Məktəbli oğlan xalası qızına təcavüz etmək istədi, oxlovla döyüldü - Sabirabadda ŞOK OLAY
Sabirabad rayonunda 2005-ci il təvəllüdlü Tural Həsənov xalası qızı, 2009-cu il təvəllüdlü Samirəyə (adlar şərti verilib - red.) təcavüz edib.
BiG.AZ Bizim.Media-ya istinadən bildirir ki, hadisə 2021-ci il iyulun 12-də baş verib.
Tural həmin gün saat 11 radələrində rayonun Cavad kəndində yaşayan Samirənin evdə tək olduğunu bilib və onlara gedib. O, Samirənin mətbəxdə təmizlik işləri apardığını görüb və onunla cinsi əlaqədə olmaq fikrinə düşüb.
Bu məqsədlə Tural xalası qızını zorla yataq otağına tərəf aparıb. Bu zaman Samirə müqavimət göstərüb və qışqıraraq səs-küy salıb. Kömək istəyən Samirə xalası oğlunun əlindən çıxmağa çalışıb.
Samirə özünü müdafiə etmək üçün divara söykənmiş oxlovu əlinə götürüb və Turala müqavimət göstərib. Samirə əlində olan oxlovla Turalı vuraraq ona xəsarətlər yetirsə də, o, öz hərəkətlərini davam etdirib, oxlovu Samirənin əlindən alaraq kənara atıb.
Sonra Tural Samirəni döyərək, ona müxtəlif dərəcəli xəsarətlər yetirib. Turalın çarpayıdan yerə yıxılmasından istifadə edən Samirə otaqdan qaçıb və Tural onu zorlaması istəyinə nail ola bilməyib.
İstintaq orqanı tərəfindən Turalın barəsində Cinayət Məcəlləsinin 29, 149.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxsi zorlamağa cəhd) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə ifadə verən Tural ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O qeyd edib ki, xalası qızını zorlamaq fikri olmayıb.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Tural 5 il 7 ay 15 gün müddətinə azadlıqdan məhrum edilib.
Hökmdən narazı qalan Turalın müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilib. Vəkil müdafiə etdiyi şəxsin barəsində bəraət hökmünün çıxarılmasını istəyib. Şirvan Apellyasiya Məhkəməsinin qərarı ilə Turalın barəsində verilmiş şikayət təmin olunmayıb. Qərardan narazı qalan müdafiəçi Ali Məhkəməyə kassasiya şikayəti verib.
Müdafiəçi qeyd edib ki, Turalın əməlində cinayət tərkibi yoxdur və onun barəsində olan hökm ləğv olunmalıdır.
Vəkil qeyd edib ki, zərərçəkmiş şəxsin məhkəmədə verdiyi ifadələrin həqiqəti əsk etdirmədiyi sübut olunub.
Ali Məhkəmədə hakim İlqar Qılıcovun sədrliyi ilə baş tutan prosesdə Turalın müdafiəçisi tərəfindən verilən kassasiya şikayəti qismən təmin olunub.
Şirvan Apellyasiya Məhkəməsinin 2 mart 2022-ci il tarixli qərarı ləğv olunub və şikayət yenidən araşdırılması üçün apellyasiya instansiyasına qaytarılıb.
Yaxın günlərdə iş üzrə yenidən məhkəmə prosesi başlayacaq.
Qeyd edək ki, hadisə baş verən vaxt Tural orta məktəbin 11-ci sinif şagirdi olub.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1266 Tarix: 08 avqust 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşZəfərdən suverenliyə, suverenlikdən qüdrətli gələcəyə: Prezident İlham Əliyevin müraciətinin siyasi və tarixi mesajları
Azərbaycan xalqının dövlətçilik tarixində 8 Noyabr - Zəfər Günü milli iradənin, siyasi qətiyyətin, hərbi qüdrətin və tarixi ədalətin təntənəsi kimi xüsusi yer tutur. Bu günün əhəmiyyəti yalnız 44 günlük Vətən müharibəsində əldə edilən möhtəşəm Qələbə ilə məhdudlaşmır. Zəfər Azərbaycanın uzun illər dava
11:37 99 İraqda "Kətaib Hizbullah" liderinin oğlunun həbsinə order verilib
İraqın məhkəmə orqanları "Kətaib Hizbullah" qruplaşmasının baş katibi Əbu Hüseyn əl-Həmidavinin oğlunun həbsinə order verib. "Report" "Al Hadath"a istinadən xəbər verir ki, order Bağdadın Əl-Bələdiyyat rayonunda yaşayan, 1994-cü il təvəllüdlü Əl-Hüseyn Möhsün Əhməd Fərə
08.11.2026 266 Ərdoğan Xocalı Soyqırımı Memorialının xatirə kitabına ürək sözlərini yazıb - Foto
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Xocalı şəhərində yerləşən Xocalı Soyqırımı Memorialını ziyarət ediblər. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Memorialın xatirə kitabına ürək sözlərini yazıb
08.11.2026 237 İlham Əliyevin Zəfər Günü müraciəti: Azərbaycanın tarixi Qələbəsi və yeni geosiyasi reallıqların siyasi təhlili
8 Noyabr - Zəfər Günü Azərbaycan tarixinin ən mühüm hadisələrindən biri olmaqla yanaşı, milli dövlətçilik iradəsinin, siyasi qətiyyətin və hərbi qüdrətin təntənəsidir. Prezident İlham Əliyevin Zəfər Günü münasibətilə Azərbaycan xalqına ünvanladığı müraciət bu tarixi hadisənin yalnız keçmişin qürur mənbəy
11:13 124 Naxçıvanda Zəfər Günü münasibətilə konsert və atəşfəşanlıq olub
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Naxçıvan şəhərində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş konsert proqramı və atəşfəşanlıq təşkil edilib. "Report"un yerli bürosu xəbər verir ki, Heydər Əliyev Muzeyinin qarşısında keçirilə
08.11.2026 246 Ərdoğanın Azərbaycana səfəri: qardaşlığın, strateji tərəfdaşlığın və ortaq gələcəyə baxışın növbəti nümayişi
Azərbaycan-Türkiyə münasibətləri təkcə iki dövlət arasında formalaşmış diplomatik əlaqələr deyil, ortaq tarixə, milli-mənəvi dəyərlərə, qarşılıqlı etimada və sarsılmaz qardaşlıq prinsiplərinə əsaslanan strateji müttəfiqlik modelidir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri və ik
11:56 92 Mətbuat və Media və Yayım Şurasının kollektivi Zəfər abidəsini ziyarət edib
Azərbaycan Mətbuat Şurasının və Media və Yayım Şurasının kollektivi 8 noyabr Zəfər Günü münasibəti ilə Zəfər Parkında olublar. "Report" xəbər verir ki, ziyarət zamanı 44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi dərin ehtiraml
08.11.2026 269 Azərbaycanda Dövlət Bayrağı Günüdür
Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkənin bütün vətəndaşlar
00:08 295 Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir
Gürcüstan mediası Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb. "Report"un Gürcüstan bürosu xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri bu ölkə mediasının diqqət mərkəzində olub. Bu ölkənin aparıcı televiziya kanalları, xəbər agentliklər
08.11.2026 265