Salatın Əsgərovanın oğlunun vəziyyəti ağırdır - "Başımı qoyub öləcəm"
Tanınmış jurnalist, Milli Qəhrəman Salatın Əsgərovanın oğlu Ceyhun Əsgərov bu gün sosial şəbəkədə vəziyyətinin yaxşı olmadığı ilə bağlı paylaşım edib.
BiG.AZ xəbər verir ki, lakin o, qısa müddət sonra yazdıqlarını silərək "bir qıraqda öləcəm" sözlərini paylaşıb.
Jurnalist "Qafqazinfo"ya açıqlamasında səhhətində problemlərin olduğunu deyib:
"Bir həftə əvvəl sükan arxasında olanda qıcolma keçirdim. Sükanı saxladım, maşını birtəhər Semaşko xəstəxanasının yanına sürüb saxlaya bildim, təcili tibbi yardım gəldi. Ondan sonra İstanbula getdim və orada 1 həftə qaldım. Beyin damarımda qıcolma vardı, orda damarıma nəsə yerləşdirdilər. İndi gəlmişəm Bakıya, bağda idim, halım pisləşdi. Dostlarım və sürücüm gəldilər ki, məni götürsünlər. Dedim ki, məni xəstəxanaya aparsınlar. Xəstəxana ilə danışdılar, sonra xəstəxanaya getdim. Ora çatanda dedilər ki, bizə heç nə deyilməyib. İndi də qayıdıram bağa, başımı qoyub öləcəm".
Məsələ ilə bağlı TƏBİB-in İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili şöbəsinin müdiri Zamirə Adilova bildirib ki, C. Əsgərova Təcili Tibbi Yardım Briqadası göndərilib:
"Ceyhunla bağlı biz də ən az sizin qədər həssas və narahatıq. İndi də Təcili Tibbi Yardım Briqadası göndərilib. Bu hal vaxtaşırı və tez-tez təkrarlanır, zəruri yardımlar göstərilir.
Davamlı müalicə alması şərtdir, amma təbii ki, bu, onun iradəsi çərçivəsində olmalıdır. Bu barədə onun özünə də dəfələrlə bildirilib. Dövlət tibb müəssisəsində ondan müalicə üçün heç bir vəsait tələb olunmur. Tezliklə şəfa tapmasını diləyirik!"
Qeyd edək ki, Ceyhun Əsgərov jurnalistlik fəaliyyətinə ANS-də başlayıb və xeyli müddət bu kanalda çalışıb. Daha sonra aznews.az saytında baş redaktor, Əmlak Məsələləri Dövlət Xidmətində mətbuat katibi işləyib. Hazırda isə Baku TV-də həftəlik proqramın aparıcısıdır.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1987 Tarix: 08 avqust 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşDəfn müavinəti ilə bağlı RƏSMİ AÇIQLAMA
Cari ilin may ayının 1-dən etibarən 11 030 nəfərə dəfn üçün birdəfəlik müavinət təyin edilib. Bu barədə -ın sorğusuna cavab olaraq Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Bildirilib ki, 2026-cı il mayın 1-dən dəfn üçün birdəfəlik müavinətin proaktiv qaydada təyin edilməsinə başlanılıb və həmi
00:09 275 Ukrayna Qara dənizdə Qazaxıstan nefti daşıyan tankerlərə hücum etməməyi öhdəsinə götürüb
Ukrayna Rusiya ilə əlaqəsi olmayan neft tankerlərinə və Qazaxıstan neftinin ixracı üçün zəruri olan Qara dənizdəki infrastruktura zərbələr endirməməyi öhdəsinə götürüb. "Report" xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi amerikalı məmura istinadən məlumat yayıb. Məmurun sözlərin
17:40 63 Rubio: Ermənistanla Azərbaycanı nümayiş etdirdikləri cəsarət və uzaqgörənliyə görə təbrik edirik
Sülh Birləşmiş Ştatlar, Ermənistan və Azərbaycan arasında hər üç ölkənin iqtisadi rifahına töhfə verəcək gücləndirilmiş əlaqələrə qapı açıb. "Report" xəbər verir ki, bu ifadələr 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilmiş və Azərbaycanla Ermənistan arasında sülhün bərqərar olmasını təmi
12:40 148 Pensiyalarla bağlı İLK DƏFƏ AÇIQLANDI - Dəyişiklik edilir?
Azərbaycanda yaşlı, ağır xəstə və əlilliyi olan şəxslər üçün baxım sosial sığorta sisteminin yaradılması məqsədəuyğun olardı. Bunu -a açıqlamasında iqtisadçı Vahid Əhmədov deyib. Onun sözlərinə görə, belə sistem uzun illərdir Avropa ölkələri və ABŞ-da tətbiq olunur və insanların uzunmüddətli gündəli
00:27 322 Buzlaqlar əriyir, təhlükəli civə okeana yayılır - Alimlərdən HƏYƏCAN TƏBİLİ
Qlobal istiləşmə nəticəsində Antarktida yarımadasındakı buzlaqların əriməsi uzun illər buz altında qalmış civənin Cənub okeanına daha sürətlə yayılmasına səbəb olur. xəbər verir ki, bu barədə "PNAS" elmi jurnalında dərc olunan araşdırmada bildirilir. Alimlərin apardıqları analizlər göstəri
16:30 110 Əraqçi: İran və Oman Hörmüz boğazında yeni gəmiçilik marşrutu üzrə razılaşmaya yaxındır
İran və Oman Hörmüz boğazında yeni gəmiçilik marşrutuna dair razılaşmaya yaxındırlar, lakin onun açılışı digər şərtlərdən də asılıdır. "Report" İran Xarici İşlər Nazirliyinin (XİN) teleqram kanalına istinadən xəbər verir ki, bu barədə XİN rəhbəri Abbas Əraqçi avqustun 8-i keçirilən mətbua
10:00 145 ABŞ-də sağ xəstələrin orqanlarını götürməyə cəhd edilib
ABŞ Səhiyyə Nazirliyi ciddi pozuntulara görə "Network of Hope" donor təşkilatının akkreditasiyasının ləğvi prosesinə başlayıb. xəbər verir ki, Nazir Robert Kennedinin sözlərinə görə, aparılan federal yoxlamalar zamanı bəzi xəstələrin orqan donorluğu siyahısına əsassız daxil edildiyi, tibb
10:30 170 ABŞ-nin xəbərdarlıqlarına baxmayaraq, İran nüvə proqramını davam etdirir
ABŞ-nin 2025 və 2026-cı illərdə İranın üç əsas nüvə obyektinə endirdiyi zərbələr Tehranın proqramını tam dayandırmayıb, sadəcə onun icrasını ləngidib. xəbər verir ki, bu barədə "The New York Times" nəşri rəsmilərə və mütəxəssislərə istinadən məlumat yayıb. Tehran BMT müfəttişlərinin ən həssa
14:30 140 Prezidentliyə başlayan Esprielyaya 1 milyard dollar veriləcək
ABŞ Kolumbiyanın yeni Prezidenti Abelardo de la Esprielyanın administrasiyasını dəstəkləmək məqsədilə 1 milyard dollar vəsait ayıracaq. xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin yaydığı bəyanatda bildirilib. Sənəddə qeyd olunur ki, ABŞ Prezidenti Donald Trampın administrasiyas
08.08.2026 238