Sürətlə Böyük Qayıdışa doğru

Sürətlə Böyük Qayıdışa doğruErmənistanın Azərbaycan torpaqlarını 30 ilə yaxın müddətdə işğal altında saxlaması nəticəsində ölkəmizə vurulmuş maddi və mənəvi zərərin həcmi on milyardlarla dollar səviyyəsindədir. Düşmən tapdağında olan torpaqlarımızda yüzlərlə tarixi-mədəni abidələrimiz dağıdılıb, sosial-iqtisadi obyektlər məhv edilib və nəticədə bütün sahələrdə Azərbaycana külli miqdarda ziyan dəyib.
Statistikaya əsasən, bu torpaqlarımızda işğaldan əvvəl ümumilikdə 259 məktəbəqədər təhsil, 673 ümumi təhsil, 40 məktəbdənkənar, 14 peşə təhsili, 7 orta ixtisas təhsili olmaqla 993 təhsil müəssisəsi fəaliyyət göstərib. İşğal müddətində həmin təhsil müəssisələri vəhşi düşmən tərəfindən tamamilə darmadağın edilib.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun cəmi 44 gün ərzində düşmən tapdağından azad etdiyi əzəli torpaqlarımızda bu gün həyat yenidən canlanır, bütün sahələrdə quruculuq, bərpa, tikinti işləri gedir. Keçmiş qaçqın və məcburi köçkünlərin öz doğma yurdlarına tezliklə qayıdışı üçün işlər sürətlə, müvəffəqiyyətlə həyata keçirilir. Hazırda işğaldan azad olunmuş şəhər və rayonlarımızın Baş planları hazırlanır.
Təhsil müəssisələrinin yerləşdirilməsi hazırlanan Baş planlara uyğun olaraq nəzərdə tutulacaq. İşğaldan azad olunmuş ərazilərimizin təhsil müəssisələri işğal dövründə Azərbaycanın digər şəhər və rayonlarında öz fəaliyyətlərini davam etdiriblər. Hazırda həmin təhsil müəssisələrinin köçürülməsi məsələlərinə baxılır.
Sevindirici haldır ki, bu gün Qarabağda "ağıllı kənd" layihəsi tətbiq olunur. Azərbaycanda "ağıllı şəhər" konsepsiyasının tətbiqi ilə bağlı araşdırma aparılması və pilot layihə həyata keçirilməsi imkanlarının müəyyən edilməsi Prezident İlham Əliyevin 2020-ci il 27 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş "Açıq hökumətin təşviqinə dair 2020–2022-ci illər üçün Milli Fəaliyyət Planı"nda öz əksini tapıb. Ötən il aprelin 19-da isə dövlətimizin başçısı "ağıllı şəhər" (Smart City) və "ağıllı kənd" (Smart Village) konsepsiyasının hazırlanması haqqında Sərəncam imzalayıb.
Prezident İlham Əliyev tərəfindən Zəngilan rayonunun Ağalı kəndlərinin ərazisində "ağıllı kənd" layihəsinin icrası başa çatmaqdadır. "Ağıllı şəhər", "ağıllı kənd" konsepsiyasının əsas ideyası yaşayış məntəqəsinin bütün xidmət və obyektlərini vahid kompüterləşdirilmiş sistemdə birləşdirib idarə etməkdən ibarətdir. Həmin ərazidə göstərilən xidmət və yerləşən obyektlərin fəaliyyəti nəticəsində formalaşan və müvafiq qərarların real vaxt rejimində qəbul olunması üçün lazım olan məlumatlar informasiya-kommunikasiya və Əşyaların İnterneti (İoT) texnologiyalarından istifadə edilməklə toplanır və istifadə olunur. "Ağıllı kənd" layihəsinin tətbiqi Qarabağda təhsil infrastrukturunun yaradılmasına da töhfə verəcək. Layihə innovativ, yeni əsrin tələblərinə cavab verən, daha müasir standartlarla təhsil almağa imkan yaradacaq.
Tezliklə Prezident İlham Əliyevin Qarabağda və Şərqi Zəngəzurda təməllərini qoyduğu bütün təhsil müəssisələrimizin elə dövlət başçısı tərəfindən möhtəşəm açılışları keçiriləcək və o məktəblərdə yenidən məktəb zənglərinin səsi ucalacaq, uşaqları dərsə səsləyəcək. Yenə də əvvəllər olduğu kimi, həmin məktəblərdə təhsil alan Azərbaycan övladları elm və bilikləri ilə dünyaya səs salacaqlar.

