Ermənistandan növbəti təxribat – Azərbaycan yenidən anti-terror əməliyyatına başlaya bilərmi?

Ermənistandan növbəti təxribat – Azərbaycan yenidən anti-terror əməliyyatına başlaya bilərmi?Ermənistan təxribat törətməyə davam edir. Bəs bəyannaməyə uymayan mənfur düşmənə qarşı, lazım gələrsə, anti-terror əməliyyatına başlanıla bilərmi?

Mövzuyla bağlı BiG.AZ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Aydın Hüseynovdan münasibət öyrənib.

O bildirib ki, bu təxribatlar Ermənistan tərəfindən bəyannamənin şərtlərinə əməl olunmaması deməkdir.

"Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin məlumatında da qeyd edildiyi kimi, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində qeyri-qanuni qalan və indiyə qədər oradan çıxmalı olduqları halda hələ də orada olan Ermənistan silahlıları torpaqlarımızı atəşə tutur. Məlumdur ki, bu kimi təxribatları onlar daimi törədirlər. Baxmayaraq ki, 10 Noyabr bəyannaməsinə əsasən, erməni quldurları, silahlı birləşmələri həmin ərazilərdən getməli idilər, indiyə kimi fəaliyyət göstərmələri, orada qalmaları və mütəmadi olaraq təxribatlara əl atmaları yolverilməzdir. Bu, Ermənistan tərəfindən bəyannamənin şərtlərinə əməl olunmaması deməkdir.

Hesab edirəm ki, belə təxribatlar davam edərsə, birinci növbədə sülhməramlı missiyasını həyata keçirmək vəzifəsini üzərinə götürən Rusiya onları ərazimizdən çıxartmalıdır.

Təxribatlar davam edərsə, təhdidlər yaranarsa, Azərbaycan ordusu, Azərbaycan dövləti öz ərazisində suverenliyini qorumaq üçün bu kimi özbaşınalıqların, quldurluğun qarşısını alacaq".

Aysel SƏFƏRZADƏ


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1428   Tarix: 07 mart 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Məhəmməd Alpər Xəyali: TDT ölkələrinin davam etdirdikləri inteqrasiya prosesi çoxplanlıdır

TDT ölkələrinin əməkdaşlığı möhkəmləndirmək üçün hazırda davam etdirdikləri inteqrasiya prosesi çoxplanlıdır. "Report" xəbər verir ki, bunu Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibinin müavini Məhəmməd Alpər Xəyali Türk Dövlətləri Təşkilatı (TDT) ölkələrinin QHT-lərini

22:20 0
.

Ayın 17-də yağış intensivləşəcək, qara keçəcək - PROQNOZ

Mayın 17-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən BİG.AZ-a verilən məlumata əsasən, yarımadanın bəzi yerlərində intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayimləşəcək. Havanın temperatur

15:38 181
.

Tramp "dünyanın ən aktiv terrorçusu"nu öldürdüklərini bəyan etdi

ABŞ hərbçiləri Nigeriya Silahlı Qüvvələrindən olan həmkarlarının köməyi ilə dünyanın ən təhlükəli terrorçularından birinin - İŞİD-in rəhbərliyindəki "ikinci adam" olan Əbu Bilal əl-Minukinin məhv edilməsi üzrə əməliyyat keçiriblər. -ın xəbərinə görə, bu barədə ABŞ Prezidenti Donald Tramp "TruthSocial"

14:59 149
.

Şəhid bacısı: Xanabad kəndinə qayıdacağımız günü çox arzuladıq

Xocalı rayonunun Xanabad kəndinin sakini, şəhid bacısı Nübar Cabbarova doğma yurda qayıdacaqları günü çox arzuladıqlarını deyib. N. Cabbarova "Report"un Xocalıya ezam olunan əməkdaşına açıqlamasında məcburi köçkünlük dövründə doğma yurda qayıdacaqlarına inandıqlarını və bu arzu ilə yaşadıqların

16:10 135
.

Hörmüz boğazı nə vaxt açılacaq? - Vaşinqtondan İDDİALI AÇIQLAMA

Hörmüz boğazı 2026-cı ilin yayından gec olmayaraq açılacaq. -ın CNBC telekanalına istinadən xəbərinə görə, bu barədə ABŞ-nin energetika naziri Kris Rayt məlumat verib. "Hörmüz boğazından keçid mümkün olduğu zaman dərhal bərpa olunacaq, lakin ən geci bu yay olacaq", - deyə Rayt bildirib. Nazi

17:40 148
.

WUF13 çərçivəsində 9 HUB, 2 son məntəqə, 67-dən çox aralıq məntəqə təşkil edilib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən WUF13 Əməliyyat şirkəti ilə birgə Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində 9 HUB və 2 son məntəqə, eyni zamanda 67-dən çox aralıq məntəqə təşkil edilib. Bu barədə "Report"

17:00 149
.

Emi Karlon: ABŞ-Azərbaycan əməkdaşlığı sürətlə inkişaf edir

ABŞ-Azərbaycan əməkdaşlığı sürətlə inkişaf edir. "Report" xəbər verir ki, bunu ABŞ-nin Azərbaycandakı müvəqqəti işlər vəkili Emi Karlon Xəzər Universitetində tələbə və müəllim heyətinin qarşısında çıxışı zamanı bildirib. Onun sözlərinə görə, 2025-ci il avqustun 8-də Ağ Evdə keçirilmiş Sül

17:10 102
.

Banqkokda qatar avtobus və avtomobillərlə toqquşub, 8 nəfər ölüb

Tailandın paytaxtı Banqkokda dəmir yolu keçidində yük qatarının sərnişin avtobusu və minik avtomobilləri ilə toqquşması nəticəsində 8 nəfər ölüb. "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Thairath" qəzeti məlumat yayıb. Bildirilib ki, avtomobillər keçiddə dayanarkən qata

19:00 134
.

Peskov institutda türk dilini necə öyrənməsindən danışıb

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov institutda təhsil aldığı dövrdə türk dilini necə öyrənməyə başladığı barədə danışıb. "Report" xəbər verir ki, o, bu barədə "Birinci kanal"a müsahibəsində danışıb. Onun sözlərinə görə, bölgü sınaqlarından uğurla keçmək tələbələrə öyrənmə

21:10 93
.

TOP MP3