Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri iki ölkə arasında əlaqələri daha da möhkəmlədib

Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri iki ölkə arasında əlaqələri daha da möhkəmlədibXX əsrin sonunda ikinci dəfə müstəqillik qazanan Azərbaycan az bir müddət ərzində dünyaya inteqrasiya etməyə və bir çox dünya dövlətləri ilə dostluq münasibətləri quraraq strateşi tərəfdaş kimi əməkdaşlıq etməyə nail ola bildi. Azərbaycan eyni zamanda türk dövlətləri ilə, o cümlədən Özbəkistanla əməkdaşlığa da ciddi önəm verirdi. Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında diplomatik münasibətlər 2 oktyabr 1995-ci ildə yaradıldı və 1996-cı ilin avqust ayında Azərbaycan Respublikasının Özbəkistan Respublikasında səfirliyi, 1998-ci ilin iyul ayında isə Özbəkistan Respublikasının Azərbaycan Respublikasında səfirliyi fəaliyyətə başladı.Keçən müddət ərzində hər iki dövlət arasında dostluq, əməkdaşlıq və tərəfdaşlıq haqqında bir çox birgə bəyanatlar və müqavilələr imzalandı.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin pandemiyadan sonra ilk rəsmi səfərini Özbəkistana etməsi heçdə təsadüfi deyil. Hər iki türk dövlətinin xalqları arasında dostluq və qardaşlıq münasibətlərinin kökü minilliklərə dayanır. Bu səfər Azərbaycan-Özbəkistan əlaqələrini tamamilə yeni və strateji tərəfəfdaşlıq mərhələsinə yüksəltməklə yanaşı, eyni zamanda türk dünyasının inteqrasiyası və güclənməsi üçün də real imkanlar yaradır. Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri zamanı hər iki dövlət başçısının səsləndirdiyi fikirləri, ölkələrimiz arasında imzalanan sənədləri dostluq və qardaşlığımızın sarsılmazlığını bariz nümunəsi kimi qəbul etmək olar.
Prezident İlham Əliyevin Özbəkistana bu səfəri böyük tarixi əhəmiyyət kəsb edir. Daşkəndin mərkəzində bütün həyatını Azərbaycana xidmətə həsr edən Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr edilmiş Meydanın yaradılması Azərbaycan xalqının Ümummilli Liderinə hörmətin, həm də xalqlarımızın qardaşlığına və dostluğunaverilən böyük qiymətin təzahürüdür.
Özbəkistan qardaş ölkə olaraq ölkəmizin ərazi bütövlüyünün bərpası işində hər zaman Azərbaycanı dəstəkləyib. Postmüharibə dövründə də Özbəkistan ölkəmizə böyük dəstəyini nümayiş etdirib və işğaldan azad olunmuş ərazilərdə aparılan tikinti-bərpa işlərinə oz töhfələrini verməkdə davam edir. Hər iki dövlət başçısının siyasi iradələri və döstluq münasibətləri xalqlarımız və dövlətlərimiz arasında da dostluq, tərəfdaşlıq və qardaşlıq münasibətlərinin daha da inkişaf edəcəyinə əminlik yaradır.

Könül Əfəndiyeva – YAP üzvü


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 668   Tarix: 23 iyun 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Ərdoğanın Şuşadan dünyaya verdiyi mesajlar: Azərbaycan-Türkiyə birliyi sarsılmaz strateji reallıqdır

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 8 noyabr 2026-cı il tarixində Zəfər Günü münasibətilə Azərbaycana səfəri və Şuşada Prezident İlham Əliyevlə keçirdiyi görüş, ardınca mətbuata verdikləri bəyanatlar iki qardaş ölkə arasındakı münasibətlərin siyasi və strateji mahiyyətini bir daha nümayiş etdirdi

12:19 284
.

Krit sahillərində faciə: Gəmidən 12 miqrantın meyiti çıxarıldı

Yunanıstan Sahil Mühafizəsi Xidməti Krit adası sahillərində xilasetmə əməliyyatı keçirib. "Reuters"ə istinadən xəbər verir ki, əməliyyat zamanı gəmidən 12 miqrantın meyiti çıxarılıb. Hazırda onların ölüm səbəbləri müəyyənləşdirilir. Xilasedicilər Kaloy-Limenes limanından təxminən 15 dəniz mil

20:15 100
.

Konqoda vəba epidemiyası: Yoluxanların sayı 60 mini ötdü

Konqo Demokratik Respublikasının (KDR) şərqində davam edən böyük vəba epidemiyası nəticəsində cari ilin əvvəlindən bəri yoluxanların sayı 60 mini ötüb. -ın xəbərinə görə, bu barədə RFI radiostansiyası məlumat verib. Bildirilib ki, xəstəliyin yayılması ilə əlaqədar KDR və qonşu Konqo Respublikasının hakimiyyə

15:30 188
.

Tarixi müqavilənin bağlandığı yerdə üçrəngli bayraq

Türkiyənin Qars şəhərində yerləşən tarixi Qars qalasında 9 Noyabr-Bayraq Günü münasibətilə Azərbaycan bayrağı dalğalanıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Azərbaycanın Qarsdakı baş konsulu Qoşqar Zeynalov sosial şəbəkə hesabında paylaşım edib. Baş konsul üçrəngli bayrağımızın tarixi Qar

17:30 162
.

Ərdoğan: Türkiyə-Azərbaycan qardaşlığına heç kim kölgə sala bilməz

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırıb. APA-nın Türkiyə bürosu xəbər verir ki, Ərdoğan Türkiyə və Azərbaycanın bir-birinə qırılmaz tellərlə bağlı olduğunu bildirib. O, fitnə ocaqlarına baxmayaraq, iki ölkənin əməkdaşlığının bi

14:40 182
.

Afinada dəhşətli hadisə: Çamadandan daha bir qadının meyiti tapıldı

Yunanıstanın paytaxtı Afinada yoldan keçən bir nəfər dəhşətli mənzərə ilə qarşılaşıb. Belə ki, o, Aqios Panteleymonas rayonunda yol kənarına atılmış çamadandan kəskin qoxu gəldiyini hiss edib. Hadisə yerinə gələn polis əməkdaşları çamadanı açarkən onun içərisində qadın meyiti aşkar ediblər. xəbər veri

20:40 9
.

Pezeşkian: Biz dialoq və danışıqlar tərəfdarıyıq

Biz dialoq və danışıqlar tərəfdarıyıq. APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran Prezidenti Məsud Pezeşkian İran Süd Sənayesi müəssisəsinin yaradılmasının ildönümü münasibətilə keçirilən mərasimdə çıxışı zamanı İranı vurmaq planlarından danışarkən bildirib. O deyib ki, İranın Ali Rəhbəri "n

17:10 167
.

Ukrayna Mesut Özili "qara siyahı"ya daxil etdi

Almaniya millisinin sabiq üzvü, dünya çempionu Mesut Özil Ukraynanın "Mirotvorets" (sülhməramlı) məlumat bazasına daxil edilib. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Futbolçunun siyahıya salınmasına səbəb onun Rusiya futbol klublarının və milli komandalarının beynəlxalq turnirlərdə

19:15 145
.

İmişlidə ağır qəza - 2 nəfər öldü+Yenilənib

İmişli rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayon mərkəzinə yaxın ərazisində qeydə alınıb. Belə ki, ilkin məlumata görə, "Kia" markalı minik avtomobili yük maşınına çırpılıb. Hadisə nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb. Qəzanı

12:47 219
.