Revmatizmin əlacı beş vaxt namaz qılmaqdır - Fransız alimləri

Revmatizmin əlacı beş vaxt namaz qılmaqdır - Fransız alimləri"Fransızların fikrincə, revmatizmin əlacı beş vaxt namaz qılmaqdır..."

Beyin insan vücudunun ən yuxarı hissəsində yerləşir. Bu səbəbdən bəzən yerin cazibə qüvvəsinin də təsiri ilə beyin ümumən və ya kifayət qədər qanla təmin edilmir. Üstəlik, beyinə gedən qan damarlarının deformasiyaya uğraması və ya qanda şəkərin miqdarının azalması ilə nəticələnən bir sıra xəstəliklər varsa, təhlükə daha da artır.

Bu cür halların qarşısını almaq üçün ilk növbədə beyini qanla təmin edən damarları sağlam saxlamaq lazımdır. Dəstəmaz və namaz isə bu mənada ən yaxşı tədbirdir. Qiyam, sonra rüku və ardınca səcdə beyinə qanı həm sürətlə, həm də getdikcə artan tempdə ötürür. Qanın bu üsulla tədrici şəkildə beynə göndərilməsi, eynilə avtomobilin sürətinin yavaş-yavaş artırılmasına bənzəyir.

Rəbbimiz incə damarlara və həssas quruluşa malik insan beyninin qanla təminatını mükəmməl tənzimləmişdir. Beləcə, gündə beş vaxt namazda qırx dəfə rükuya, səksən dəfə səcdəyə gedirik ki, bunun da sayəsində həm beyin kifayət qədər qanla qidalanmış, həm də damarlar və sinirlərin sağlamlığı qorunmuş olur.

Dəstəmaz və namazın ömür boyu edilən ibadət olduğunu da unutmamalıyıq. Bir ildə edilən rüku və səcdələrin sayı 43800-dür. 63 il ərzində isə bu rəqəm 2.628.000-a çatır. Bu mənada namazın istər beyinə, istərsə də digər orqanlara nə qədər faydalı olduğunu bir təsəvvür edin...

Revmatizmin dərmanı namaz...

Oynaqlar bədənimizin hərəkətini təmin edir. Oynaqların sağlam olması onların mütəmadi olaraq hərəkət etməsindən asılıdır. Diqqət etsək, görərik ki, namaz qılarkən demək olar ki, bütün oynaqlar hərəkət edir.

Allah Rəsulu (sallallahu aleyhi və səlləm) oynaq sağlamlığı və onların özünəməxsus şükrü ilə əlaqədar buyurur: "Siz hər bir oynağınıza görə bir sədəqə borclusunuz. Hər təsbih ("Subhənallah") sədəqə, hər təhlil ("Lə iləhə illəllah") sədəqə, hər təkbir sədəqədir (Elə isə, bu zikrləri tərk etməyin). Quşluq vaxtı qılınan iki rükət namaz da bunları əvəz edir"[2].

Hədisdə oynaqlar üçün edilən şükürlər arasında iki rükət quşluq namazı da tövsiyə olunur. Bunun üzərində dayanmağa dəyər. Məlumdur ki, quşluq (duha) namazı sabah vaxtı ilə günorta arasında qılınır. Bu zaman dilimi əksər insanların yuxudan oyandığı vaxtdır...

Yuxu zamanı oynaqlar uzun müddət hərəkətsiz qalır. Bu da orqanların fəaliyyətinə və oynaqlara mənfi təsir göstərir. Məhz bu vaxt dəstəmaz alıb qılınan iki rükət namaz oynaqların hərəkətini yenidən bərpa edir.

Göründüyü kimi, Allah-Təala namaztək məsuliyyətli bir ibadəti çiyinlərimizə qoymuşdur. Eyni zamanda namazın hərəkətlərini saysız-hesabsız fiziki və mənəvi xəstəliklərə şəfa etmişdir.

"Günaydın" (Türkiyə) qəzetinin 5 avqust 1983-cü il tarixli sayında belə bir məqalə dərc olunmuşdur: "Fransızların fikrincə, revmatizmin əlacı beş vaxt namaz qılmaqdır".

