Kənddən şəhərə gələrkən qırılan "məhsul zənciri": Süni bahalaşmanın səbəbi nədir? – RƏY

Kənddən şəhərə gələrkən qırılan "məhsul zənciri": Süni bahalaşmanın səbəbi nədir? – RƏYHər mövsüm məhsul yığımı başlayanda eyni proses təkrarlanır: kəndçi malını sata bilmədiyini deyir, şəhərli də məhsulun baha olduğunu vurğulayır. Yəni kənddə ucuz qiymətə alıcı tapa bilməyən məhsulu şəhərli od qiymətinə alır. Hər dəfə bu problem qabardılır, amma həll olunmur ki, olunmur.

Yaz məhsulunun bazara çıxması ilə problem yenə də aktuallaşıb. Məsələn, sosial şəbəkələrdə region bazarlarından çəkilmiş videolarda göstərilir ki, fermerlər alçanı heç 1 manata da sata bilmirlər. Bazara çıxarılmış tonlarla alça alıcı gözləyir. Bakıda isə alçanın qiyməti od tutub yanır, 2-7 manat arasında dəyişir. Sabah gilas, şaftalı yığımı başlasa, bu məhsullarla bağlı da eyni proses yaşanacaq. Yenə də kəndli məhsulunu sata bilməyəcək, şəhərli də ucuz mal almayacaq. Uduzan isə hər iki tərəf olur, həm kəndli, həm də şəhərli.

Bəs qazanan kimdir? Bu problem mütəmadi olaraq yaşanırsa, həll yolları niyə tapılmır?

Məsələ ilə bağlı "Kaspi" qəzetində maraqlı araşdırma yazısı dərc olunub.

Yaranmış problemi həll etmək üçün Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə müəyyən tədbirlər həyata keçirilir, addımlar atılır. Buna misal olaraq, paytaxtın müxtəlif ərazilərində keçirilən yarmarkaları göstərmək olar. Əlbəttə ki, burada məqsəd fermerlərə öz məhsullarını birbaşa istehlakçıya çatdırmaq imkanı verməkdir. Amma nəzərə alsaq ki, bu yarmarkalar da daimi deyil, onda fermer məhsulunu müştəriyə dəllalın gözündən yayındıraraq necə çatdırmalıdır? Hər il yaranan bu problemin kökündə nə dayanır? Kənddən şəhərə gələn məhsulun "zənciri" harada qırılır ki, paytaxtın bazar və marketlərində süni qiymət artımları müşahidə edilir?

Mövzu ilə bağlı "Kaspi" qəzetinə açıqlamasında iqtisadçı Eldəniz Əmirov bildirdi ki, rəqabəti, liberal iqtisadiyyatı zəif olan ölkələrdə kənd təsərrüfatı məhsullarının tarlada olan qiyməti ilə bazarda olan qiyməti arasında 2 dəfədən də artıq fərq olur: "Bəzən 60, 70, hətta 100 faiz fərq müşahidə olunur. Amma inkişaf etmiş ölkələrdə bu fərq 30-40 faiz ətrafında formalaşır. Azərbaycan kimi inkişaf etməkdə olan ölkələrdə tarlada olan qiymətlə marketlər arasındakı fərqin yuxarı olmasının əsas səbəbi ortada olan vasitəçilərin daha çox gəlir götürmək istəyinə mane olan alternativlərin olmamasıdır".

Ekspert vurğuladı ki, kənd yerlərində bir məhsulun istehsalçısı çoxdur, eyni zamanda marketlər də çoxdur: "Amma o məhsulu tarladan marketə gətirən və topdansatış həyata keçirən mərkəzlər nə qədərdir? Bir-biri ilə rəqabət aparacaq qədər topdansatış mərkəzləri varmı? Yoxdur! Əlbəttə ki, bunun bir cavabı var. Əgər topdansatış mərkəzləri çox olsaydı, onlar bir-biri ilə sağlam rəqabət aparsaydı, kəndlə şəhərdəki qiymət arasında bu qədər fərq olardımı? Olmazdı! Yəni bu faktdır ki, topdansatış yerlərinin azlığı, onların arasında rəqabətin olmaması meyvə və tərəvəzlərin qiymətinə öz təsirini göstərir".

Ekspertin fikrincə, ikinci bir səbəb market və tarla arasındakı subyektlərin çoxluğudur: "Yəni bir var paralel subyektlər, bir də var, zəncirvari, ardıcıl. Ardıcıl çox olanda, o zaman qiymətlər qalxır. Misal üçün, bir nəfər məhsulu tarladan alır, satır rayon mərkəzinə. Rayon mərkəzindən biri həmin məhsulu gətirib paytaxtdakı topdansatış mərkəzinə verir. Digər bir subyekt isə həmin məhsulu paytaxtdakı topdansatış yerindən götürüb marketlərə verir. Burada göründüyü kimi, ardıcıllıq var. Ardıcıl subyektlər çox olanda, kənddən gələn məhsulun qiyməti qalxır. Paralel subyektlər isə o deməkdir ki, Bakıda 10 ədəd topdansatış mərkəzi var. Onda qiymətlər tarladakından iki dəfə baha olmazdı. Deyərdim ki, əsas səbəb qeyd etdiklərimdir. Məhsullar kənddən şəhərə, marketlərə gələnə qədər 50 adamın əlindən keçir. Hər bir adam da öz qazancını əlavə etdikcə, malın qiyməti arta-arta gəlib istehlakçıya çatır".

