Bakıda "QAZ-3110"la təkərləri sürüşdürüb şou göstərdi - Narkoman olduğu üzə çıxdı
Bakıda narkotik vasitənin təsiri altında avtomobil idarə edərək bir neçə rayonda avtoxuliqanlıq edən 21 yaşlı gənc 1 ay 15 gün müddətinə inzibati qaydada həbs edilib.
Qaynarinfo-nun məlumatına görə, 2005-ci ildə Bakı şəhərində anadan olan E.R. barəsində Yasamal Rayon Məhkəməsində bir neçə inzibati xəta üzrə işə baxılıb.
Məhkəmə materiallarına əsasən, E.R. etibarnamə ilə idarə etdiyi "QAZ-3110" markalı avtomobillə Binəqədi, Yasamal və Qaradağ rayonlarında marixuananın təsiri altında hərəkət edib. O, qarşıdan gələn avtomobillərin hərəkət zolağına çıxaraq digər sürücülər üçün təhlükə yaradıb, avtomobili qəfil sürətləndirərək təkərlərin sürtünməsindən səs-küy yaradıb və yolda çoxsaylı təkər izləri buraxıb.
Bu hərəkətlərinə görə axtarışa verilən E.R. Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsində Dövlət Yol Polisi əməkdaşları tərəfindən saxlanılıb.
Tibbi müayinə zamanı onun orqanizmində THC maddəsi aşkarlanıb. Narkoloji mütəxəssislərin rəyində E.R.-də kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromunun - narkomaniya xəstəliyinin olduğu və məcburi müalicəyə ehtiyac duyduğu bildirilib.
Məhkəmədə özünü təqsirli bilən E.R. törətdiyi əməllərdən peşman olduğunu deyərək yüngül cəza istəyib.
Yasamal Rayon Məhkəməsi onu İnzibati Xətalar Məcəlləsinin 206, 333-1.1 və 511.1.3-cü maddələri ilə təqsirli bilib. Qərara əsasən, E.R.-nin sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb, barəsində 1 ay 15 gün müddətinə inzibati həbs tətbiq edilib.
Bununla yanaşı, ona narkomaniyadan məcburi müalicə təyin olunub. Həbs müddəti başa çatdıqdan sonra E.R. ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil veriləcək və ərazi narkoloji dispanserində qeydiyyata alınacaq.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 93 Tarix: 09 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşMətbuat və Media və Yayım Şurasının kollektivi Zəfər abidəsini ziyarət edib
Azərbaycan Mətbuat Şurasının və Media və Yayım Şurasının kollektivi 8 noyabr Zəfər Günü münasibəti ilə Zəfər Parkında olublar. "Report" xəbər verir ki, ziyarət zamanı 44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi dərin ehtiraml
08.11.2026 265 Tramp: "ABŞ seçkiyə görə 3 trilyon dollar itirdi"
"Demokratların Konqresə nəzarəti ələ keçirməsi ilə nəticələnən aralıq seçkisinə görə ABŞ 3 trilyon dollar itirib". xəbər verir ki, bunu Floridadakı Con Kennedi adına Kosmik Mərkəzdə çıxış edərkən ABŞ Prezidenti Donald Tramp deyib. Ölkə başçısı oktyabr ayında iş yerlərinin sayının 165 min artdığın
08.11.2026 187 9 Noyabr - Dövlət Bayrağı Günü: Üçrəngli bayrağımız müstəqilliyimizin və milli qürurumuzun rəmzidir
9 Noyabr - Dövlət Bayrağı Günü Azərbaycan xalqının milli qürurunu, dövlətçilik ənənələrini və müstəqillik iradəsini özündə əks etdirən mühüm tarixi gündür. Üçrəngli bayrağımız xalqımızın azadlıq mübarizəsinin, milli birliyinin, suverenliyinin və gələcəyə inamının rəmzidir. Bu bayraq Azərbaycanın tarixini
10:07 139 Şahzadə Uilyam və Keytin formasında tort hazırladı
Birmingemdə keçirilən "Cake İnternational" şirniyyat sərgisində Britaniya kral ailəsinin üzvləri - şahzadə Uilyam və həyat yoldaşı Keyt Middltonun tam ölçüdə tort fiqurları nümayiş etdirilib. Axşam.az xəbər verir ki, müsabiqənin sosial şəbəkə hesablarında paylaşılan tort fiqurlarını şirniyya
08.11.2026 291 Ərdoğanın səsləndirdiyi "Şuşa gözləyir bizi" şeirinin müəllifi kimdir? - Video
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü zamanı "Şuşa gözləyir bizi" adlı şeiri səsləndirib. Türkiyə prezidentinin şeirin müəllifini qeyd etməməsi onun kimliyi ilə bağlı suallar yaradıb. -ın əldə etdiyi məlumata görə, şeirin müəllifi Əməkdar jurnalis
08.11.2026 220 ABŞ Kanadanın İranla əlaqəli səkkiz qurumuna sanksiyalar tətbiq edib
ABŞ İranla əlaqəli sanksiyalar siyahısına Kanadada qeydiyyatdan keçmiş səkkiz qurumu əlavə edib. "Report" xəbər verir ki, müvafiq məlumat ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) saytında dərc edilib. Məlumata görə, məhdudiyyətlər valyuta mübadiləsi xidmətləri, pu
08.11.2026 191 Zəfərdən altı il sonra: Qarabağda hansı proseslər gedir? - Video
Baku TV-nin "Yekunlaşdıraq" verilişinin yeni buraxılışı yayımlanıb. Zəfər Günündən altı il sonra Azərbaycanın qazandığı tarixi Qələbə və Böyük Qayıdış prosesi hansı mərhələdədir?. Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işləri, yeni yaşayış məntəqələrinin salınması və iqtisadi layihələ
08.11.2026 263 Ərdoğan: "Gələn il Ağdamda İlham qardaşımla birlikdə məktəbin açılışını edəcəyik" - Video
"Ən son Cəbrayılda "Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi" və "Ağıllı Tingçilik" Müəssisəsini yaratmağın qürurunu yaşadıq. Kənd təsərrüfatı və Meşəçilik Nazirliyimizin töhfələri ilə qurulan bu müəssisə Türkiyə-Azərbaycan əməkdaşlığının yeni bir göstəricisi olmuşdur"
08.11.2026 309 İranda yanvar etirazları ilə bağlı üç nəfər edam edilib - Foto
İranda yanvar ayında keçirilən etirazlarla əlaqədar saxlanılan üç nəfər edam edilib. bu barədə "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir. Məlumata görə, İranın məhkəmə orqanları yanvarın 8-də və 9-da Kərəc şəhərində baş verən etirazlarla əlaqədar həbs olunan Həsən Diyubənd
08.11.2026 200