Deputatdan SƏRT REAKSİYA: "Nə edək, Şahruddini GÜLLƏLƏYƏK?!"
Dünən UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab matçında "Qarabağ" (Azərbaycan) "Viktoriya" (Çexiya) komandasına 2-1 hesabı ilə uduzaraq Çempionlar Liqasından kənarlaşıb. "Qarabağ" artıq Avropa Liqasının qrup mərhələsində mübarizəsini davam etdirəcək.
Məğlubiyyətdən sonra sosial şəbəkələrdə sərt etiraz dalğası yaranıb. Hədəf isə "köhlən atlar"ın qapısına vurulan ilk qol epizodunda çıxışda səhvə yol verən Şahruddin Məhəmmədəliyevdir. Təhqirlər, tənqidlər havada uçuşur, Şahruddinin komandadan kənarlaşması üçün petisiya yaradanlar belə var.
Məsələ ilə bağlı News24.az "Qarabağ" klubunun sabiq prezidenti, millət vəkili Aqil Abbasla həmsöhbət olub.
O, açıqlamasında bildirib ki, Şahruddin Məhəmmədəliyevi sərt tənqid edənlər "Qarabağ"ı sevməyən adamlardır: "Qarabağ möhtəşəm oyun sərgilədi, axıra qədər döyüşdü. Lakin bu, futboldur, hər şey ola bilər. 2014-cü il futbol üzrə Dünya Çempionatının yarımfinal matçında Braziliya öz meydanında Almaniyaya 1:7 hesabı ilə məğlub olmuşdu. Tək Şahruddin yox, hər kəs səhv edə bilər. Fərq ondadır ki, bizim səhvlərimizi öz yaxınlarımız, futbolçuların səhvlərini isə hər kəs görür. Şahruddinin linçlənməsinin qəti əleyhinəyəm. Qurban Qurbanov da futbolçusunu mətbuat konfransında çox gözəl müdafiə etdi.
1994-cü ilin Dünya Çempionatında 35-ci dəqiqədə Andres Eskobarın öz qapısına vurduğu qol bir neçə gün sonra onun azarkeşlər tərəfindən güllələnib, öldürülməsi ilə nəticələnmişdi. Biz bəyəm Kolumbiyayıq?! Nə edək, Şahruddini güllələyək?! Uşaq yıxıla-yıxıla böyüyür. Futbolçu da səhv edə-edə inkişaf edir. Şahruddin gözəl qapıçıdır. Dünən Kadi da zəif oynadı, indi onu da linçləməliyik? Oyun alınmadı, məsələ budur".
BiG.Az
Telegramda izləyin
İdman Baxılıb: 1584 Tarix: 24 avqust 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşMillətlər Liqası: Türkiyə İtaliya ilə üz-üzə gələcək
UEFA Millətlər Liqasında qrup mərhələsində II turun növbəti oyunları bu gün keçiriləcək. Qaynarinfo-nun məlumatına görə, A, B və C qruplarında ümumilikdə səkkiz matç baş tutacaq. A Liqasının 1-ci qrupunda Türkiyə millisi İtaliya seçməsini qəbul edəcək. Fransa isə Belçikanın qonağı olacaq. UEFA Millətlə
28.09.2026 421 Cüdo üzrə dünya çempionatı: Könül Əliyeva 1/8 finala vəsiqə qazanıb
Azərbaycan cüdoçusu Könül Əliyeva Bakıda keçirilən dünya çempionatında 1/8 finala yüksəlib. "Report"un məlumatına görə, 48 kq çəki dərəcəsində yarışan idmançı 1/16 finalda çilidən olan Mari Di Varqas Leyi məğlub edib. K.Əliyevanın növbəti rəqibi rusiyalı Sabina Giliazova olacaq. Qeyd edək ki
04.10.2026 502 Bu gün "Qarabağ" "Neftçi" ilə qarşılaşacaq
Misli Premyer Liqasının VII turunda bu gün "Qarabağ" "Neftçi" ilə qarşılaşacaq. Qaynarinfo xəbər verir ki, Azərbaycan derbisi Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Rəqibindən bir oyun az keçirən olan Ağdam təmsilçisi cari mövsümdə "Sabah"la birgə məğlu
17.10.2026 607 İtaliyalı yarımmüdafiəçi Jorjinyo dopinq testindən keçə bilməyib
Braziliyanın "Flamenqo" klubunda çıxış edən italiyalı futbolçu Jorjinyo dopinq testindən keçə bilməyib. xəbər verir ki, bu barədə jurnalist Tiaqo Asmar sosial şəbəkə hesabında məlumat yayıb. Bildirilib ki, futbolçudan nümunə Libertadores Kubokunun yarımfinal mərhələsinin cavab oyunundan sonr
24.10.2026 352 Nokauta düşən meksikalı boksçu bir həftə sonra öldü
26 yaşlı meksikalı boksçu Arturo Torres sonuncu döyüşünün ardından komaya düşüb və bir həftə belə keçmədən dünyasını dəyişib. xəbər verir ki, bu barədə "Supreme Boxing" promouter şirkəti məlumat yayıb. Qeyd olunur ki, sentyabrın 19-da Mexikali şəhərində Torres öz həmyerlisi Xilberto Qarsiy
26.09.2026 433 Azərbaycan Premyer Liqasında IX tur başa çatır: "Sabah" "Qarabağ"ı qəbul edir
Misli Premyer Liqasında IX tura bu gün iki oyunla yekun vurulacaq. xəbər verir ki, günün ilk matçında "İmişli" "Şamaxı"nı qəbul edəcək. Qarşılaşma saat 15:00-da Yevlax şəhər stadionunda start götürəcək. "Şamaxı" hazırda 13 xalla 7-ci pillədə qərarlaşıb. 7 xala malik "İmişli"
25.10.2026 363 Daha 4 cüdoçumuz tatamiyə çıxır
Azərbaycanın daha 4 cüdoçusu Bakıdakı dünya çempionatında mübarizəyə qoşulacaq. "Qafqazinfo" xəbər verir ki, qadınlardan Madina Kaisinova (+78 kq), kişilərdən isə Camal Qamzatxanov, Uşanqi Kokauri və Kənan Nəsibov (hər üçü +100 kq) mübarizəyə qoşulacaqlar. M.Kaisinova yarışa 1/16 finaldan başlayacaq
10.10.2026 577 Çempionlar Liqası: "Sabah" Dortmund "Borussiya"sı ilə üz-üzə gələcək
"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsində növbəti oyununu bu gün keçirəcək. Qaynarinfo-nun məlumatına görə, Valdas Dambrauskasın baş məşqçisi olduğu kollektiv turnirin II turunda Almaniyanın "Borussiya" (Dortmund) komandası ilə üz-üzə gələcək. Qarşılaşma Bakı Olimpiya Stadionunda
20.10.2026 528 Rəşad Rəsullu: "Dünya çempionatına ev sahibliyi etməkdən qürur duyuruq"
Qarşıdakı günlərdə Bakı beynəlxalq cüdo təqviminin ən mühüm yarışlarından birində dünyanın aparıcı idmançılarını bir araya gətirəcək. "Report"un məlumatına görə, bu barədə Azərbaycan Cüdo Federasiyasının (ACF) icraçı vitse-prezidenti Rəşad Rəsullu deyib. ACF rəsmisi Bakıda keçiriləcək düny
03.10.2026 481