Rezidenturaya qəbulun nəticələri açıqlandı
Dövlət İmtahan Mərkəzi rezidenturaya qəbul olmaq üçün 15 may tarixində keçirilmiş baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının birinci cəhdinin nəticələrini elan edib.
Big.az-ın məlumatına görə, Mərkəzdən bildirilib ki, hər bir namizəd DİM-in internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilər. Namizədlər imtahan nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə bu imtahan üçün nəzərdə tutulan buraxılış vərəqəsində göstərilən kodu 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.
Nəticələrə əsasən, imtahanda iştirakı nəzərdə tutulan 1279 namizəddən 18 nəfəri imtahana gəlməyib.
236 namizəd birinci mərhələnin müsabiqə şərtini (40 və daha yüksək bal) ödəyib.
Müsabiqə şərtini ödəyənlərdən 101 nəfər 4 və ya 5-ci kurs tələbələridir.
Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından "məqbul" alan 4-cü və 5-ci kurs tələbələri ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına yalnız rezidenturaya qəbul olmaq hüququ əldə etdikdən sonra buraxılırlar.
Mayın 15-də keçirilən imtahanda 66 nəfər bu ilin, 69 nəfər isə əvvəlki illərin məzunları olmaqla, ümumilikdə 135 namizəd ikinci mərhələyə buraxılıb.
Əvvəlki illərdə baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından "məqbul" nəticə əldə etmiş və bu il rezidenturaya qəbul olmaq üçün qeydiyyatdan keçən 596 namizəd də birbaşa ikinci mərhələyə – ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına buraxılır.
İmtahan nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün onlayn qaydada Apelyasiya komissiyası fəaliyyət göstərəcək. Apellyasiya komissiyasına müraciət etmək üçün elektron ərizə forması apelyasiya.dim.gov.az saytında yerləşdiriləcək. Namizədlər Apellyasiya komissiyasına 17-19 may 2022-ci il tarixlərində müraciət edə bilərlər.
Baza fənləri üzrə biliklərin qiymətləndirilməsinin təkrar imtahanının (2-ci cəhd) iyunun 19-da keçirilməsi nəzərdə tutulur. İmtahanda iştirak etmək üçün qeydiyyat 1-5 iyun 2022-ci il tarixlərində DİM-in saytında internet vasitəsi ilə aparılacaq. İxtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının (II mərhələ) avqustun 21-də keçirilməsi planlaşdırılır. İxtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından 40 və daha çox bal toplayaraq "məqbul" nəticə əldə edən və rezidenturaya qəbul olmaq hüququ olan namizədlər buraxılırlar.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 923 Tarix: 16 may 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşSuriyanın keçmiş prezidenti Bəşər Əsəd barəsində edam hökmü
Suriyanın keçmiş prezidenti Bəşər Əsəd qiyabi olaraq ölüm cəzasına məhkum edilib. xəbər verir ki, bu barədə SANA məlumat yayıb. Agentliyin məlumatına görə, Dəməşqdəki məhkəmə Bəşər Əsəd və onun qardaşı Mahir Əsədi Suriya xalqına qarşı törədilən ağır cinayətlərdə təqsirli bilib. Məhkəmə onların qəsdə
15:56 274 "Binamızın altını hotel ediblər, səs-küydən otura bilmirik..." - Video
Bakının Binəqədi rayonu, Biləcəri qəsəbəsində çoxmərtəbəli yaşayış binasının ikinci mərtəbəsinin hostel, üçüncü mərtəbəsinin isə hotel kimi "Kristal AA" MTK tərəfindən icarəyə verilməsi sakinlərin narazılığına səbəb olub. "Qafqazinfo" xəbər verir ki, bu şikayətlə Xəzər TV-yə bir qru
12:01 285 Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib
Bakcell müştəriləri üçün yeni kampaniyaya start verib. Kampaniya çərçivəsində Samsung Galaxy A57 5G (8GB/256GB) modeli xüsusi şərtlərlə təqdim olunur. Kampaniya müddətində müştərilər Samsung Galaxy A57 5G smartfonunu 24 aylıq hissəli ödəniş şərtləri ilə əldə edə bilərlər. Bu təklif çərçivəsində cihazı
17:18 168 Qar yağması yollarda problemlərə səbəb oldu
Cənubi Afrika Respublikasında bir həftə soyuq və qarlı hava gözlənilir. Ölkənin böyük bir hissəsində qar yağışı, güclü külək və fırtına gözlənilir. xarici mediaya istinadən bildirir ki, bu barədə Milli Hava Xidməti məlumat yayıb. "Sakinlərə hava proqnozlarını izləmək və pisləşən hava şəraiti gözlənildiy
18:30 184 Uşağı neçə yaşında evdə tək qoymaq olar? - Psixoloqların məsləhətləri
Gec-tez bir çox valideyn uşağı hansı yaşdan etibarən evdə təhlükəsiz şəkildə tək qoymağın mümkün olduğu barədə düşünür. Psixoloqlar bildirirlər ki, bu məsələdə əsas meyar uşağın yaşı deyil, onun xarakterinin xüsusiyyətləri və yetkinliyidir. Qaynarinfo nlc.hu saytına istinadən xəbər verir ki, nəşrin yazdığın
22:45 45 O da "Kızılcık şerbeti"ndən getdi
Türkiyənin məşhur serialı "Kızılcık şerbeti"nin 5-ci sezonunda daha bir aktrisa layihə ilə vidalaşır. "Qafqazinfo" Türkiyə mediasına istinadən xəbər verir ki, serialda Nursema obrazına həyat verən aktrisa Ceren Karakoç da layihədən ayrılır. Beləliklə, serialın ilk sezon heyətində
17:21 205 Bu ölkənin küçələrinə bir milyon ağac əkiləcək: məqsəd nədir?
Ağaclar istilik hissiyatını əhəmiyyətli dərəcədə azalda bilir, lakin belə bir üsulun həm üstünlükləri, həm də mənfi cəhətləri var. Bir çox meqapolis həddindən artıq istiliklə mübarizə aparmaq üçün yüksək texnologiyalı sistemlərə milyardlarla dollar sərmayə qoyarkən, Sinqapur sadə yolla getdi - kütləv
22:00 86 Uşaqları mavi dəri ilə doğulurdu - Bir ailənin dəhşətli HEKAYƏSİ
ABŞ-ın Appalaç dağlarının təcrid olunmuş bölgəsində yaşayan Fyugeyt ailəsi görənləri və eşidənləri heyrətə gətirir. Ailənin tarixçəsi coğrafi təcridin və uzun illər davam edən yaxın qohum nikahlarının necə qəribə və qorxuducu bioloji nəticələrə səbəb ola biləcəyinin klassik nümunəsidir. xarici mediay
18:45 186 Hibrid ipoteka müştəriyə nə vəd edir? - Ekspert açıqladı
"Hibrit ipoteka modelinin əsas məqsədi sabit faizli kreditin təhlükəsizliyi ilə dəyişən faizli kreditin potensial üstünlüklərini balanslaşdırmaqdır". Bunu BİG.AZ-a açıqlamasında əmlak məsələləri üzrə ekspert Fərid Cəfərli bildirib. O, qeyd edib ki, müştərinin götürdüyü ipoteka kreditinin 5
14:26 185