Prezident təqaüdçüsü vəfat edib - FOTO

Prezident təqaüdçüsü vəfat edib - FOTOFizika üzrə fəlsəfə doktoru, prezident təqaüdçüsü, Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunun aparıcı elmi işçisi, görkəmli alim Sərdar Babayev vəfat edib.

BiG.AZ xəbər verir ki, bu barədə Report-a mərhumun oğlu Səttar Babayev məlumat verib.

Onun sözlərinə görə, atası mərhum Sərdar Babayev uzun müddət şəkər və qan təzyiqindən əziyyət çəkib: "O, bu gün səhər saatlarında ürək tutmasından vəfat edib".

Qeyd edək ki, Sərdar Babayev 3 noyabr 1945-ci ildə Şəki şəhərində anadan olub. 1964-1970-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin fizika fakültəsində, 1975-1978-ci illərdə Azərbaycan SSR EA Fizika İnstitutunun aspiranturasında təhsil alıb. 1981-ci ildə Azərbaycan SSR Fizika İnstitutunun Yarımkeçiricilər və dielektriklər fizikası elmi şurasında "A3B6 tipli yarımkeçirici kristalların rəqsi spektrlərinin xüsusiyyətləri" mövzusunda namizədlik dissertasiyasını müdafiə edib. 42-si xaricdə, 22-si beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda olmaqla çapdan çıxmış 86 elmi əsərin müəllifidir. 1985-1986-cı illərdə Moskvada P.N.Lebedev adına SSRİ EA Fizika İnstitutunda işləyib. 1994-1996-cı illərdə isə AMEA Fizika İnstitutunun nümayəndəsi kimi Ankara Orta Doğu Texniki Universitetində Lazer Spektroskopiyası laboratoriyasının yaradılmasında çalışıb.

Prezident təqaüdçüsü vəfat edib - FOTO


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1364   Tarix: 16 may 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bizon lotereyasında daha 4 avtomobil sahibini tapıb

"Bizon"un təşkil etdiyi "13 həftə, 13 avtomobil" lotereya kampaniyası çərçivəsində iyul ayı üzrə növbəti 4 qalib müəyyən olunub. Lotereyanın V tirajının qalibi Nəsimi Quliyev, VI tirajının qalibi Salman Səmədov, VII tirajının qalibi Xanım Həmidova, VII tirajının qalibi isə Tamerla

17:09 190
.

Bu ölkənin küçələrinə bir milyon ağac əkiləcək: məqsəd nədir?

Ağaclar istilik hissiyatını əhəmiyyətli dərəcədə azalda bilir, lakin belə bir üsulun həm üstünlükləri, həm də mənfi cəhətləri var. Bir çox meqapolis həddindən artıq istiliklə mübarizə aparmaq üçün yüksək texnologiyalı sistemlərə milyardlarla dollar sərmayə qoyarkən, Sinqapur sadə yolla getdi - kütləv

22:00 86
.

"Binamızın altını hotel ediblər, səs-küydən otura bilmirik..." - Video

Bakının Binəqədi rayonu, Biləcəri qəsəbəsində çoxmərtəbəli yaşayış binasının ikinci mərtəbəsinin hostel, üçüncü mərtəbəsinin isə hotel kimi "Kristal AA" MTK tərəfindən icarəyə verilməsi sakinlərin narazılığına səbəb olub. "Qafqazinfo" xəbər verir ki, bu şikayətlə Xəzər TV-yə bir qru

12:01 285
.

Məşhur aktyor həyatına son qoymaq istədi - Boşanmaya görə...

62 yaşlı Hollivud ulduzu Bred Pitt şəxsi həyatı ilə bağlı səmimi etiraflar edib. xarici mediaya istinadla xəbər verir ki, aktyor keçmiş həyat yoldaşı Ancelina Coli ilə uzun illər davam edən münaqişənin və övladları ilə münasibətlərində yaranan uzaqlığın ona ciddi emosional təsir göstərdiyini bildirib

19:00 180
.

Tarixin ən pis ili: müharibə və ya xəstəliklə bağlı deyil

Bəşəriyyət tarixinin ən qaranlıq dövrü deyiləndə, çoxlarının ağlına dağıdıcı epidemiyalar və ya keçmişin qanlı müharibələri gəlir. Lakin müasir tədqiqatçılar hesab edirlər ki, insanların ən böyük əzablarla üzləşdiyi dövr tamam başqa zaman olub. xəbər verir ki, Harvard Universitetinin arxeoloqu və tarixçis

19:45 142
.

"Təhsilin rektor olmağa nə dəxli var ki?"

"Şərurlu İsfəndiyar" kimi tanınan tanınmış iş adamı İsfəndiyar Axundov növbəti dəfə qalmaqallı açıqlaması ilə gündəmə gəlib. "Qafqazinfo" xəbər verir ki, iş adamı "Zarafat bir yana" verilişində hazırda böyük məktəb tikintiləri ilə məşğul olduğunu və hətta özünü bu müəssisələrdə

15:18 249
.

Məktəbdə şagird və müəllimlərə atəş açıldı - Ölənlər var

Taylandın Nonthaburi əyalətində yerləşən Debsirin məktəbində şagird və müəllimlərə naməlum şəxs tərəfindən atəş açılıb. xəbər verir ki, bu barədə "Khaosod" məlumat yayıb. İlkin məlumatlara görə, hadisə nəticəsində 7 nəfər ölüb, 20-dən çox insan yaralanıb. Ölənlər arasında üç müəllim və üç şagirdi

12:01 215
.

Ceki Çan milli yeməklərimizdən yeyib, muğam dinlədi

Xəbər verdiyimiz kimi, Hollivud ulduzu Ceki Çanın baş rolda çəkildiyi "Tanrının zirehi 4: Ultimatum" ("Armour of God 4: Ultimatum") filminin bəzi səhnələri Azərbaycanda lentə alınır. Axşam.az-ın məlumatına görə, aktyor bir neçə gündür Bakıda qonaqdır və paytaxtın müxtəlif məkanların

12:12 335
.

Prezident və xanımı Naxçıvandadır

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 11-də Naxçıvana səfərə gediblər. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb

20:30 136
.

TOP MP3