İnsanlıq tarixinin ən dəhşətli faciəsi: Xirosima - Naqasaki - 77 il - FOTO

İnsanlıq tarixinin ən dəhşətli faciəsi: Xirosima - Naqasaki - 77 il - FOTOBu gün dünyanın ən böyük və yeganə faciəsi kimi qeydə alınan Amerikanın Yaponiyanın şəhərlərinə atom bombası atmasından 77 il keçir.

BiG.AZ xəbər verir ki, insanlıq tarixinə qara hərflərlə yazılmış bu ilk hadisə 1945-ci ilin 6 və 9 avqust tarixlərində baş verib. Amerikanın inkişaf edən texnologiyası atom bombasını kəşf etmişdi və ABŞ rəhbərliyi onu Yaponiyanın günahsız insanları üzərində sınaqdan keçirmək qərarına gəldi.

6 avqust 1945-ci il tarixində ABŞ-ın "B29 Enola Gay" təyyarəsi Uran 235 tipli "little boy" (balaca oğlan) adı verilən 15 min ton TNT-lik atom bombasını günahsız Xirosima sakinlərinin üzərinə atdı. 1945-ci ilin sonuna qədər da atomdan ölənlərin sayı 140 mini keçmişdi.

İkinci bomba isə Naqasaki şəhərinə atılmışdı.

Naqasaki Yaponiyanın Kyusu adasının cənubunda Naqasaki körfəzində yerləşən liman şəhəridir.

İkinci Dünya Müharibəsinin sonunda tarixdə yalnız Amerika Birləşmiş Ştatları tərəfindən istifadə edilən atom bombasının ikincisi və sonuncusunun atıldığı Yaponiyanın Naqasaki şəhəri də üzləşdiyi faciəni 77-ci ilini yad edir.

İnsanlıq tarixinin ən dəhşətli faciəsi: Xirosima - Naqasaki - 77 il - FOTOXirosimaya atılan bombadan 3 gün sonra avqustun 9-da saat 10:45 radələrində Platinyum 239 tipli təyyarə "Fatman" (kök adam) adlı atom bombasını Naqasakiyə atır. "Fatman" 21 min ton TNT-ə malik nüvə reaktoru idi.

Partlayış nəticəsində 200 min əhalisi olan şəhərin 27 mini həyatını itirdi.

Hadisədən 6 gün sonra Yaponiya höküməti qeyri şərtsiz təslim olub. O zamandan bu günə qədər ərazidə hələ də mövcud olan radiasiya ucbatından ölənlərin ümumi sayı 143 mini ötüb.

Bu gün isə nüvə gücünə malik dövlətlər Xirosima və Naqasakiyə atılan bombaların düz 2500 qat güclüsünü istehsal edə bilir.

Hazırda Xirosima və Naqasakiyə atılan atom bombalarından dəfələrlə artıq dağıdıcı gücə malik nüvə silahları Rusiya, ABŞ, Çin, Pakistan, İngiltərə, Şimali Koreya və s. ölkələrin arsenalına daxildir.

İnsanlıq tarixinin ən dəhşətli faciəsi: Xirosima - Naqasaki - 77 il - FOTOAlimlərin hesablamalarına görə, dünya dövlətlərində 3000–dən cox nüvə başlığı var. Amma dünyanı darmadağın etməyə cəmi bir neçə (ötən əsrin 80-ci illərində cəmi 7) atom başlığı kifayətdir.

1945-ci ilin 6 avqust faciəsinin xatirəsinə həmin gün "Ümumdünya Nüvə Silahlarının Qadağan edilməsi Günü" kimi tarixə düşüb.

Yaponiya hər il faciənin 75 illiyini beynəlxalq səviyyədə qeyd edir.

Teodor Van Kirk

Həmin hadisələrin birbaşa iştirakçısı və icraçısı olan, avqustun 6-da birinci atom bombasını daşıyan "Enola Gay" təyyarəsinin 12 nəfərlik heyət üzvündən biri Teodor Van Kirkxatirələrində yazırdı:" 1944-cü ilin sonlarından biz Yuta ştatında xüsusi təlimlərə başlamışdıq. Bu təlimlər tam məxfi keçirilirdi. 12 nəfərdən ibarət heyət üzvləri bu təlimlərin ciddi və xüsusi olduğunu dərk edirdilər. Heç kim atom bombası sözünü dilə gətirmirdi və bu haqda bizə məlumat verilmirdi. Keçiriləcək əməliyyata məsul olan yüksək çinlilər sadəcə bizə söyləyirdilər ki, təyyarədə apadığınız hərbi sursat bütöv bir şəhəri məhv edəcək. Təlimlərdə tez-tez alimləri də görürdük. Sözsüz ki, biz yaxşı başa düşürdük ki, nəzərdə tutulmuş hədəfə atom bombası atmalıyıq. Avqustun 5-də Tinian adasında sonuncu əməliyyat müşavirəsi keçirildi. Müvafiq göstərişlər və tapşırıqlar verildikdən sonra bizə dedilər ki, indi gedib yatıb yaxşıca dincəlməlisiniz. Təyyarənin bortunda atom bombası olan heyət üzvləri yata bilərdimi? Sözsüz ki, yox. Düz uçuş başlanana qədər poker oynadıq. Avqustun 6-da saat 2.45-də adadan hədəfə doğru uçuşa başladıq. 2800 km məsafə qət etməliydik. Lazım olan yerə cəmisi 45 saniyə gecikmişdik. Bu çox yaxşı göstərici idi. Mən saat 9.15-də bort jurnalında qeydiyyat apardım: "Saat 9.15. Atom bombasını atırıq".

