Azərbaycan-Özbəkistan strateji tərəfdaşlığı

Azərbaycan-Özbəkistan strateji tərəfdaşlığıAzərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana səfəri çərçivəsində iki ölkə arasında strateji tərəfdaşlığın yeni konturlarını müəyyənləşdirən 20-yə yaxın sənəd imzalandı. Böyük və zəngin tarixə, ciddi resurslara malik olan, əhalisinin sayına görə Mərkəzi Asiyada birinci yerdə qrəarlaşan Özbəkistanla iqtisadi-siyasi, hərbi əlaqələrin keyfiyyətcə yeni mərhələyə qədəm qoyması mühüm tarixi əhəmiyyət kəsb edir. Sənəddə Azərbaycan və Özbəkistanın xarici siyasətinin strateji hədəflərinin yer alması hər iki ölkə üçün daha müstəqil və çevik imkanlar yaratmış olacaq.
Sənəddə dövlətlərin ərazi bütövlüyünün və müstəqilliyinin qarşılıqlı şəkildə dəstəklənməsinin ifadə olunması hazırki gərgin qlobal proseslər fonunda xüsusilə əhəmiyyətlidir.
Hazırda Azərbaycanda şaxələndirilmiş (neftdən asılılığı azaldan) iqtisadiyyatın inkişafı istiqamətində mühüm addımlar atılır və belə bir situasiyada Özbəkistanla qarşılıqlı kənd təsərrüfatı, logistika, sənaye, investisiya layihələrinin icrası ölkəmizdə qeyri-neft sektorunun yeni mərhələyə qədəm qoymasında mühüm rol oynayacaq.
Sənəddə ən mühüm məsələlərdən biri hərbi-texniki, eləcə də hərbi təhsil sahəsində əməkdaşlığın nəzərdə tutulmasıdır. Bu məsələnin "kənar təhdidlərin olduğu bir dövrdə" sənəddə yer alması bu sahədəki oraktiki addımları sürətləndirəcək. Nəzərə almaq lazımdır ki, 2012-ci ildə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) tərk edən Özbəkistan bu qurumu yaradan ölkələrdən biridir. Daim Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən Özbəkistan üçün Azərbaycanın bütün sahələrdə, xüsusilə də hərbi istiqamətdə Qərbə inteqrasiyası açar rolunu oynayır. Azərbyacan ordusunun əlahiddə döyüş təcrübəsinin öyrənilməsi Özbəkistan üçün də cəzbedici olmaya bilməz.
Digər tərəfdən, Azərbaycan-Özbəkistan arasında siyasi Bəyannamənin imzalanması Türk Dövlətləri Şurasının möhkəmlənməsinə də öz pozitiv töhfəsini verəcək. 2019-cu il sentyabrın 4-də Türk Şurasına üzv olan Özbəkistanın Azərbaycanla ayrıca strateji tərəfdaşlıq qazanması rəsmi Bakının manevr imkanlarını da genişləndirmiş olacaq.
Diqqət ediriksə, Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələrinin gələcək inkişaf prioritetlərinin reallaşdırılması yalnız Azərbaycan üzərindən mümkündür. Qərbin Azərbaycanı enerji sahəsində əsas alternativ ölkə kimi görməsi yaxın gələcəkdə Bakının Qərblə Şərq arasında əsas orbit olacağını göstəricilərindəndir. Prezident Şövkət Mirziyoyevin qeyd etdiyi kimi, hər iki ölkə arasında razılaşdırılan məsələlərin praktiki həlli Özbəkistan-Qırğızıstan-Çin və Termez-Məzari-Şərif-Kabil-Pişəvər dəmir yollarının tikintisi gələcəkdə Azərbaycanla Özbəkistanın Asiya-Sakit okean regionu və Cənubi Asiya dövlətlərininbazarlarına ən qısa yolla çıxışı təmin etməyə imkan verəcək.
Dənizə birbaşa çıxışı olmayan Özbəkistanın Azərbaycanın müasir nəqliyyat şəbəkəsindən, eləcə də Bakı-Tbilisi-Qars dəmir yolundan istifadə edərək, yük daşımalarını bundan sonra da artırmaq niyyəti ölkəmizin qarşılıqlı imkanlar qazanmasını təmin edəcək.