"Fransız həkimlər revmatizm, bel və onurğa sümüyü ağrılarından əziyyət çəkən xəstələrə müsəlmanlar kimi beş vaxt namaz qılmağı tövsiyə edirlər. Həkimlərin fikrincə, namazdakı hərəkətlər ən yaxşı gimnastik hərəkətlərdir və gündə beş dəfə namaz qılmaq revmatizm ağrılarını xeyli azaldır. Həmçinin onlar namazda əyilib-qalxmağın diz qapaqlarındakı ağrıları götürdüyünü, səcdənin isə bilavasitə kürək əzələlərini gücləndirdiyini qeyd edirlər"[3]. /moderator.az/


BiG.Az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 1405   Tarix: 30 may 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Məşhurlar ən çox bu kokteyli içir

Hər zaman bədən quruluşunun qeydinə qalan dünya ulduzları bunun üçün müxtəlif vasitələrə əl atırlar. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, məşhur simaların ən çox istifadə etdikləri isə kokteyllərdir. Xanımlarımızın da bəyənəcəyi bir resepti təqdim edirik. Ərzaqlar: 1 fincan su, 1 x.

25.10.2026 944
.

Ən faydalı və ən zərərli balıq növləri

Balıq sağlam qidalanma rasionuna daxil edilməsi ən çox tövsiyə olunan məhsullardan biridir. Çünki onun tərkibində yüksək keyfiyyətli zülal, vitaminlər, minerallar və omeqa-3 yağ turşuları var. Bununla belə, bütün balıq növlərinin qida dəyəri eyni deyil. Bəzi növlər əhəmiyyətli miqdarda çirkləndiric

29.10.2026 809
.

Gündə cəmi 4 saat yuxu ilə necə yaşamaq olar?

Adətən, böyük əksəriyyət üçün gündə yeddi-doqquz saatlıq yuxu norma sayılsa da, bəzi insanlar cəmi dörd-beş saatlıq yuxu ilə kifayətlənərək özlərini tamamilə enerjili və sağlam hiss edirlər. Elm adamları bu nadir vəziyyətin arxasında duran genetik səbəbləri araşdırmağa davam edirlər. "Qafqazinfo"nu

03.11.2026 640
.

Qrip, soyuqdəymə, yoxsa COVID-19? - ÜST yeni variantın əlamətlərini açıqladı

Koronavirusun yeni PJ.2.1 variantının simptomları adi soyuqdəymə və ya qripin əlamətlərinə bənzəyə bilər. "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb. "COVID-19, qrip və digər respirator infeksiyaların simptomları üst-üstə düşə bilər"

08.11.2026 393
.

Gözlərə də soyuq olur

Soyuq hava yalnız dəriyə və tənəffüs yollarına deyil, gözlərə də təsir göstərə bilər. Xüsusilə qış aylarında və küləkli havalarda gözlərdə sulanma, qızartı, yanma, quruluq və narahatlıq hissi yarana bilər. Axşam.az xəbər verir ki, bəzi insanlar isə gözlərində sanki soyuqluq və ya sərin hava axını his

10.10.2026 819
.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur. BİG.AZ axşam.az-a istinadən bildirir ki, mütəxəssislərin fikrincə, keçməyən öskürəyi

08.11.2026 315
.

Sosial şəbəkələrdən uzun müddət istifadə depressiyaya səbəb ola bilər

Sosial şəbəkələrdə gündəlik keçirilən vaxt böyüklər arasında depressiya barədə məlumat verilməsi ilə əlaqəli əsas amillərdən biri kimi müəyyən edilib. Bu əlaqə ABŞ-da 11 il ərzində aparılan sorğularda müşahidə olunub. Qaynarinfo xəbər verir ki, araşdırma Şimal-Qərb Universiteti və Sinsinnati Universitetini

02.11.2026 626
.

Hepatitlə bağlı diqqətçəkən statistika: Ötən illə müqayisədə azalma var

2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda viruslu hepatit diaqnozu ilə 62 nəfər qeydiyyata alınıb. 2025-ci ilin eyni dövründə bu göstərici 109 nəfər olub. Bu barədə Trend-in sorğusuna cavab olaraq, Dövlət Statistika Komitəsindən məlumat verilib. Qeyd edilib ki, hesabat dövründə hepatit A diaqnoz

24.10.2026 703
.

Gecə altı saatdan az yatanları ciddi təhlükə gözləyir

Müntəzəm yuxu çatışmazlığı ürək-damar sisteminə, maddələr mübadiləsinə, beyin fəaliyyətinə və immun sisteminə mənfi təsir göstərə bilər. xəbər verir ki, bunu rusiyalı nevroloq Anna Suşa -ya açıqlamasında bildirib. Onun sözlərinə görə, yetkin insanların gündə 7-9 saat yatması tövsiyə olunur. "Davaml

30.10.2026 777
.