Zəngilanlıların reallaşan arzuları
2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən Müharibəsi nəticəsində rəşadətli ordumuz düşmən işğalı altında qalan Zəngilan rayonunu da azad etdi. Çox təəssüf ki, 27 illik işğal müddətində düşmən Zəngilanı da viran qoymuş, rayon ərazisində bütün tikililəri, tarixi abidələri, mədəni irsi dağıtmış, meşələri qırıb talamışdır.
Tarixi Zəfərdən dərhal sonra azad olunan ərazilərdə bərpa-təmir, abadlıq və quruculuq işlərinə start verilmişdir. Bu gün bütün Qarabağ və Şərqi Zəngəzurda, o cümlədən Zəngilan rayonunda böyük infrastruktur layihələri icra edilir, rayon yenidən qurulur.
Mayın 26-da cənab Prezidentin və Mehriban xanım Əliyevanın Zəngilan rayonuna növbəti səfəri zamanı Zəngilan məscidində aparılan tikinti işlərinin gedişatı ilə tanışlığı göstərdi ki, erməni əsarətindən qurtulmuş və bugün təhqir olunan dini abidələrimizin, məscidlərimizin yenidən həyata qaytarılması işləri sürətlə davam etdirilir.
Həmçinin, Zəngilan Beynəlxalq Hava Limanında aparılan tikinti işləri onu deməyə əsas verir ki, Zəngilan Beynəlxalq Hava Limanı Qarabağın mühüm nəqliyyat qovşağına çevrilməsini şərtləndirən əsas amillərdəndir.
Səfər çərçivəsində dövlətimizin başçısı və birinci xanım Zəngilan İşğal və Zəfər muzeyləri kompleksinin təməlqoyma mərasimində iştirak etdilər ki, bu layihənin də əsas məqsədi müharibənin ətraf mühitə dağıdıcı təsirləri barədə məlumatlılığı artırmaqdır. Zəngilan Zəfər Muzeyi Azərbaycan xalqının və şanlı Ordumuzun 44 günlük Vətən müharibəsi zamanı nümayiş etdirdiyi əzmkarlıq, rəşadət və peşəkarlığı əbədiləşdirən kompleks, həmçinin qazanılmış Qələbəni müasir təqdimat metodları ilə insanlara çatdıran məkan olacaqdır.
Zəngilan rayonunda həyata keçirilən əsas layihələrdən biri də məhz Zəngilan şəhərinin Baş planıdır ki, artıq bununla da bağlı böyük təcrübəyə malik nüfuzlu beynəlxalq şəhərsalma qrupu - İsveçrənin "sa_partners" şirkəti tərəfindən yerli mütəxəssislərin iştirakı ilə hazırlanmış layihə qısa müddətdə ərzində Zəngilan şəhərinin beynəlxalq əhəmiyyətli Zəngəzur nəqliyyat dəhlizi ilə sıx əlaqələri olan strateji əhəmiyyətli yaşayış məntəqəsi kimi logistika, turizm və ticarət mərkəzi, bərpaolunan enerji məkanına çevirəcəkdir.
Baş planının konseptual əsasını "rahat yaşayış", "yaşıl və təmiz", "mütərəqqi innovasiyalar" kimi şəhər yanaşmaları təşkil edir ki, bu da gələcəyin şəhəri mənzərəli landşaftı, çayətrafı ictimai məkanları, sağlam ətraf mühiti sayəsində sakinləri və qonaqları üçün rahat həyat şəraiti ilə seçiləcəkdir.
Ümumilikdə bu layihədə nəzərdə tutulmuş "ağıllı şəhər" yanaşmasının tətbiqi, müasir texnologiyalardan və bərpaolunan enerji mənbələrindən geniş istifadə edilməsi işğaldan azad olunmuş Zəngilanın gerçəkləşən arzularıdır ki, bu da Zəngilanın yaşayış üçün əlverişliliyinin artırılması, nəqliyyat sisteminin ekoloji təmiz, müasir və davamlı olması fonunda, həm də iqtisadiyyatın inkişafı baxımından Zəngilanı region səviyyəsində nümunəvi şəhərə çevirəcəkdir.
