Arıqlamaq istəyənlər üçün MÖCÜZƏVİ ÇAY RESEPTİ - VİDEO
Artıq çəki bir çoxlarını narahat edən problemdir. Xüsusən də xanımlar arıqlamaq arzusuyla çox vaxt pəhrizlərə üz tuturlar. "Heç nə yemirəm, sanki sudan və havadan kökəlirəm" deyərək gileylənənlər də az deyil. Bəs bunun səbəbi və çarəsi nədir?
Mövzuyla bağlı BİG.AZ həkim-fitoterapevt, apiterapevt, bitkilər üzrə elmi işçi Elnur Eldaroğlunun məsləhətlərini təqdim edir.
Onun sözlərinə görə, burada hormonal səbəblər rol oynayır. Sinir və hormonal sisteminin birlikdəliyi pozulduqda insan bəzən kəskin arıqlaya, bəzən isə kəskin kökələ bilər. Ona görə müayinə edib dəqiq diaqnoz qoyduqdan sonra müalicə olunmaq ən doğru variantdır.
Lakin bununla yanaşı, həkim ödem atan, çəkini azaldan, yəni ödemin fonunda şişkinliyi aradan qaldıran təbii reseptdən istifadə etməyi məsləhət görüb.
1 ovuc gilas saplağı, 1 ovuc qarğıdalı saçağı, 1 xörək qaşığı rozmarin (ətotu) 0,5 litr qaynar suda 20-30 dəqiqə dəmlənir, Daha sonra süzülür və gün ərzində çay, su kimi içilir.
Bu detoks suyunu hər dəfə içməzdən öncə akasiya balından istifadə etmək məsləhətdir. Bu, həm dadını yaxşılaşdırar, həm toxluq hissini artırıb, iştahı azaldar. Qidalanmaya fikir vermək şərtilə, bu resepti hər ayın 2 həftəsi istifadə etmək faydalıdır, lakin yanaşı xəstəlikləri olan insanlarda effekt verməyə bilər.
Daha ətraflı məlumat üçün aşağıdakı videonu izləyə bilərsiniz:
Fitoterapevt digər bir resepti özünün "İnstagram" səhifəsində paylaşıb:
Maddələr mübadiləsini yaxşılaşdıran, arıqladan və "pis" xolesterini azaldan çay
Zəncirotu kökü - 1xörək qaşığı
Rozmarin - 1 xörək qaşığı
Məkkəgülü - 1 çay qaşığı
Gilas saplağı və ya limon qabığı - 1 çay qaşığı
İstiotlu nanə yarpağı - 1 çay qaşığı
600 ml qaynar suda dəmləyib gündə üç dəfə, yeməkdən əvvəl 200 ml qəbul edilir.
Bu detoks suyunu üç həftə içə bilərsiniz.
Natəvan Baxşiyeva
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBoypik - Boy inkişafı üçün məcun
Çox vaxt valideynləri narahat edən faktorlardan biri də övladlarının boy inkişafının geri qalmasıdır. Həmyaşıdlarından nə qədər ölçü uzun və ya kiçik olması ilk baxışdan cəlb ediləcək məsələlərdəndir. İstər az yaşlı, istərsə də məktəbli və yeniyetmələrin boy inkişafında vücuda lazım olacaq mineral v
30.08.2021 2311 Günəşlənmənin xeyri və ziyanı - Diqqətli olun!
