vaxt valideyinlər uşaqları həkimə aparmadan ev şəraitində boğazını sildirir.
Bu nə dərəcədə doğrudur?
Mövzu ilə bağlı LOR cərrah, həkim Nigar Muradova BiG.AZ-a açıqlamasında deyib ki, irinli proses zamanı boğazı silmək heç bir şəkildə məsləhət görülmür:
"Damaq badamcıqları limfoid toxumalardır, onların funksiyası mikroblarla mübarizə aparmaq, onları məhv etməkdir. Damaq badamcıqları infeksion xəstəlik zamanı böyüyür, üzərləri irinli ərplə örtülür, qızarırlar. Bunlar əslində mübarizəni göstərən əlamətləridir. Yüksək hərarət 38-39 dərəcə qızdırma ilə bir infeksion mənbəni silməyə çalışmaq, ona mexaniki təsir etmək həmin pasientə zərər verməkdən başqa bir şey deyil. Ümumiyyətlə irinli proses zamanı boğazı silmək heç bir şəkildə məsləhət görülmür. Hələ-hələ boğaz qarqaraları, spreylər olan müasir dövrdə mexaniki təsir edərək boğazı təmizləməyə çalışmaq heç məsləhət görülmür. Çünki hər bir halda damaq badamcıqları arı yuvası kimi lakunalar və folikullar dediyimiz yuvacıqlardan ibarətdir. Boğazı sildiyimiz zaman boğazın üzərində olan ərpin və irinin bir hissəsini götürmüş olacağıq. Hansı ki, daha dərinlərdə bu iltihab prosesi heç də sönməmiş olacaq və müvəqqəti yaxşılaşma görsək belə daha sonra sepsisə qədər ciddi ağırlaşmalara səbəb ola bilər.
Əlbətdə ki, müalicə həkim tərəfindən təyin olunmalıdır. Ev şəraitində isə bol maye qəbulu, spreylərdən istifadə edərək müdaxilə etmədən daha effektiv, daha da yaxşı olmaq mümkündür, nəinki boğazı silməyə çalışmaq, oradan irini xaric etməyə çalışmaq. Çünki hər bir halda mexaniki təsir nəticəsində, boğaz silməsi nəticəsində yarana biləcək ağırlaşmalar, verəcəyimiz xeyirdən daha təhlükəli və daha çoxdur".
Nuranə
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 2667 Tarix: 27 oktyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycanda Aliment Fondunun yaradılması niyə ləngiyir?
Bir neçə ildir ki, Azərbaycanda Aliment Fondunun yaradılması ilə bağlı müzakirələr aparılır. Məsələ dəfələrlə Milli Məclisdə qaldırılıb, ekspertlər tərəfindən müxtəlif təkliflər irəli sürülüb, lakin fond hələ yaradılmayıb. Fondun yaradılması hüquqi və sosial baxımdan mühüm əhəmiyyət daşıyır. Belə ki
20:30 52 Tehrandan 14 vətəndaşının Azərbaycanda "arzuolunmaz şəxs" elan edilməsinə reaksiya
"Prinsipcə, 14 İran vətəndaşının "persona non grata" (arzuolunmaz şəxs) adlandırılması məntiqli deyil, çünki bu insanlardan heç biri diplomat deyil və ya Azərbaycan Respublikasında olmayıb". -ın " nəşrinə istinadən xəbərinə görə, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüs
16:10 201 İlham Əliyevin Zəfər Günü müraciəti: Azərbaycan tarixinin şanlı Qələbəsinə siyasi və mənəvi baxış
8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin bərpasının rəmzidir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Zəfər Günü münasibətilə Azərbaycan xalqına ünvanladığı müraciət bu tarixi Qələbənin əhəmiyyətini, Azərbaycanın keçdiyi çətin v
14:01 181 İnsandan böyük skumbriya tutuldu - Nadir HADİSƏ
Çinin Şandun əyalətində balıqçılar uzunluğu 2,46 metr, çəkisi isə 134 kiloqram olan nəhəng skumbriya balığı tutublar. xəbər verir ki, bu barədə "Global Times" nəşri məlumat yayıb. Təcrübəli balıqçıların sözlərinə görə, bu ölçüdə skumbriyaya rast gəlmək olduqca nadir hadisədir. Balıqçı Van Veytszyu
22:00 0 Ukrayna Mesut Özili "qara siyahı"ya daxil etdi
Almaniya millisinin sabiq üzvü, dünya çempionu Mesut Özil Ukraynanın "Mirotvorets" (sülhməramlı) məlumat bazasına daxil edilib. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Futbolçunun siyahıya salınmasına səbəb onun Rusiya futbol klublarının və milli komandalarının beynəlxalq turnirlərdə
19:15 145 "Təbii Qələbə Tağı" - Mehriban Əliyeva Hacıqabul rayonundan paylaşım etdi
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "Instagram" hesabında Hacıqabul rayonundan paylaşım edib. xəbər verir ki, o, paylaşımına "Hacıqabul rayonu, Bakı yolunda. Təbii Qələbə Tağı. 9.11.26" qeydini əlavə edib
19:52 121 Ərdoğan: Türkiyə-Azərbaycan qardaşlığına heç kim kölgə sala bilməz
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırıb. APA-nın Türkiyə bürosu xəbər verir ki, Ərdoğan Türkiyə və Azərbaycanın bir-birinə qırılmaz tellərlə bağlı olduğunu bildirib. O, fitnə ocaqlarına baxmayaraq, iki ölkənin əməkdaşlığının bi
14:40 182 Tarixi müqavilənin bağlandığı yerdə üçrəngli bayraq
Türkiyənin Qars şəhərində yerləşən tarixi Qars qalasında 9 Noyabr-Bayraq Günü münasibətilə Azərbaycan bayrağı dalğalanıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Azərbaycanın Qarsdakı baş konsulu Qoşqar Zeynalov sosial şəbəkə hesabında paylaşım edib. Baş konsul üçrəngli bayrağımızın tarixi Qar
17:30 162 Konqoda vəba epidemiyası: Yoluxanların sayı 60 mini ötdü
Konqo Demokratik Respublikasının (KDR) şərqində davam edən böyük vəba epidemiyası nəticəsində cari ilin əvvəlindən bəri yoluxanların sayı 60 mini ötüb. -ın xəbərinə görə, bu barədə RFI radiostansiyası məlumat verib. Bildirilib ki, xəstəliyin yayılması ilə əlaqədar KDR və qonşu Konqo Respublikasının hakimiyyə
15:30 188