İlqar Əliyev - Dövlət İdarəçilik Akademiyası
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 707 Tarix: 29 may 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşKrit sahillərində faciə: Gəmidən 12 miqrantın meyiti çıxarıldı
Yunanıstan Sahil Mühafizəsi Xidməti Krit adası sahillərində xilasetmə əməliyyatı keçirib. "Reuters"ə istinadən xəbər verir ki, əməliyyat zamanı gəmidən 12 miqrantın meyiti çıxarılıb. Hazırda onların ölüm səbəbləri müəyyənləşdirilir. Xilasedicilər Kaloy-Limenes limanından təxminən 15 dəniz mil
09.11.2026 179 Xəzər dənizinin çəkilməsi COP31-də dünya gündəminə çıxarılacaq
"Azərbaycanın COP31 gündəliyindəki əsas mövzular arasında Xəzər dənizinin problemləri də yer alır". "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin İqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev COP31 çərçivəsində qurulan Azərbaycan pavilyonunda jurnalistləri
09.11.2026 203 Bu ölkədə 16 yaşdan kiçiklərə alış-veriş saytları qadağan olunur
Böyük Britaniya hökuməti 16 yaşdan kiçik uşaqların sosial mediaya çıxışını məhdudlaşdırmaq planlarını genişləndirərək, daxilində mesajlaşma funksiyası olan onlayn alış-veriş platformalarını və tətbiqlərini də bu qadağaya daxil etməyi nəzərdən keçirir. "Qafqazinfo" xəbər verir ki, Britaniyanı
09.11.2026 204 Gəncədə "Chevrolet" qəfil alışıb yandı
Gəncədə "Chevrolet" markalı avtomobil yanıb. -ın məlumatına görə, hadisə şəhər ərazisində fəaliyyət göstərən şadlıq saraylarından birinin yaxınlığında qeydə alınıb. Belə ki, vətəndaşa məxsus "Chevrolet" markalı avtomobil anidən alışıb. Nəticədə avtomobilin salonu və mühərrik hissəs
09.11.2026 196 İzmirdəki partlayışda ölənlərin sayı artıb
Türkiyənin İzmir vilayətindəki metallurgiya kombinatında baş verən partlayış nəticəsində həlak olanların sayı 16-ya çatıb. -ın "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada onun sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin iclasını
09.11.2026 258 Tramp Putin və Si Cinpinlə gözlənilən görüşündən danışdı: "Maraqlı olacaq"
ABŞ Prezidenti Donald Tramp noyabrın 18-19-da Çində keçirilməsi nəzərdə tutulan Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində bu ölkənin lideri Si Cinpin və Rusiya Prezidenti Vladimir Putinlə görüşünü istisna etməyib. Prezidentin sözlərinə görə, digər məsələlərlə yanaşı
09.11.2026 203 Ərdoğan Azərbaycan xalqını təbrik etdi
"Azərbaycanla Türkiyə fitnə mənbələrinə baxmayaraq, əməkdaşlığı gücləndirib. Türkiyə və Azərbaycan bir-birinə qopmaz bağlarla bağlı iki qardaş ölkədir". "Haber Global"a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan səfərindən qayıdarkən təyyarədə jurnalistlərə müsahibəsi zaman
09.11.2026 198 Afinada dəhşətli hadisə: Çamadandan daha bir qadının meyiti tapıldı
Yunanıstanın paytaxtı Afinada yoldan keçən bir nəfər dəhşətli mənzərə ilə qarşılaşıb. Belə ki, o, Aqios Panteleymonas rayonunda yol kənarına atılmış çamadandan kəskin qoxu gəldiyini hiss edib. Hadisə yerinə gələn polis əməkdaşları çamadanı açarkən onun içərisində qadın meyiti aşkar ediblər. xəbər veri
09.11.2026 205 Azərbaycanda Aliment Fondunun yaradılması niyə ləngiyir?
Bir neçə ildir ki, Azərbaycanda Aliment Fondunun yaradılması ilə bağlı müzakirələr aparılır. Məsələ dəfələrlə Milli Məclisdə qaldırılıb, ekspertlər tərəfindən müxtəlif təkliflər irəli sürülüb, lakin fond hələ yaradılmayıb. Fondun yaradılması hüquqi və sosial baxımdan mühüm əhəmiyyət daşıyır. Belə ki
09.11.2026 187