İnsanlıq tarixinin ən dəhşətli faciəsi: Xirosima - Naqasaki - 77 il - FOTO43 saniyədən sonra Xirosima şəhərinin 580 metr hündürlüyündən bombanı aşağı buraxdıq və dərhal təyyarəni sürətli sıçrayışla daha hündürlüyə qaldırdıq. Bir göz qırpımında baş verən dəhşətli partlayışı hamımız hündürlükdən seyr edə bildik. Partlayışın tükürpədici səsindən isə bizə elə gəldi ki, təyyarə parça-parça olacaq. Əməliyyat uğurla başa çatmışdı. Möhkəm yorulmuşdum. Geri qayıdan kimi rahat yatdım".

Atomu daşıyan təyyarə "Enola Gay"

Van Kirk 2007-ci ildə Yaponiyaya atom bombasını aparan "Enola Gay" təyyarəsinin bort jurnalını hərraca çıxardıb. Tarixi jurnal 358 min 500 amerika dollarına alınıb.

"Enola Gay" təyyarəsi isə hal-hazırda Amerika Birləşmiş Ştatlarının Aviasiya və Kosmonovtika Milli Muzeyində saxlanılır. (Adalet.az)


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 2621   Tarix: 06 avqust 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Əfqan ulduz ölkədən qaçmasından danışdı: başımdan vur, amma...

Əfqanıstanda qadın hüquqlarını müdafiə etdiyi üçün və geyimləri ilə bağlı radikal şəxslərin qəzəbinə tuş gələn 36 yaşlı pop ulduz Aryana Səid "Taliban" hakimiyyəti ələ keçirdikdən sonra paytaxt Kabildən İstanbula necə qaçdığını danışıb. Müğənninin avqustun 15-də "Taliban" Kabilə daxi

12.09.2021 1875
.

Kosmosda nəgəng "it sümüyü" tapdıldi - FOTO

Kosmik fəzada nəhəng "it sümüyü"nə bənzər "Kleopatra" asteroidi aşkarlanıb. BİG.AZ "Live Science"a istinadən xəbər verir ki, alimlərin marağına səbəb olan bu asteroidin uzunluğu 270 kilometr, çəkisi 3,27 kvadrilyon ton, sıxlığı isə hər kub santimetrə 3,4 qramdır. Hazırd

11.09.2021 1188
.

Kolbasa, kabab və burger - Gündə 25 qram yesəniz...

Britaniyada Leeds Universiteti tərəfindən aparılmış bir araşdırma hər gün emal olunmuş ət yeyən insanlarda demensiya (ağıl zəifləməsi) riskinin 44 faiz arta biləcəyini göstərib. -a istinadən bildirir ki, araşdırmada kolbasa, kabab və burger kimi qidaların orta və daha yuxarı yaşlarda beyin sağlamlığın

14.09.2021 1495
.

Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!

16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604

13.09.2021 1018
.

Dünyanın ən nüfuzlu insanları açıqlandı

ABŞ-ın "Time" jurnalı 2021-ci ildə dünyanın ən nüfuzlu insanlarının siyahısını açıqlayıb. -a istinadən xəbər verir ki, 100 nəfərdən ibarət siyahı "Liderlər", "İxtiraçılar", "İncəsənət xadimləri", "Yenilikçilər" kimi bir neçə bölməyə ayrılıb. Siyasətçilə

16.09.2021 877
.

Zooloqlar inəklərə görün nəyi öyrətdilər

Alimlər inək fermalarından çıxan tullantıların ətraf mühitə təsirini azaltmağın yolunu tapıblar. -a istinadən xəbər verir ki, məlum olduğu kimi, inəklər hər gün çox miqdarda peyin və sidik xaric edir. Buna görə də fermerlər gündəlik olaraq böyük təsərrüfatlarda tullantıların sanitariya problemi yaratmamas

15.09.2021 960
.

Bayden Trampı xatırlayan kimi xaç çəkdi - VİDEO

ABŞ prezidenti Co Bayden demokrat qubernaton Qevin Nyusoma dəstək mitinqində özünün Donald Trampla rəqabətini xatırlayıb. -ın -a istinadən məlumatına görə, o bildirib ki, Kaliforniya sakinlərinin qəbul edəcəyi qərar tək ABŞ-a yox, ümumilikdə bütün dünyaya təsir qoyacaq. "Bilirsiniz ki, ötən il seçkilərd

15.09.2021 660
.

Ayaq qoxusuna son

Havaların soyuması ilə örtülü ayaqqabılara keçid bəzi şəxslərin qoxu kimi problemlərlə qarşılasmasına səbəb olur. Ayaqların uzun müddət qapalı qalması, ayaqqabının materialı və ya corabdan qaynaqlanan bu problem narahatlıq yaradır. Axşam.az-a istinadən ayaq qoxusunun qarşısını almağa yardım edən 3 təbi

10.09.2021 1505
.

Hamilə olduğunu bilmirdi, hamamdan çıxanda qəfil doğuş etdi - FOTO

Yeni Zelandiyanın 9 ay hamiləliyindən xəbərsiz olan 41 yaşlı sakini Karla Akuhata gözlənimədən yataq otağında uşaq dünyaya gətirib. BİG.AZ xəbər verir ki, bu barədə "The New Zealand Herald" yazır. Belə ki, bir həftə öncə anasının evində olan Akuhata qarın nahiyəsində kəskin ağrı hiss edib

14.09.2021 2001
.