Cavid Əkbərov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 671   Tarix: 29 may 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Krit sahillərində faciə: Gəmidən 12 miqrantın meyiti çıxarıldı

Yunanıstan Sahil Mühafizəsi Xidməti Krit adası sahillərində xilasetmə əməliyyatı keçirib. "Reuters"ə istinadən xəbər verir ki, əməliyyat zamanı gəmidən 12 miqrantın meyiti çıxarılıb. Hazırda onların ölüm səbəbləri müəyyənləşdirilir. Xilasedicilər Kaloy-Limenes limanından təxminən 15 dəniz mil

09.11.2026 179
.

Xəzər dənizinin çəkilməsi COP31-də dünya gündəminə çıxarılacaq

"Azərbaycanın COP31 gündəliyindəki əsas mövzular arasında Xəzər dənizinin problemləri də yer alır". "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin İqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev COP31 çərçivəsində qurulan Azərbaycan pavilyonunda jurnalistləri

09.11.2026 203
.

Bu ölkədə 16 yaşdan kiçiklərə alış-veriş saytları qadağan olunur

Böyük Britaniya hökuməti 16 yaşdan kiçik uşaqların sosial mediaya çıxışını məhdudlaşdırmaq planlarını genişləndirərək, daxilində mesajlaşma funksiyası olan onlayn alış-veriş platformalarını və tətbiqlərini də bu qadağaya daxil etməyi nəzərdən keçirir. "Qafqazinfo" xəbər verir ki, Britaniyanı

09.11.2026 204
.

Gəncədə "Chevrolet" qəfil alışıb yandı

Gəncədə "Chevrolet" markalı avtomobil yanıb. -ın məlumatına görə, hadisə şəhər ərazisində fəaliyyət göstərən şadlıq saraylarından birinin yaxınlığında qeydə alınıb. Belə ki, vətəndaşa məxsus "Chevrolet" markalı avtomobil anidən alışıb. Nəticədə avtomobilin salonu və mühərrik hissəs

09.11.2026 196
.

İzmirdəki partlayışda ölənlərin sayı artıb

Türkiyənin İzmir vilayətindəki metallurgiya kombinatında baş verən partlayış nəticəsində həlak olanların sayı 16-ya çatıb. -ın "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada onun sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin iclasını

09.11.2026 258
.

Tramp Putin və Si Cinpinlə gözlənilən görüşündən danışdı: "Maraqlı olacaq"

ABŞ Prezidenti Donald Tramp noyabrın 18-19-da Çində keçirilməsi nəzərdə tutulan Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində bu ölkənin lideri Si Cinpin və Rusiya Prezidenti Vladimir Putinlə görüşünü istisna etməyib. Prezidentin sözlərinə görə, digər məsələlərlə yanaşı

09.11.2026 203
.

Ərdoğan Azərbaycan xalqını təbrik etdi

"Azərbaycanla Türkiyə fitnə mənbələrinə baxmayaraq, əməkdaşlığı gücləndirib. Türkiyə və Azərbaycan bir-birinə qopmaz bağlarla bağlı iki qardaş ölkədir". "Haber Global"a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan səfərindən qayıdarkən təyyarədə jurnalistlərə müsahibəsi zaman

09.11.2026 198
.

Afinada dəhşətli hadisə: Çamadandan daha bir qadının meyiti tapıldı

Yunanıstanın paytaxtı Afinada yoldan keçən bir nəfər dəhşətli mənzərə ilə qarşılaşıb. Belə ki, o, Aqios Panteleymonas rayonunda yol kənarına atılmış çamadandan kəskin qoxu gəldiyini hiss edib. Hadisə yerinə gələn polis əməkdaşları çamadanı açarkən onun içərisində qadın meyiti aşkar ediblər. xəbər veri

09.11.2026 205
.

Azərbaycanda Aliment Fondunun yaradılması niyə ləngiyir?

Bir neçə ildir ki, Azərbaycanda Aliment Fondunun yaradılması ilə bağlı müzakirələr aparılır. Məsələ dəfələrlə Milli Məclisdə qaldırılıb, ekspertlər tərəfindən müxtəlif təkliflər irəli sürülüb, lakin fond hələ yaradılmayıb. Fondun yaradılması hüquqi və sosial baxımdan mühüm əhəmiyyət daşıyır. Belə ki

09.11.2026 187
.