DYP-dən "Teknofest"lə bağlı sürücülərə müraciət

DYP-dən "Teknofest"lə bağlı sürücülərə müraciətBakıda keçiriləcək "Teknofest"lə bağlı bir sıra yollarda hərəkət məhdudlaşdırıla bilər.

BiG.AZ xəbər verir ki, bununla bağlı Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə və paytaxt sakinlərinə müraciət edib. İdarənin bölmə rəisi Vaqif Əsədov bildirib ki, 26-29 may tarixlərində festivalın keçiriləcəyi əraziyə 08.30-18.00 aralığında və əks istiqamətdə 09.00-21.00 arası avtobus xidməti təşkil ediləcək:

"Tədbiri canlı izləmək üçün tamaşaçılar ödənişsiz olaraq "28 may" metrostansiyası yaxınlığından birbaşa Bayraq Meydanı ərazisinə və geriyə "Baku Bus" MMC-nin avtobusları ilə hərəkət edəcəklər. Eyni zamanda sərnişinlərin daşınmasında "Bakı Taksi" MMC-yə məxsus olan ekoloji təmiz taksilər də fəaliyyət göstərəcək. Bununla əlaqədar həmin istiqamətə müasir texnikaların, digər avadanlıqların gətirilməsi eləcə də ölkəyə gələn qonaqların qarşılanması, onların yerləşdirilməsi və bu tədbirin tam təhlükəsiz şəkildə başa çatdırılması üçün bildirilir ki, vəziyyətdən və şəraitdən aslı olaraq Dənizkənarı Bulvar və Kristal Holl istiqamətində avtomobillərin hərəkətinə fasilələrlə məhdudiyyət qoyula və istiqamətin dəyişdirilməsi nəzərdə tutula bilər.

Odur ki, Festival iştirakçılarının rahat və fasiləsiz hərəkətinin təşkil edilməsi məqsədi ilə tədbir zamanı şəxsi avtomobillərlə mümkün qədər az, ictimai nəqliyyat vasitələrindən istifadəyə üstünlük verilməsi tövsiyə edilir. Unutmayaq ki, tədbirin keçirildiyi əraziyə şəxsi avtomobillərlə hərəkət nəqliyyat sıxlığına və ya tıxacların yaranmasına səbəb ola bilər. Ona görə də keçirilən festifalın ölkə əhəmiyyətli olduğunu nəzərə alıb, Kristal Holl və ətraf ərazilərə şəxsi avtomobillərlə hərəkətin mümkünsüzlüyü nəzərə alınmalıdır".

Qeyd edək ki, 4 gün boyunca Bakı Kristal Holl və Dənizkənarı Bulvarda regionun ən böyük tədbiri olan "Teknofest Azərbaycan" Aerokosmik və Aviasiya Festifalı keçiriləcək.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1000   Tarix: 24 may 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Sürücülərə xəbərdarlıq!

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) gözlənilən qeyri-sabit hava şəraiti ilə bağlı sürücülərə müraciət edib. Axşam.az-ın məlumatına görə, qurumdan bildirilib ki, bu gündən etibarən ölkəmizin bəzi ərazilərində müşahidə olunan qeyri-sabit hava şəraitinin avqustun 14-dək davam edəcəyi, fasilələrlə yağı

10:36 180
.

Əti əvəz etmək mümkündürmü? - Mərci, soya, göbələk və digər alternativlər

"Tək bir qida məhsulu ətin orqanizm üçün təmin etdiyi bütün bioloji üstünlükləri tam şəkildə əvəz etmir. Ət əsasən yüksək keyfiyyətli zülal mənbəyi kimi qiymətləndirilir. Zülallar amin turşularından ibarətdir və insan orqanizmi 20 növ amin turşusundan istifadə edir. Onlardan 9-u əvəzolunmaz hesa

15:22 108
.

Mətanət İsgəndərlinin keçmiş gəlini indiki gəlinini polisə şikayət etdi

Əməkdar artist Mətanət İsgəndərlinin keçmiş gəlini Canana onun indiki gəlini Aysel barədə polisə şikayət edib. Canana Axşam.az-a açıqlamasında Ayselin sosial şəbəkələrdə saxta profillərlə ona və övladlarına qarşı təhqiramiz ifadələr yazdığını iddia edib. O bildirib ki, Aysel ona vatsapp vasitəsilə d

14:19 251
.

"Deyir, ana, sən deyəni alsam, uğursuz evlilik olar"

"İndiki zamanda 50 yaşa çatmaq asan deyil. 50 yaşım var və belə gözələm. Yaşımı gizlətmirəm. Yaş ötdükcə insan həyatı anlayır. Həmişəki kimi uşaqxasiyyətli, zarafatcıl Fədayəyəm. Zarafatla deyirəm ki, 50 yaş 2 aylığındayam. Moskvada idim, ad günümü tək qeyd etdim. Düşündüm ki, Azərbaycana gələrəm

15:11 136
.

"Binamızın altını hotel ediblər, səs-küydən otura bilmirik..." - Video

Bakının Binəqədi rayonu, Biləcəri qəsəbəsində çoxmərtəbəli yaşayış binasının ikinci mərtəbəsinin hostel, üçüncü mərtəbəsinin isə hotel kimi "Kristal AA" MTK tərəfindən icarəyə verilməsi sakinlərin narazılığına səbəb olub. "Qafqazinfo" xəbər verir ki, bu şikayətlə Xəzər TV-yə bir qru

12:01 238
.

Məktəbdə şagird və müəllimlərə atəş açıldı - Ölənlər var

Taylandın Nonthaburi əyalətində yerləşən Debsirin məktəbində şagird və müəllimlərə naməlum şəxs tərəfindən atəş açılıb. xəbər verir ki, bu barədə "Khaosod" məlumat yayıb. İlkin məlumatlara görə, hadisə nəticəsində 7 nəfər ölüb, 20-dən çox insan yaralanıb. Ölənlər arasında üç müəllim və üç şagirdi

12:01 180
.

Vyetnamda rusiyalı turistlərə qarşı kütləvi narkotik yoxlaması

Vyetnamda rusiyalı turistlər də daxil olmaqla, çoxsaylı şəxslər kütləvi narkotik testindən keçirilib. xəbər verir ki, bu barədə "Baza" məlumat yayıb. Hüquq-mühafizə orqanlarının iştirakı ilə keçirilən əməliyyat zamanı insanlardan narkotik testindən keçmələri tələb olunub. Əməliyyat Vyetnamı

12:10 166
.

Ənənədən müasir səhnəyə: Milli rəqslərin yeni üzü

"Milli rəqslərin müasir səhnə tərzində təqdim olunması onların milli kimliyinə və əsas xüsusiyyətlərinə xələl gətirmir. Əksinə, ənənəvi sənət nümunələrinin müasir tamaşaçıya daha fərqli formada təqdim edilməsi onların yaşadılması və yeni nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət daşıyır"

15:37 101
.

Zeynəb Xanlarovanın 90 illik yubileyi harda keçiriləcək?

Dekabr ayında SSRİ və Azərbaycanın Xalq artisti Zeynəb Xanlarovanın 90 yaşı tamam olacaq. Qaynarinfo-nun əldə etdiyi məlumatına görə, sənətkarın 90 illik yubileyi münasibətilə böyük tədbir keçiriləcək. İlkin məlumata görə, yubiley mərasiminin Heydər Əliyev Sarayında keçirilməsi planlaşdırılır. Mərasimd

16:02 113
.

TOP MP3