Şolts qlobal maliyyə böhranı təhlükəsi barədə xəbərdarlıq edib
Almaniya kansleri Olaf Şolts Çinin kasıb ölkələrə, xüsusən də Afrikadakı bəzi dövlətlərə geniş şəkildə kredit verməsi fonunda qlobal iqtisadi və maliyyə böhranı təhlükəsi barədə xəbərdarlıq edib.
"Report" TASS-a istinadən xəbər verir ki, o, bu fikri Ştutqartda keçirilən tədbirdə bildirib.
Kansler qeyd edib ki, Almaniya əvvəlki səhvləri təkrarlamamaq üçün Paris Klubu adlanan qrupun üzvü olan Qərb kreditor ölkələri ilə addımlarını koordinasiya edir və onları kreditlə bağlı məlumatlandırır.
"Ən böyük ambisiyalarımızdan biri Çini yeni sxem üzrə çoxlu kreditlər verən ölkələr siyahısına daxil etməkdir. Çinin dünya üzrə verdiyi və çox oyunçu olduğuna görə həqiqətən də nəzarət edə bilmədiyi kreditlərdən qaynaqlanacaq növbəti böyük borc böhranının yaşanması riski var", - Almaniyanın hökumət başçısı söyləyib.
"Bu, həm Çini, həm də qlobal Cənubu böyük iqtisadi və maliyyə böhranına sürükləyəcək və yumşaq desək, dünyanın qalan hissəsinə mütləq təsir edəcək. Bu vəziyyəti dəyişdirmək olduqca problemlidir", - o deyib. Kansler, həmçinin "Qlobal portal" ("Global Gateway") Avropa investisiya proqramına da diqqət yetirib.
Avropa İttifaqı (Aİ) "Qlobal portal" investisiya layihəsini Çinin "Bir kəmər - bir yol" təşəbbüsünə qarşı mübarizə vasitəsi kimi düşünüb. Aİ öz dəyərlərini təbliğ etmək, əsas resurslara çıxış əldə etmək və öz texnologiyalarını və "yaşıl keçid" konsepsiyasını təbliğ etmək üçün Asiya və Afrika dövlətlərinin böyük investisiyalarından istifadə etmək niyyətindədir. Aİ-nin Afrikadakı infrastruktur layihələrinə təxminən 150 milyard avro ayıracağı gözlənilir.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 727 Tarix: 29 may 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşKrit sahillərində faciə: Gəmidən 12 miqrantın meyiti çıxarıldı
Yunanıstan Sahil Mühafizəsi Xidməti Krit adası sahillərində xilasetmə əməliyyatı keçirib. "Reuters"ə istinadən xəbər verir ki, əməliyyat zamanı gəmidən 12 miqrantın meyiti çıxarılıb. Hazırda onların ölüm səbəbləri müəyyənləşdirilir. Xilasedicilər Kaloy-Limenes limanından təxminən 15 dəniz mil
09.11.2026 179 Xəzər dənizinin çəkilməsi COP31-də dünya gündəminə çıxarılacaq
"Azərbaycanın COP31 gündəliyindəki əsas mövzular arasında Xəzər dənizinin problemləri də yer alır". "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin İqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev COP31 çərçivəsində qurulan Azərbaycan pavilyonunda jurnalistləri
09.11.2026 203 Bu ölkədə 16 yaşdan kiçiklərə alış-veriş saytları qadağan olunur
Böyük Britaniya hökuməti 16 yaşdan kiçik uşaqların sosial mediaya çıxışını məhdudlaşdırmaq planlarını genişləndirərək, daxilində mesajlaşma funksiyası olan onlayn alış-veriş platformalarını və tətbiqlərini də bu qadağaya daxil etməyi nəzərdən keçirir. "Qafqazinfo" xəbər verir ki, Britaniyanı
09.11.2026 204 Gəncədə "Chevrolet" qəfil alışıb yandı
Gəncədə "Chevrolet" markalı avtomobil yanıb. -ın məlumatına görə, hadisə şəhər ərazisində fəaliyyət göstərən şadlıq saraylarından birinin yaxınlığında qeydə alınıb. Belə ki, vətəndaşa məxsus "Chevrolet" markalı avtomobil anidən alışıb. Nəticədə avtomobilin salonu və mühərrik hissəs
09.11.2026 196 İzmirdəki partlayışda ölənlərin sayı artıb
Türkiyənin İzmir vilayətindəki metallurgiya kombinatında baş verən partlayış nəticəsində həlak olanların sayı 16-ya çatıb. -ın "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada onun sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin iclasını
09.11.2026 258 Tramp Putin və Si Cinpinlə gözlənilən görüşündən danışdı: "Maraqlı olacaq"
ABŞ Prezidenti Donald Tramp noyabrın 18-19-da Çində keçirilməsi nəzərdə tutulan Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində bu ölkənin lideri Si Cinpin və Rusiya Prezidenti Vladimir Putinlə görüşünü istisna etməyib. Prezidentin sözlərinə görə, digər məsələlərlə yanaşı
09.11.2026 203 Ərdoğan Azərbaycan xalqını təbrik etdi
"Azərbaycanla Türkiyə fitnə mənbələrinə baxmayaraq, əməkdaşlığı gücləndirib. Türkiyə və Azərbaycan bir-birinə qopmaz bağlarla bağlı iki qardaş ölkədir". "Haber Global"a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan səfərindən qayıdarkən təyyarədə jurnalistlərə müsahibəsi zaman
09.11.2026 198 Afinada dəhşətli hadisə: Çamadandan daha bir qadının meyiti tapıldı
Yunanıstanın paytaxtı Afinada yoldan keçən bir nəfər dəhşətli mənzərə ilə qarşılaşıb. Belə ki, o, Aqios Panteleymonas rayonunda yol kənarına atılmış çamadandan kəskin qoxu gəldiyini hiss edib. Hadisə yerinə gələn polis əməkdaşları çamadanı açarkən onun içərisində qadın meyiti aşkar ediblər. xəbər veri
09.11.2026 205 Azərbaycanda Aliment Fondunun yaradılması niyə ləngiyir?
Bir neçə ildir ki, Azərbaycanda Aliment Fondunun yaradılması ilə bağlı müzakirələr aparılır. Məsələ dəfələrlə Milli Məclisdə qaldırılıb, ekspertlər tərəfindən müxtəlif təkliflər irəli sürülüb, lakin fond hələ yaradılmayıb. Fondun yaradılması hüquqi və sosial baxımdan mühüm əhəmiyyət daşıyır. Belə ki
09.11.2026 187