Bakı-Gəncə qatarında YENİLİK - VİDEO

Bakı-Gəncə qatarında YENİLİK - VİDEOAvqustun 10-dan "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) rəsmi saytından Bakı-Gəncə-Bakı istiqaməti üzrə hərəkət edən sürətli sərnişin qatarına onlayn rejimdə alınmış biletlər avtomatik olaraq elektron qeydiyyatdan keçirilmiş olacaq.

Big.az ADY-yə istinadən xəbər verir ki, bununla da sərnişinlərin gediş-gəliş biletini onlayn sifariş etdikdən sonra kassalara yaxınlaşmasına ehtiyac qalmayacaq.

Sərnişinlərin elektron biletlərinin (mobil elektron cihazlarda və ya çap olunmuş şəkildə kağız daşıyıcılarda) qeydiyyatını qatara minik zamanı xüsusi aparat vasitəsilə sərnişin vaqonunun bələdçiləri yoxlayacaq. Elektron biletin satışı qatarın yola düşməsinə 1 saat qalmış dayandırılır, lakin sərnişinlər bilet kassasına yaxınlaşaraq əvvəlki qaydada gediş biletini əldə edə bilərlər. Qatarın yola düşməsinə 1 saatdan çox vaxt qaldıqda sərnişin bileti şəxsi kabinetindən geri qaytarma QAYDALARINA əsasən geri qaytara bilər.

Yaşı 18-dən yuxarı olan sərnişinlərdən qatara minik zamanı şəxsiyyəti təsdiq edən sənədi (şəxsiyyət vəsiqəsi, ümumvətəndaş pasportu, hərbi bilet, şəxsiyyəti müvəqqəti təsdiq edən digər sənəd), eləcə də peyvənd əks-göstəriş və ya immunitet sertifikatı, 16 yaşadək sərnişinlərdən (uşaqlardan) isə doğum haqqında şəhadətnamə və ya şəxsiyyət vəsiqəsi təqdim etmələri tələb olunur.

Sərnişinlərə qatarın yola düşməsinə 30 dəqiqə qalanadək minik stansiyası və dayanacaqlara gəlmələri tövsiyə edilir. Bu, sərnişinlərin gediş sənədlərinin (elektron biletlərinin), peyvənd, əks-göstəriş və ya immunitet sertifikatlarının yoxlanışı prosedurunun tezləşdirilməsi, sərnişinlərin qatara gecikməsinin qarşısını alınması və qatarın qrafik üzrə hərəkət etməsi məqsədini daşıyır.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 991   Tarix: 08 avqust 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Zəfərdən suverenliyə, suverenlikdən qüdrətli gələcəyə: Prezident İlham Əliyevin müraciətinin siyasi və tarixi mesajları

Azərbaycan xalqının dövlətçilik tarixində 8 Noyabr - Zəfər Günü milli iradənin, siyasi qətiyyətin, hərbi qüdrətin və tarixi ədalətin təntənəsi kimi xüsusi yer tutur. Bu günün əhəmiyyəti yalnız 44 günlük Vətən müharibəsində əldə edilən möhtəşəm Qələbə ilə məhdudlaşmır. Zəfər Azərbaycanın uzun illər dava

11:37 99
.

İraqda "Kətaib Hizbullah" liderinin oğlunun həbsinə order verilib

İraqın məhkəmə orqanları "Kətaib Hizbullah" qruplaşmasının baş katibi Əbu Hüseyn əl-Həmidavinin oğlunun həbsinə order verib. "Report" "Al Hadath"a istinadən xəbər verir ki, order Bağdadın Əl-Bələdiyyat rayonunda yaşayan, 1994-cü il təvəllüdlü Əl-Hüseyn Möhsün Əhməd Fərə

08.11.2026 266
.

Ərdoğan Xocalı Soyqırımı Memorialının xatirə kitabına ürək sözlərini yazıb - Foto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Xocalı şəhərində yerləşən Xocalı Soyqırımı Memorialını ziyarət ediblər. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Memorialın xatirə kitabına ürək sözlərini yazıb

08.11.2026 237
.

İlham Əliyevin Zəfər Günü müraciəti: Azərbaycanın tarixi Qələbəsi və yeni geosiyasi reallıqların siyasi təhlili

8 Noyabr - Zəfər Günü Azərbaycan tarixinin ən mühüm hadisələrindən biri olmaqla yanaşı, milli dövlətçilik iradəsinin, siyasi qətiyyətin və hərbi qüdrətin təntənəsidir. Prezident İlham Əliyevin Zəfər Günü münasibətilə Azərbaycan xalqına ünvanladığı müraciət bu tarixi hadisənin yalnız keçmişin qürur mənbəy

11:13 124
.

Naxçıvanda Zəfər Günü münasibətilə konsert və atəşfəşanlıq olub

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Naxçıvan şəhərində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş konsert proqramı və atəşfəşanlıq təşkil edilib. "Report"un yerli bürosu xəbər verir ki, Heydər Əliyev Muzeyinin qarşısında keçirilə

08.11.2026 246
.

Ərdoğanın Azərbaycana səfəri: qardaşlığın, strateji tərəfdaşlığın və ortaq gələcəyə baxışın növbəti nümayişi

Azərbaycan-Türkiyə münasibətləri təkcə iki dövlət arasında formalaşmış diplomatik əlaqələr deyil, ortaq tarixə, milli-mənəvi dəyərlərə, qarşılıqlı etimada və sarsılmaz qardaşlıq prinsiplərinə əsaslanan strateji müttəfiqlik modelidir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri və ik

11:56 92
.

Mətbuat və Media və Yayım Şurasının kollektivi Zəfər abidəsini ziyarət edib

Azərbaycan Mətbuat Şurasının və Media və Yayım Şurasının kollektivi 8 noyabr Zəfər Günü münasibəti ilə Zəfər Parkında olublar. "Report" xəbər verir ki, ziyarət zamanı 44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi dərin ehtiraml

08.11.2026 269
.

Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkənin bütün vətəndaşlar

00:08 295
.

Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir

Gürcüstan mediası Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb. "Report"un Gürcüstan bürosu xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri bu ölkə mediasının diqqət mərkəzində olub. Bu ölkənin aparıcı televiziya kanalları, xəbər agentliklər

08.11.2026 265
.