Hansı ərzaqlar kişilər üçün zərərlidir?

Hansı ərzaqlar kişilər üçün zərərlidir?Qida rasionu insanın bütün bədəninin fəaliyyətinə təsir göstərir. Bu mənada kişilər ərzaq seçimində daha diqqətli olmalıdırlar.

Bu barədə rusiyalı həkimlər - endokrinoloq Mariya Bakutina və uroloq Hüseyn Sadıkov xəbərdarlıq edib.

Mütəxəssislər bildiriblər ki, həddindən artıq "fast food" həvəsi potensiyanın azalmasına gətirib çıxarır.

"Bu məhsulların tərkibində olan duzun, yağların və sürətli karbohidratların həddindən artıq çox olması piylənməyə və yüksək xolesterola gətirib çıxarır. Bu isə aterosklerozun inkişafına səbəb olur, prolaktin hormonunun, "qadın" hormonu sayılan estrogenin səviyyəsini artırır və testosteronu aşağı salır", - deyə H.Sadıqov izah edib.

Həkimin sözlərinə görə, sonradan belə sağlamlıq problemləri impotensiyaya səbəb ola bilər.

"Sübut edilmişdir ki, "fast food" yeməkdən sonra testosteron səviyyəsi bir saat ərzində 25 faiz azalır və dörd saat bu vəziyyətdə qalır", - deyə Bakturina əlavə edib.

Endokrinoloq həmçinin istehlak edilən duzun miqdarına nəzarət etməyin nə qədər vacib olduğunu xatırladıb.

"Kişilərin sağlamlığına zərər verməyən duz miqdarı ümumilikdə gündə beş-yeddi qramdan çox olmamaılıdır", - deyə mütəxəssis tövsiyəsini verib.

Uroloq Sadıqov öz növbəsində tərkibində şirin biyan olan məhsulların kişilər üçün təhlükəli ola biləcəyi barədə xəbərdarlıq edib. Çünki bu ot bitkisi və ondan alınan ekstraktlar androstenedionun testosterona çevrilməsindən məsul olan fermentin istehsalını maneə törədir.

Sonda endokrinoloq Bakutina bildirib ki, tərkibində fitoestrogenlərin çox olması səbəbindən həddindən artıq pivə asılılığı kişi cinsi hormonlarının istehsalının pozulmasına və libidonun azalmasına səbəb olur./oxu.az


BiG.Az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 1375   Tarix: 26 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Məşhur ədviyyatın qaraciyəri qocalmadan qoruya biləcəyi məlum olub

Zərdəçalın tərkibində olan kurkumin maddəsi qaraciyəri yaşla bağlı dəyişikliklərdən, iltihabdan və zədələnmədən qoruya bilər. xəbər verir ki, bu qənaətə "Food & Function" elmi jurnalında dərc olunan araşdırmanın müəllifləri gəliblər. Tədqiqatçılar bağırsaq, onun mikroflorası və qaraciyə

06.11.2026 421
.

İmmuniteti gücləndirməyin ən asan yolu - Həkim bu meyvəni xüsusi tövsiyə etdi

İmmuniteti gücləndirmək üçün mövsümi meyvə və giləmeyvələrdən istifadə etmək tövsiyə olunur. Bu barədə tibb elmləri doktoru, immunoloq Vladislav Jemçuqov " "ya açıqlamasında danışıb. Həkimin sözlərinə görə, immunitetin möhkəmləndirilməsinə qışda deyil, yay aylarından başlamaq daha məqsədəuyğundur

08.11.2026 245
.

AVROPADA QIRMIZI HƏYƏCAN SİQNALI VERİLDİ

"Qısa müddətdə yoluxma halı 10 mini, ölüm sayı isə 5 mini keçib. Virusun təhlükəli olması və sürətlə yayılması səbəbindən Avropada qırmızı həyəcan siqnalı verilib". Bu haqda türk mediasına istinadən bildirib. Konqo Demokratik Respublikasında başlayan və tarixin ikinci ən böyük böhranına çevrilə

02.11.2026 631
.

Kamran Musayev: Qafqazda ilk dəfə ürək transplantasiyasının Azərbaycanda həyata keçirilməsi tarixi uğurdur

Qafqazda ilk dəfə ürək transplantasiyasının Azərbaycanda həyata keçirilməsi tarixi uğurdur. "Report" xəbər verir ki, bunu Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin fəxri sədri Kamran Musayev Azərbaycanda və Cənubi Qafqazda ilk donor ürək transplantasiyasının həyata keçirilməsinin birinci ildönüm

31.10.2026 535
.

Dünyada nadir rast gəlinir: "Vampir xəstəliyi" nədir?

Ektodermal displaziya nadir rast gəlinən genetik xəstəliklər qrupuna daxildir. xəbər verir ki, xalq arasında bəzi əlamətlərinə görə "vampir xəstəliyi" kimi tanınan bu vəziyyət dəri, saç, dırnaq, diş və tər vəzilərinin inkişafına təsir göstərə bilər. Bu xəstəlik zamanı tər vəzilərinin olmamas

11.10.2026 882
.

Qara çayın sağlamlıq üçün 6 faydalı xüsusiyyəti: Kimlər mütləq içməlidir?

Qara çay o qədər gündəlik içkiyə çevrilib ki, onun xüsusiyyətləri barədə çox vaxt düşünmürük. Adətən bu içkini yalnız xoş dadına görə qəbul edirik. Lakin qara çay sağlamlıq üçün əhəmiyyətli faydalar verə bilər. Qidalanma mütəxəssisləri onu çox sevməyən insanlara belə rasionlarına daxil etməyi tövsiy

08.10.2026 847
.

Hepatit B və C tam müalicə olunur? - Mütəxəssis danışdı

Virus hepatitləri qaraciyərin iltihabına səbəb olan və geniş yayılmış infeksion xəstəliklər sırasındadır. Xəstəliyin bəzi növləri kəskin formada keçsə də, hepatit B və C uzun müddət heç bir əlamət vermədən inkişaf edərək xroniki xarakter ala, qaraciyərin ciddi zədələnməsinə səbəb ola bilər. Bununla yanaşı

01.11.2026 524
.

100 yaşına qədər yaşamaq istəyənlər üçün 7 faydalı QİDA

Uzunömürlü olmaq istəyənlər gündəlik qidalanmalarına xüsusi diqqət yetirməlidirlər. Mütəxəssislər bəzi qidaların ürək-damar sisteminin, beynin və həzm orqanlarının sağlamlığının qorunmasında mühüm rol oynadığını bildirirlər. xarici mətbuata istinadən xəbər verir ki, həkim Darşan Şah 100 yaşına qədə

27.10.2026 889
.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. Bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir. Lakin elmi məlumatlar məsələnin daha mürəkkəb olduğunu ortaya qoyur. Burada yalnız meyvənin tərkibindəki təbii şəkəri

25.10.2026 759
.