Ekspert deyir ki, bu qiymət fərqini yeni çıxan məhsulların baha olmasından fərqləndirmək lazımdır: "Yeni çıxan məhsulun baha olması təbiidir. Bazara yeni daxil olan məhsula tələbat çox olduğu, məhsul da məhdud miqdarda gəldiyi üçün qiymət baha ola bilər. Amma sonradan məhsul artdıqca, qiymət də aşağı düşür. Bu, bütün dünyada belədir. Amma bir də var ki, kəndli orada məhsulunu sata bilmir, amma şəhərdə də qiymət baha olur. Bu isə tam fərqli situasiyadır və vurğuladığım səbəblərlə birbaşa bağlıdır".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 874   Tarix: 29 may 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Krit sahillərində faciə: Gəmidən 12 miqrantın meyiti çıxarıldı

Yunanıstan Sahil Mühafizəsi Xidməti Krit adası sahillərində xilasetmə əməliyyatı keçirib. "Reuters"ə istinadən xəbər verir ki, əməliyyat zamanı gəmidən 12 miqrantın meyiti çıxarılıb. Hazırda onların ölüm səbəbləri müəyyənləşdirilir. Xilasedicilər Kaloy-Limenes limanından təxminən 15 dəniz mil

09.11.2026 179
.

Xəzər dənizinin çəkilməsi COP31-də dünya gündəminə çıxarılacaq

"Azərbaycanın COP31 gündəliyindəki əsas mövzular arasında Xəzər dənizinin problemləri də yer alır". "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin İqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev COP31 çərçivəsində qurulan Azərbaycan pavilyonunda jurnalistləri

09.11.2026 203
.

Bu ölkədə 16 yaşdan kiçiklərə alış-veriş saytları qadağan olunur

Böyük Britaniya hökuməti 16 yaşdan kiçik uşaqların sosial mediaya çıxışını məhdudlaşdırmaq planlarını genişləndirərək, daxilində mesajlaşma funksiyası olan onlayn alış-veriş platformalarını və tətbiqlərini də bu qadağaya daxil etməyi nəzərdən keçirir. "Qafqazinfo" xəbər verir ki, Britaniyanı

09.11.2026 204
.

Gəncədə "Chevrolet" qəfil alışıb yandı

Gəncədə "Chevrolet" markalı avtomobil yanıb. -ın məlumatına görə, hadisə şəhər ərazisində fəaliyyət göstərən şadlıq saraylarından birinin yaxınlığında qeydə alınıb. Belə ki, vətəndaşa məxsus "Chevrolet" markalı avtomobil anidən alışıb. Nəticədə avtomobilin salonu və mühərrik hissəs

09.11.2026 196
.

İzmirdəki partlayışda ölənlərin sayı artıb

Türkiyənin İzmir vilayətindəki metallurgiya kombinatında baş verən partlayış nəticəsində həlak olanların sayı 16-ya çatıb. -ın "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada onun sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin iclasını

09.11.2026 258
.

Tramp Putin və Si Cinpinlə gözlənilən görüşündən danışdı: "Maraqlı olacaq"

ABŞ Prezidenti Donald Tramp noyabrın 18-19-da Çində keçirilməsi nəzərdə tutulan Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində bu ölkənin lideri Si Cinpin və Rusiya Prezidenti Vladimir Putinlə görüşünü istisna etməyib. Prezidentin sözlərinə görə, digər məsələlərlə yanaşı

09.11.2026 203
.

Ərdoğan Azərbaycan xalqını təbrik etdi

"Azərbaycanla Türkiyə fitnə mənbələrinə baxmayaraq, əməkdaşlığı gücləndirib. Türkiyə və Azərbaycan bir-birinə qopmaz bağlarla bağlı iki qardaş ölkədir". "Haber Global"a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan səfərindən qayıdarkən təyyarədə jurnalistlərə müsahibəsi zaman

09.11.2026 198
.

Afinada dəhşətli hadisə: Çamadandan daha bir qadının meyiti tapıldı

Yunanıstanın paytaxtı Afinada yoldan keçən bir nəfər dəhşətli mənzərə ilə qarşılaşıb. Belə ki, o, Aqios Panteleymonas rayonunda yol kənarına atılmış çamadandan kəskin qoxu gəldiyini hiss edib. Hadisə yerinə gələn polis əməkdaşları çamadanı açarkən onun içərisində qadın meyiti aşkar ediblər. xəbər veri

09.11.2026 205
.

Azərbaycanda Aliment Fondunun yaradılması niyə ləngiyir?

Bir neçə ildir ki, Azərbaycanda Aliment Fondunun yaradılması ilə bağlı müzakirələr aparılır. Məsələ dəfələrlə Milli Məclisdə qaldırılıb, ekspertlər tərəfindən müxtəlif təkliflər irəli sürülüb, lakin fond hələ yaradılmayıb. Fondun yaradılması hüquqi və sosial baxımdan mühüm əhəmiyyət daşıyır. Belə ki

09.11.2026 187
.