Yerin fırlanması qəflətən sürətləndi: Vaxtımızdan kəsəcəklər
İyunun 29-da Yer gözlənilmədən öz oxu ətrafında 24 saatdan 1,59 millisaniyə tez fırlanıb. Bu, atom saatlarının 1960-cı illərdə bu cür məlumatları böyük dəqiqliklə izləməyə başlamasından bəri onun ən sürətli dövrü olub.
Son illərdə Yerin fırlanması tədricən sürətlənir, lakin bunun niyə baş verdiyini heç kim bilmir. Onilliklər ərzində belə bir şeyin baş verməməsinə baxmayaraq, 2020-ci ildən bəri planet artıq fırlanmada sürət rekordunu bir neçə dəfə qırıb.
Tasmaniya Universitetinin professoru, planetimizin fəaliyyətini müşahidə edən mütəxəssis Mett Kinqin sözlərinə görə, bu, həqiqətən də, qəribə bir hadisədir.
"Aydındır ki, nəsə dəyişib və bu, 1970-ci illərdə dəqiq radio astronomiyasının meydana çıxmasından bəri özünü göstərməyən bir formada baş verib", - deyə o bildirib.
Qeyd edilir ki, günlər qısalmağa davam edərsə, alimlər atom saatından bir saniyə çıxarmalı olacaqlar. Bu, əqrəblərin tarixdə ilk mənfi korreksiyası olacaq.
1972-ci ildən bəri elm dünyası sıçrayış saniyəsinin əlavə edilməsi təcrübəsini qəbul edir. Bu Koordinasiya edilmiş ümumdünya vaxtı (ing. Universal Time Coordinated - UTC) şkalasını orta Günəş vaxtı UT1 ilə uyğunlaşdırmaq üçün əlavə edilir. İndiyə qədər saniyələr əlavə edilib və heç vaxt çıxarılmayıb.
Eyni zamanda, elm adamlarının hesablamalarına görə, Yerin Ay ilə qarşılıqlı təsirindəki dəyişiklik səbəbindən 6,7 milyon ildən sonra planetimizdə bir gün bir dəqiqə uzanacaq.(xəzərxəbər)
BiG.Az
Telegramda izləyin
Maraqlı Baxılıb: 1447 Tarix: 07 avqust 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaşİnsanın ömrünü 50 il uzatmaq mümkün olacaq? - Yapon təcrübələri əsasında YENİ TEXNOLOGİYA
Dünyanın ən varlı adamı, Amazon -un qurucusu "Jeff Bezos", ölümsüzlüyə qədər qocalma ilə mübarizə texnologiyaları yaradan "Altos Labs" startapının sərmayəçisi olub. Bu barədə "MIT Tech Review" məlumat yayıb. Şirkət yaşlanma prosesini öyrənir və qocalmanı məğlub etmək üçü
11.09.2021 2356 Borşa da abidə qoyulacaq
Kiyev şəhər rəhbərliyi borşa qoyulacaq abidənin anonsunu verib. -a istinadən xəbər verir ki, abidənin qastroturizmin populyarlaşdırılması baxımından əhəmiyyətli olacağı bildirilib. Müvafiq təşəbbüsü aşpaz Yevgeni Klopotenko irəli sürüb. O, Ukraynada duzlu xiyara, qarpıza, dondurmaya və bu kimi qida vasitələrin
10.09.2021 1189 Əfqan ulduz ölkədən qaçmasından danışdı: başımdan vur, amma...
Əfqanıstanda qadın hüquqlarını müdafiə etdiyi üçün və geyimləri ilə bağlı radikal şəxslərin qəzəbinə tuş gələn 36 yaşlı pop ulduz Aryana Səid "Taliban" hakimiyyəti ələ keçirdikdən sonra paytaxt Kabildən İstanbula necə qaçdığını danışıb. Müğənninin avqustun 15-də "Taliban" Kabilə daxi
12.09.2021 1875 Qızıldan hazırlanan unitaz iki ildir tapılmır - FOTO
İngiltərənin Blenheim sarayından iki il əvvəl oğurlanan qızıldan hazırlanan unitaz hələ də tapılmayıb. -a istinadən xəbər verir ki, 2019-cu il sentyabrın 14-də sarayda sənət sərgisinin keçirildiyi vaxt oğurlanan qızıl unitazın dəyəri 1 milyon funt sterlinqdir (2 300 00 manatdan çox). Xatırladaq ki, unitaz
16.09.2021 3329 Oturaq həyat tərzi keçirənlər necə qidalanmalıdır? - Dəyərli məsləhətlər
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "AQTA maarifləndirir" rubrikası davam edir. agentliyə istinadən xəbər verir ki, rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanm
11.09.2021 659 Anasının meyitini mumyalayıb bir il zirzəmidə saxladı və 100 MİN MANAT pensiya aldı
Avstriyanın Tirol ərazisinin 66 yaşlı sakini bir ildən çox 89 yaşlı anasının mumyalanmış meyitini zirzəmidə saxlayaraq, pensiyasını alıb. BİG.AZ xəbər verir ki, bu barədə "BBC News" yazır. Polisin məlumatına görə, demensiya xəstəsi olan qadın 2020-ci ilin iyun ayında qocalıqdan vəfat edib
13.09.2021 2571 "Daha ağıllı və daha yaradıcı düşünməyə vadar edir" - Alimlər çayın faydasını araşdırdı...
Pekin Universitetinin alimləri bir fincan çay içməyin yaradıcı düşüncəni inkişaf etdirdiyini aşkar ediblər. Araşdırma nəticəsində mütəxəssislər çayın bioloji komponentlərinin deyil, çay içmək prosesinin özünün insanları "daha ağıllı və daha yaradıcı" olduqlarını düşünməyə sövq etdiyi qənaətin
12.09.2021 1068 Zooloqlar inəklərə görün nəyi öyrətdilər
Alimlər inək fermalarından çıxan tullantıların ətraf mühitə təsirini azaltmağın yolunu tapıblar. -a istinadən xəbər verir ki, məlum olduğu kimi, inəklər hər gün çox miqdarda peyin və sidik xaric edir. Buna görə də fermerlər gündəlik olaraq böyük təsərrüfatlarda tullantıların sanitariya problemi yaratmamas
15.09.2021 960 Ayaq qoxusuna son
Havaların soyuması ilə örtülü ayaqqabılara keçid bəzi şəxslərin qoxu kimi problemlərlə qarşılasmasına səbəb olur. Ayaqların uzun müddət qapalı qalması, ayaqqabının materialı və ya corabdan qaynaqlanan bu problem narahatlıq yaradır. Axşam.az-a istinadən ayaq qoxusunun qarşısını almağa yardım edən 3 təbi
10.09.2021 1505