BDU və "ARB 24" telekanalı arasında əməkdaşlıq müqaviləsi imzalanıb
Bakı Dövlət Universiteti (BDU) və "ARB 24" telekanalı arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb.
Sənədi BDU-nun rektoru Elçin Babayev və "ARB 24" telekanalının direktoru Radik İsmayılov imzalayıb.
İmzalanma mərasimində çıxış edən BDU-nun rektoru Elçin Babayev bildirib ki, Universitetin İnkişaf Strategiyasına əsasən, ən müasir tədris texnologiyalarının tətbiq olunması nəzərdə tutulur. Əsas məqsəd tədris texnologiyalarının düzgün qurulması və yüksək ixtisaslı kadrların hazırlanmasıdır: "Jurnalistika fakültəsinin tələbələri nəzəri biliklər əldə etməklə yanaşı, praktik bacarıqlarını möhkəmləndirməlidirlər. Jurnalistika fakültəsinin formalaşmış ənənələri var. Mövcud ixtisasların təkmilləşdirlməsi, yenilərinin açılması da nəzərdə tutulur. Bu baxımdan "ARB 24"lə əməkdaşlıq jurnalistika üzrə tədrisin yüksək səviyyədə təşkilinə töhfə verəcək. Tələbələri bu prosesdə fəal olmağa çağırıram".
"ARB 24" telekanalının direktoru Radik İsmayılov isə rəhbərlik etdiyi qurum barədə ətraflı məlumat verib və qeyd edib ki, "ARB 24"ün kadr siyasətində Jurnalistika fakültəsinin məzunlarına böyük önəm verilir. Telekanalın yaradıcı heyətinin yarısı Jurnalistika fakültəsinin məzunlarıdır: "Jurnalistika fakültəsində alınan təhsilin faydasını görməkdəyik. Fakültənin məzunları peşə etikasından kənar davranışlara demək olar ki, yol vermirlər və xəbər prinsiplərinə daha çox əməl edirlər".
Qeyd edək ki, müqavilə çərçivəsində BDU-nun Jurnalistika fakültəsində müxtəlif təlimlər keçiriləcək, bakalavr və magistrantlar üçün təcrübə proqramları təşkil ediləcək. Tədris proqramını uğurla başa vuran iştirakçılara sertifikat veriləcək və onların yarısı "ARB 24"də işlə təmin olunacaq.
Əməkdaşlıq müqaviləsi həm də birgə konfransların, sərgi, seminar və simpoziumların təşkil edilməsini nəzərdə tutur.






BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 850 Tarix: 30 aprel 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşSəyahət sığortası məcburiyyət, yoxsa zərurətdir? - Ekspert açıqladı
"Səyahət sığortası sığorta məhsulları arasında ən vacib və əldə edilməsi zəruri olan məhsullardan biridir. Təəssüf ki, Azərbaycan vətəndaşlarının bu məhsula marağı hələ də aşağı səviyyədədir". Bunu BİG.Az-a açıqlamasında sığorta eksperti Şahin İsmayılov bildirib. O, qeyd edib ki, Şengen ölkələrin
11.08.2026 196 VIII Henri "ətir buludu"nun içində yaşayırmış: Səbəb heç də dəbdəbə olmayıb
İngiltərə kralı VII Henrix portretlərdə Tüdorlar dövrünün qüdrətini təcəssüm etdirən özünəinamlı və hökmran monarx kimi təsvir olunur. Lakin həyatının son illərində dəbdəbəli geyimləri ağır xəstəliyi gizlədib. Qaynarinfo Hamuesgyemant.hu saytına istinadən xəbər verir ki, kral ayaqlarında açıq yaralarda
11.08.2026 271 Böyük Qayıdış: Qarabağ və Şərqi Zəngəzurun yeni siması
Azərbaycan son illərdə böyük iqtisadi və sosial layihələrin həyata keçirilməsi ilə yanaşı, işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması istiqamətində də tarixi miqyaslı işlər həyata keçirir. Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq prosesi Azərbaycanın dövlətçilik tarixinin ə
11.08.2026 279 Pul müqabilində insanları döyürdü, həbs olundu
Qazaxıstanın Kostanay vilayətində bir nəfər insanları döymək xidməti ilə bağlı Telegram-da qeydiyyatdan keçib. yerli mediaya istinadla bildirir ki, bu il mart ayının sonunda təqsirləndirilən şəxs döyüşmək bacarığından pul qazanmaq qərarına gəlib. Telegram vasitəsilə naməlum şəxsdən K. adlı kişini tapı
11.08.2026 239 Pələng 63 yaşlı kişini yedi
Hindistanın Tamilnad ştatında pələng 63 yaşlı Balakrişnan adlı kişini parçalayıb. xarici mediaya istinadla bildirir ki, yaşlı kişi avqustun 8-i axşam saatlarında itkin düşüb. Səhər saatlarında onun yaxınları narahat olaraq axtarışlara başlayıblar. Bir müddət sonra Balakrişnanın parçalanmış meyiti ça
11.08.2026 282 Yatmazdan əvvəl nəbzinizi ölçün - Yuxunuzla bağlı vacib məqam
Əksər sağlam yetkin insanlarda sakit vəziyyətdə normal ürək döyüntüsünün tezliyi dəqiqədə 60-100 arasında olur. Mütəxəssislərin fikrincə, yatmazdan əvvəl nəbzin ölçülməsi orqanizmin yuxuya nə dərəcədə hazır olduğunu anlamağa kömək edə bilər. xarici mediaya istinadən xəbər verir ki, bəzi mütəxəssislə
11.08.2026 213 İki minillik təslim olma ənənəsi: Ağ bayrağın arxasındakı sirr
Döyüş meydanlarında təslim olmağın və qarşıdurmanı dayandırmağın universal simvoluna çevrilən ağ bayrağın iki min ildən artıq tarixi var. Qədim Roma və Çin mənbələrində bu ənənəyə rast gəlinir. Əsgərlərin fövqəladə vəziyyətlərdə boyasız parçalara asanlıqla çıxış əldə edə bilməsi isə ağ bayrağın geni
11.08.2026 247 Prezident Döyüş bayraqlarının verilməsi mərasimində - Fotolar
Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Naxçıvanda Əlahiddə Ümumqoşun Orduda yeni yaradılan əməliyyat (komando) hərbi hissələrinə Döyüş bayraqlarının verilməsinə həsr olunmuş mərasimdə iştirak ediblər. "Qafqazinfo" xəbər verir ki, bu barəd
11.08.2026 268 Prezident yeni elektrik avtobuslarına mindi - Fotolar
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Naxçıvan şəhərində istifadəyə veriləcək elektrik mühərrikli yeni avtobuslara baxıb, Naxçıvan Muxtar Respublikasının dəmir yolu infrastrukturunda aparılan yenidənqurma işləri ilə tanış olublar. "Qafqazinfo" xəbər verir ki, Rəqəmsal inkişa
11.08.2026 310