Akademik: "TEKNOFEST Azərbaycan" dünyaya iki ölkənin dostluğunu nümayiş etdirir"

Akademik: "TEKNOFEST Azərbaycan" dünyaya iki ölkənin dostluğunu nümayiş etdirir"Türkiyədən kənarda ilk dəfə Bakıda keçirilən "TEKNOFEST Azərbaycan" Aviasiya, Kosmos və Texnologiya festivalı iki qardaş ölkə arasındakı dostluq və müttəfiqlik münasibətlərinin sarsılmazlığını bütün dünyaya nümayiş etdirir.

Bu fikri "Report"a açıqlamasında AMEA-nın vitse-prezidenti, Akademiyanın "TEKNOFEST Azərbaycan" festivalında iştirakı üzrə İşçi qrupunun sədri, akademik Rasim Əliquliyev səsləndirib.

"Ölkəmizin artıq texnologiya festivalına ev sahibliyi etməsi dövlət başçısının Azərbaycan elminə göstərdiyi xüsusi diqqət və İKT sahəsində apardığı məqsədyönlü siyasətin nəticəsidir", - akademik bildirib. O, Azərbaycanda texnoloji suverenliyin təmin olunması, yüksək texnologiyaların inkişafı sahəsində aparılan işlər və "ağıllı" infrastrukturun yaradılmasının ölkəmizin bu sahədə əldə etdiyi uğurların nəticəsi olduğunu qeyd edib.

Alim iki qardaş ölkə arasında əlaqələrin inkişafında dövlət başçılarının dostluq münasibətlərinin mühüm rol oynadığını, bütün sahələrdə Türkiyənin göstərdiyi dəstəyin, qarşılıqlı təcrübə mübadiləsinin xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb. Türkiyə Respublikasının məsul qurumlarının böyük dəstəyi ilə təşkil olunan festivalın ən son trend və texnologiyalar ilə tanış olmaq, gənclərin karyera imkanlarını genişləndirmək və İKT sahəsində qlobal birliyin üzvü olmaq kimi bir sıra imkanlar yaratdığını diqqətə çatdırıb.

Vitse-prezident Azərbaycan Milli Elmlər Akademiyasının elmi müəssisə və təşkilatlarında uzun illər fundamental və tətbiqi istiqamətlərdə aparılan tədqiqatların nəticəsi olan innovativ məhsulların da "TEKNOFEST Azərbaycan" sərgisində nümayiş olunduğunu qeyd edib. Sərgidə AMEA üçün ayrılmış xüsusi pavilyonda akademiyanın yüksək səviyyədə təmsil olunması üçün qurumun bütün intellektual potensialının cəlb edildiyini vurğulayıb.

R.Əliquliyev böyük tarixi əhəmiyyətə malik olan bu mötəbər tədbirin Türkiyə və Azərbaycan arasında bütün sahələrdə uğurla inkişaf edən əməkdaşlığın elm və yüksək texnologiyalar sahəsində daha da genişləndirilməsi istiqamətində mühüm addımların atılmasına təkan verəcəyinə əminliyini ifadə edib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 678   Tarix: 29 may 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Krit sahillərində faciə: Gəmidən 12 miqrantın meyiti çıxarıldı

Yunanıstan Sahil Mühafizəsi Xidməti Krit adası sahillərində xilasetmə əməliyyatı keçirib. "Reuters"ə istinadən xəbər verir ki, əməliyyat zamanı gəmidən 12 miqrantın meyiti çıxarılıb. Hazırda onların ölüm səbəbləri müəyyənləşdirilir. Xilasedicilər Kaloy-Limenes limanından təxminən 15 dəniz mil

09.11.2026 179
.

Xəzər dənizinin çəkilməsi COP31-də dünya gündəminə çıxarılacaq

"Azərbaycanın COP31 gündəliyindəki əsas mövzular arasında Xəzər dənizinin problemləri də yer alır". "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin İqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev COP31 çərçivəsində qurulan Azərbaycan pavilyonunda jurnalistləri

09.11.2026 203
.

Bu ölkədə 16 yaşdan kiçiklərə alış-veriş saytları qadağan olunur

Böyük Britaniya hökuməti 16 yaşdan kiçik uşaqların sosial mediaya çıxışını məhdudlaşdırmaq planlarını genişləndirərək, daxilində mesajlaşma funksiyası olan onlayn alış-veriş platformalarını və tətbiqlərini də bu qadağaya daxil etməyi nəzərdən keçirir. "Qafqazinfo" xəbər verir ki, Britaniyanı

09.11.2026 204
.

Gəncədə "Chevrolet" qəfil alışıb yandı

Gəncədə "Chevrolet" markalı avtomobil yanıb. -ın məlumatına görə, hadisə şəhər ərazisində fəaliyyət göstərən şadlıq saraylarından birinin yaxınlığında qeydə alınıb. Belə ki, vətəndaşa məxsus "Chevrolet" markalı avtomobil anidən alışıb. Nəticədə avtomobilin salonu və mühərrik hissəs

09.11.2026 196
.

İzmirdəki partlayışda ölənlərin sayı artıb

Türkiyənin İzmir vilayətindəki metallurgiya kombinatında baş verən partlayış nəticəsində həlak olanların sayı 16-ya çatıb. -ın "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada onun sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin iclasını

09.11.2026 258
.

Tramp Putin və Si Cinpinlə gözlənilən görüşündən danışdı: "Maraqlı olacaq"

ABŞ Prezidenti Donald Tramp noyabrın 18-19-da Çində keçirilməsi nəzərdə tutulan Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində bu ölkənin lideri Si Cinpin və Rusiya Prezidenti Vladimir Putinlə görüşünü istisna etməyib. Prezidentin sözlərinə görə, digər məsələlərlə yanaşı

09.11.2026 203
.

Ərdoğan Azərbaycan xalqını təbrik etdi

"Azərbaycanla Türkiyə fitnə mənbələrinə baxmayaraq, əməkdaşlığı gücləndirib. Türkiyə və Azərbaycan bir-birinə qopmaz bağlarla bağlı iki qardaş ölkədir". "Haber Global"a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan səfərindən qayıdarkən təyyarədə jurnalistlərə müsahibəsi zaman

09.11.2026 198
.

Afinada dəhşətli hadisə: Çamadandan daha bir qadının meyiti tapıldı

Yunanıstanın paytaxtı Afinada yoldan keçən bir nəfər dəhşətli mənzərə ilə qarşılaşıb. Belə ki, o, Aqios Panteleymonas rayonunda yol kənarına atılmış çamadandan kəskin qoxu gəldiyini hiss edib. Hadisə yerinə gələn polis əməkdaşları çamadanı açarkən onun içərisində qadın meyiti aşkar ediblər. xəbər veri

09.11.2026 205
.

Azərbaycanda Aliment Fondunun yaradılması niyə ləngiyir?

Bir neçə ildir ki, Azərbaycanda Aliment Fondunun yaradılması ilə bağlı müzakirələr aparılır. Məsələ dəfələrlə Milli Məclisdə qaldırılıb, ekspertlər tərəfindən müxtəlif təkliflər irəli sürülüb, lakin fond hələ yaradılmayıb. Fondun yaradılması hüquqi və sosial baxımdan mühüm əhəmiyyət daşıyır. Belə ki

09.11.2026 187
.