İnsanı xərçəngdən və sonsuzluqdan qoruyan avqust giləmeyvələri

İnsanı xərçəngdən və sonsuzluqdan qoruyan avqust giləmeyvələriAvqust giləmeyvələri insanları xərçəng və sonsuzluqdan qoruyur.

Bu barədə rusiyalı diyetoloq və nutrisioloq Zoya Boqdanova giləmeyvələrin faydalı xüsusiyyətlərindən danışarkən bildirib.

Onun sözlərinə görə, bu mənada qaragilə, cır mərsin, qara qarağat, moruq və motmotu xüsusi diqqətə layiqdir.

Həkim qaragilə və cır mərsinin hormonal fonu yaxşılaşdırmağa kömək etdiyini, hətta xərçəngin qarşısını aldığını deyib. O, həmçinin bu giləmeyvələrin hətta diabet xəstələri üçün də faydalı olduğunu vurğulayıb.

İnsanı xərçəngdən və sonsuzluqdan qoruyan avqust giləmeyvələri"Onlar orqanizmin detoksikasiyasına, qan damarlarının, bağırsaqların təmizlənməsinə kömək edir, metabolik proseslərə böyük təsir göstərir, hətta qismən hormonal fonu yaxşılaşdırır və xərçəngin profilaktikası üçün istifadə edilə bilər", - deyə mütəxəssis izah edib.

Boqdanova vurğulayıb ki, çox miqdarda vitaminlərə malik moruq isə soyuqdəymə əleyhinə vasitə kimi istifadə edilə bilər; tərlədici və antibakterial xüsusiyyətlərinə görə başağrılarını, titrətməni aradan qaldırır.

"Şərqdə moruq sonsuzluğun dərmanı hesab olunur", - deyə Zoya Boqdanova əlavə edib.

İnsanı xərçəngdən və sonsuzluqdan qoruyan avqust giləmeyvələriHəmçinin, moruq orqanizmi daha aktiv işlədir, yağları yandırır. Dietoloq bununla belə, iştahartırıcı xüsusiyyətinə görə çəkisinə nəzarət edən insanların bu giləmeyvələrdən ehtiyatla istifadəsini tövsiyə edib.

Nutrisioloq qara qarağatın C vitamini, manqan, gümüş, kükürd və qurğuşunla zəngin olduğunu bildirib. Mütəxəssisin sözlərinə görə, bu giləmeyvə boğazda, mədədə və bağırsaqda iltihabı aradan qaldırmağa kömək edir, həmçinin insanı gümrahlaşdırır, gücünu bərpa edir.

İnsanı xərçəngdən və sonsuzluqdan qoruyan avqust giləmeyvələriMotmotu isə sidikqovucu olduğu üçün şişkinliyi, ödemi aradan qaldırmaq üçün faydalıdır. Həmçinin, giləmeyvə mədə-bağırsaq narahatlığını aradan qaldıra bilər.

"Ancaq mədə xorasında bu giləmeyvə əks-göstərişdir", - deyə həkim xəbərdarlıq edib.

Onun sözlərinə görə, motmotu çoxlu pektin ehtiva edir ki, bu da ağır metalların və radioaktiv maddələrin orqanizmdə akkumulyasiyasının (toplanmasının) qarşısını alır.

"Digər faydalı xüsusiyyətləri ilə yanaşı, bu giləmeyvə də şişlərin inkişafına mane olur", - deyə Boqdanova sözlərini yekunlaşdırıb.

İnsanı xərçəngdən və sonsuzluqdan qoruyan avqust giləmeyvələri


BiG.Az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 1849   Tarix: 11 avqust 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Gündə cəmi 4 saat yuxu ilə necə yaşamaq olar?

Adətən, böyük əksəriyyət üçün gündə yeddi-doqquz saatlıq yuxu norma sayılsa da, bəzi insanlar cəmi dörd-beş saatlıq yuxu ilə kifayətlənərək özlərini tamamilə enerjili və sağlam hiss edirlər. Elm adamları bu nadir vəziyyətin arxasında duran genetik səbəbləri araşdırmağa davam edirlər. "Qafqazinfo"nu

03.11.2026 618
.

Gözlərə də soyuq olur

Soyuq hava yalnız dəriyə və tənəffüs yollarına deyil, gözlərə də təsir göstərə bilər. Xüsusilə qış aylarında və küləkli havalarda gözlərdə sulanma, qızartı, yanma, quruluq və narahatlıq hissi yarana bilər. Axşam.az xəbər verir ki, bəzi insanlar isə gözlərində sanki soyuqluq və ya sərin hava axını his

10.10.2026 813
.

Yumurta qan şəkərinə necə təsir edir?

Yumurta balanslaşdırılmış qidalanmanın bir hissəsi ola bilər və diabetli insanlar üçün də uyğun məhsullardan sayılır. Tərkibində karbohidratın az olması səbəbindən yumurta qan şəkərinin səviyyəsinə çox cüzi təsir göstərir və yeməkdən sonra qlükozanın kəskin yüksəlməsinə səbəb olmur. Bir iri yumurtanı

17.10.2026 799
.

70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın

Yaşlılıq dövründə D vitamini sümük və əzələ sisteminin, eləcə də immunitetin sağlamlığı üçün mühüm əhəmiyyət daşıyır. Buna görə də çatışmazlıq aşkarlandıqda bu vitaminin qida əlavələri şəklində qəbulu tövsiyə oluna bilər. Lakin yüksək dozalı preparatların müntəzəm və həkim məsləhəti olmadan qəbulu sağlamlığ

23.10.2026 950
.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmaya töhfə verə bilər. Üzümün əsas üstünlüklərindən biri antioksidantlarla zəngin olmasıdır

01.11.2026 514
.

Hepatit B və C tam müalicə olunur? - Mütəxəssis danışdı

Virus hepatitləri qaraciyərin iltihabına səbəb olan və geniş yayılmış infeksion xəstəliklər sırasındadır. Xəstəliyin bəzi növləri kəskin formada keçsə də, hepatit B və C uzun müddət heç bir əlamət vermədən inkişaf edərək xroniki xarakter ala, qaraciyərin ciddi zədələnməsinə səbəb ola bilər. Bununla yanaşı

01.11.2026 503
.

AVROPADA QIRMIZI HƏYƏCAN SİQNALI VERİLDİ

"Qısa müddətdə yoluxma halı 10 mini, ölüm sayı isə 5 mini keçib. Virusun təhlükəli olması və sürətlə yayılması səbəbindən Avropada qırmızı həyəcan siqnalı verilib". Bu haqda türk mediasına istinadən bildirib. Konqo Demokratik Respublikasında başlayan və tarixin ikinci ən böyük böhranına çevrilə

02.11.2026 608
.

Üzü yumaq üçün ən yaxşı vaxt - Dermatoloqdan tövsiyə

Üz dərisinə qulluq zamanı yalnız istifadə olunan vasitələr deyil, onların tətbiq edildiyi vaxt da əhəmiyyət daşıyır. Dermatoloq Con Kibbi üzün yuyulması üçün səhər və axşam saatlarının əksər insanlar üçün uyğun olduğunu bildirib. Qaynarinfo xəbər verir ki, Kolorado Universitetinin Tibb Məktəbinin dermatologiy

27.10.2026 822
.

Hansı yaşda ət yemək ömrü uzadır? - Elmi araşdırma

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməklə əlaqəli ola bilər. xəbər verir ki, çinli mütəxəssislərin apardığı araşdırmanı

18.10.2026 911
.