Hamımız bir az günəşi sevirik. Lakin işıq şüalarına daha çox məruz qalsanız səhhətinizə həqiqətən ziyan vura bilərsiniz. Xeyri. Günəş şüaları bədənimizə dəydiyində D vitamininə çevrilir. Bu güclü sümüklər və dişlər üçün çox əhəmiyyətlidir. Ekzema və sızanaq problemləri olanlar günəşdən faydalanırlar
29.08.2021 641 Koronavirusa qarşı 7 peyvənd vurdurdu
Kolumbiyanın qərbindəki Kali şəhərində bir kişiyə yeddi dəfə koronavirus əleyhinə peyvənd vurulub. -a istinadla xəbər verir ki, kolumbiyalı fərqli peyvəndləmə mərkəzlərində peyvəndləndiyi üçün dərhal aşkar edilə bilməyib. Şəhərin səhiyyə naziri Mierlandi Torres, kişinin yaşının 60-dan yuxarı olduğun
26.08.2021 986 Həkim üzün vəziyyətinə görə diaqnoz edilən təhlükəli xəstəlikləri açıqladı
Asimmetrik üz insultun ilk əlamətlərindən biri ola bilər. Bu barədə rusiyalı onkoloq İvan Karasev danışıb. Onun sözlərinə görə, əksər xəstəliklər insanın üzündə müəyyən izlər buraxır. "Üzdəki quru və çatlamış dəri bədənin susuz qalmasının bir əlamətidir. Bu simptom həm də tər vəzilərinin işi il
28.08.2021 914 "Soyuqdəymə ilə özünüzü aldatmayın!" - Məşhur həkimdən XƏBƏRDARLIQ - VİDEO
Hazırda pandemiya dövründə olduğumuzu, müxtəlif virusların yayıldığını nəzərə alaraq, bədənimizi hər zaman "hücumlara" hazır etməliyik. Son müddət Azərbaycanda da koronavirusa yoluxma və "COVİD-19"dan ölüm sayının kəskin artdığını, yeni ştamların yayıldığını görürük və bu səbədə
09.09.2021 1723 Ölüm riskini 17 faiz azaldan TƏBİİ MÖCÜZƏ
Macarıstanın Zemmelvels (Semmelweis) Universiteti bu günə qədər reallaşdırılan ən geniş qəhvə araşdırması aparıb. 11 il boyu 468 min 629 adamın qəhvə istehlakı ilə sağlıq problemləri arasındakı əlaqə araşdırılıb. Nəticəsinə gəlinib ki, qəhvə ürək xəstəliyi riskini əhəmiyyətli ölçüdə azaldır. Araşdırmay
05.09.2021 1101 Ömürlük dərmana məhkum olan "Miasteniya" xəstələri əməliyyatla sağala bilər? - CƏRRAH AÇIQLADI
Bir çoxlarının məlumatsız olduğu "Miasteniya Gravis" xəstəliyindən müalicə alan insan sayı təəssüf ki Azərbaycanda da az deyil. Lakin bu xəstəlik haqqında eşitmədikləri üçün artıq miasteniyanın ağırlaşmış formasında həkimə müraciət edirlər. Bəs bu xəstəliyin simptomları nədir? Onun barəsi
08.09.2021 960 "Qarpızın yağlı yeməkdən sonra yeyilməsi düzgün deyil" - HƏKİM
Adətən hər yayda bu mövsüm üçün xarakterik olan hadisələr müşahidə edilir. Qarpızdan zəhərlənmələr, ilan, həşərat sancmaları və sair. Bu il də bədbəxt hadisələrsiz ötüşmədi. Öncə qeyd edək ki, rəsmi məlumatlarda bu vaxta kimi qarpızla bağlı zəhərlənmə hallarının olmadığı iddia edilir. Yayın ən çox sərinləşdiric
22.08.2021 1038 Məşhur dieotoloqların arıqlama sirri
Dünyanın məşhur dietoloqlarının hansı yollarla arıqlaması hər zaman maraq kəsb edib. Axşam.az Rusiya mətbuatına istinadən məşhur dietoloqların arıqlama üsulunu təqdim edir:. Ekspert-dietoloq Yuliya Çexoninadan möhtəşəm pəhriz. Doğru səhər yeməyi - 5 kq. arıqladır. "Sağlam bəslənməyə çalışıram. Amm
21.08.2021 1439