Bu qəbirlərdə ölülər qoşa dəfn olunub
Goranboy rayonu ərazisində yerləşən Muncuqlutəpə nekropolunda arxeoloji qazıntı işləri aparılıb.
AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutundan Lent.az-a verilən xəbərə görə, Naftalan-Goranboy arxeoloji ekspedisiyası arxeoloq Müzəffər Hüseynovun rəhbərliyi ilə bu ilin may ayında Goranboy rayonunun Tatarlı kəndi ərazisində yerləşən nekropolda arxeoloji qazıntı işləri aparıb.
Son Tunc - Erkən Dəmir dövrünə aid olan nekropolun ərazisi bir hektardan artıqdır. Abidə 2007-ci ildə M.Hüseynov tərəfindən qeydə alınıb və burada ilkin tədqiqatlardan bu günə qədər fasilələrlə 19 qəbir öyrənilib. Əsasən düzbucaqlı və oval formalarda qazılmış qəbirlərdə skeletlər sağ və sol yanı üstə, bükülü və yarımbükülü vəziyyətdə aşkar edilib.
Bu il nekropolda Xocalı-Gədəbəy mədəniyyətinə aid 6 qəbir qazılaraq tədqiq olunub. Diqqəti çəkən məqamlardan biri bəzi qəbirlərdə qoşa dəfnin həyata keçirilməsidir. Tədqiq edilən 19 qəbirdən 2-də qoşa dəfn həyata keçirilib. Qəbirlərdən birində qadın və kişi skeleti, digərində isə təxminən 40-45 yaşlarında qadın və 14-15 yaşlarında uşaq (qadın) skeleti aşkar edilib. Ehtimal ki, birinci qəbir kişi və onun xanımına, ikinci qoşa dəfn isə qadın və onun yeniyetmə qızına aid olub. Qəbirlərdən zəngin maddi-mədəniyyət nümunələri - saxsı qablar, tunc və dəmirdən hazırlanmış xəncərlər, bıçaqlar, müxtəlif minerallardan hazırlanmış bəzək əşyaları aşkar edilib. Nekropolda skeletlərin yaxşı vəziyyətdə qalması onlar üzərində antropoloji analizlərin aparılmasını asanlaşdırır. Arxeoloji materialların müqayisəli təhlilinə əsasən qəbirlər e.ə. IX-VIII əsrlərə aid edilir. Nekropolda arxeoloji tədqiqatların davam etdirilməsi planlaşdırılır.

BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1307 Tarix: 03 iyun 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAİ-nin 30 milyardlıq planı alınmadı: 16 ölkə qanunu pozdu
Bir sıra Avropa ölkələri 2025-ci ilin sonunadək süni intellektə nəzarət üzrə qurumlar yaratmağa müvəffəq olmayıb. Nəticədə, müvafiq qanunvericiliyin icrası ilə bağlı problemlər yaranıb. xəbər verir ki, bu barədə "Politico" nəşri məlumat yayıb. Məlumata görə, Avropa İttifaqının (Aİ) 27 üzv dövlətində
09.11.2026 162 Lorenzo Mezzotero millinin heyətindən çıxarıldı
Milli komandamızın futbolçusu Lorenzo Mezzotero son çempionat matçında zədələnib. xəbər verir ki, bu barədə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) məlumat yayıb. Zədəsi səbəbindən Lorenzo Mezzotero milli komandanın heyətindən çıxarılıb. Onun əvəzinə "Araz-Naxçıvan" klubunun futbolçus
09.11.2026 159 Bakıda yeni alınan avtomobilin üstünə qaz borusu aşdı
Bakının Köhnə Suraxanı qəsəbəsində küləkli hava şərəiti səsəbilə ağac aşıb. "Qafqazinfo" xəbər verir ki, hadisə zamanı ağac qaz borusunun üzərinə düşüb. Boru isə yaxınlıqda park edilmiş avtomobilin üzərinə düşüb. Məlumata görə, zərərçəkən avtomobilin sahibi maşını 15-20 gün əvvəl alıbmış. Qey
09.11.2026 250 Antalyada 102 lider bir araya gələcək
Antalyada bu gün başlayan Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasında (COP31) 95 ölkənin dövlət və hökumət başçısı, eləcə də 7 beynəlxalq təşkilatın rəhbəri bir araya gələcəklər. "Report"a istinadən xəbər veri
09.11.2026 219 Kreml Trampın münaqişədən sonrakı Ukrayna barədə açıqlamasına münasibət bildirib
Coğrafi baxımdan Ukrayna artıq fərqli bir ölkədir. APA-nın Moskva bürosu xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov ABŞ prezidenti Donald Trampın münaqişə bitdikdən sonra Ukraynanın "bir az fərqli formaya" sahib olacağı ilə bağlı açıqlamasına münasibət bildirərkən deyib. Kremli
09.11.2026 195 Almaniya prezidenti postunda qadın görmək istəyir
Almaniya kansleri Fridrix Merts ölkənin ilk qadın prezidenti postuna İlze Aygnerin namizədliyini dəstəkləyib. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb. Mənbələrin bildirdiyinə görə, Merts partiyadaxili görüş zamanı İ.Aygnerə dəstəyini ifadə edib
09.11.2026 193 Bu ölkədə 16 yaşdan kiçiklərə alış-veriş saytları qadağan olunur
Böyük Britaniya hökuməti 16 yaşdan kiçik uşaqların sosial mediaya çıxışını məhdudlaşdırmaq planlarını genişləndirərək, daxilində mesajlaşma funksiyası olan onlayn alış-veriş platformalarını və tətbiqlərini də bu qadağaya daxil etməyi nəzərdən keçirir. "Qafqazinfo" xəbər verir ki, Britaniyanı
09.11.2026 196 Özgür Özəl Prezident İlham Əliyevə zəng edib
Yeni Partiyanın sədri Özgür Özəl Prezident İlham Əliyevə zəng edib. xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin "X" hesabında məlumat paylaşılıb. Məlumatda bildirilib ki, Özgür Özəl Zəfər Günü münasibətilə dövlət başçısına və Azərbaycan xalqına təbriklərini çatdırıb. Dövlət başçısı təbriklər
09.11.2026 209 Azərbaycanda Aliment Fondunun yaradılması niyə ləngiyir?
Bir neçə ildir ki, Azərbaycanda Aliment Fondunun yaradılması ilə bağlı müzakirələr aparılır. Məsələ dəfələrlə Milli Məclisdə qaldırılıb, ekspertlər tərəfindən müxtəlif təkliflər irəli sürülüb, lakin fond hələ yaradılmayıb. Fondun yaradılması hüquqi və sosial baxımdan mühüm əhəmiyyət daşıyır. Belə ki
09.11.2026 178