Samir Feyruzov – araşdırmaçı jurnalist


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 929   Tarix: 22 iyun 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ərdoğanın Şuşadan dünyaya verdiyi mesajlar: Azərbaycan-Türkiyə birliyi sarsılmaz strateji reallıqdır

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 8 noyabr 2026-cı il tarixində Zəfər Günü münasibətilə Azərbaycana səfəri və Şuşada Prezident İlham Əliyevlə keçirdiyi görüş, ardınca mətbuata verdikləri bəyanatlar iki qardaş ölkə arasındakı münasibətlərin siyasi və strateji mahiyyətini bir daha nümayiş etdirdi

12:19 284
.

Krit sahillərində faciə: Gəmidən 12 miqrantın meyiti çıxarıldı

Yunanıstan Sahil Mühafizəsi Xidməti Krit adası sahillərində xilasetmə əməliyyatı keçirib. "Reuters"ə istinadən xəbər verir ki, əməliyyat zamanı gəmidən 12 miqrantın meyiti çıxarılıb. Hazırda onların ölüm səbəbləri müəyyənləşdirilir. Xilasedicilər Kaloy-Limenes limanından təxminən 15 dəniz mil

20:15 100
.

Konqoda vəba epidemiyası: Yoluxanların sayı 60 mini ötdü

Konqo Demokratik Respublikasının (KDR) şərqində davam edən böyük vəba epidemiyası nəticəsində cari ilin əvvəlindən bəri yoluxanların sayı 60 mini ötüb. -ın xəbərinə görə, bu barədə RFI radiostansiyası məlumat verib. Bildirilib ki, xəstəliyin yayılması ilə əlaqədar KDR və qonşu Konqo Respublikasının hakimiyyə

15:30 188
.

Tarixi müqavilənin bağlandığı yerdə üçrəngli bayraq

Türkiyənin Qars şəhərində yerləşən tarixi Qars qalasında 9 Noyabr-Bayraq Günü münasibətilə Azərbaycan bayrağı dalğalanıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Azərbaycanın Qarsdakı baş konsulu Qoşqar Zeynalov sosial şəbəkə hesabında paylaşım edib. Baş konsul üçrəngli bayrağımızın tarixi Qar

17:30 162
.

Ərdoğan: Türkiyə-Azərbaycan qardaşlığına heç kim kölgə sala bilməz

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırıb. APA-nın Türkiyə bürosu xəbər verir ki, Ərdoğan Türkiyə və Azərbaycanın bir-birinə qırılmaz tellərlə bağlı olduğunu bildirib. O, fitnə ocaqlarına baxmayaraq, iki ölkənin əməkdaşlığının bi

14:40 182
.

Afinada dəhşətli hadisə: Çamadandan daha bir qadının meyiti tapıldı

Yunanıstanın paytaxtı Afinada yoldan keçən bir nəfər dəhşətli mənzərə ilə qarşılaşıb. Belə ki, o, Aqios Panteleymonas rayonunda yol kənarına atılmış çamadandan kəskin qoxu gəldiyini hiss edib. Hadisə yerinə gələn polis əməkdaşları çamadanı açarkən onun içərisində qadın meyiti aşkar ediblər. xəbər veri

20:40 9
.

Pezeşkian: Biz dialoq və danışıqlar tərəfdarıyıq

Biz dialoq və danışıqlar tərəfdarıyıq. APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran Prezidenti Məsud Pezeşkian İran Süd Sənayesi müəssisəsinin yaradılmasının ildönümü münasibətilə keçirilən mərasimdə çıxışı zamanı İranı vurmaq planlarından danışarkən bildirib. O deyib ki, İranın Ali Rəhbəri "n

17:10 167
.

Ukrayna Mesut Özili "qara siyahı"ya daxil etdi

Almaniya millisinin sabiq üzvü, dünya çempionu Mesut Özil Ukraynanın "Mirotvorets" (sülhməramlı) məlumat bazasına daxil edilib. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Futbolçunun siyahıya salınmasına səbəb onun Rusiya futbol klublarının və milli komandalarının beynəlxalq turnirlərdə

19:15 145
.

İmişlidə ağır qəza - 2 nəfər öldü+Yenilənib

İmişli rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayon mərkəzinə yaxın ərazisində qeydə alınıb. Belə ki, ilkin məlumata görə, "Kia" markalı minik avtomobili yük maşınına çırpılıb. Hadisə nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb. Qəzanı

12:47 219
.