Eyni anda həm qripə, həm də koronovirusa yoluxanlar xəstəliyi necə keçirir? AÇIQLAMA
Son vaxtlar koronavirusla yanaşı qrip xəstəliyinin də geniş yayıldığına şahidlik edirik. Xüsusilə qripə yoluxan şəxslər bu xəstəliyi əvvəlki dövrlərə nisbətən daha ağır keçirdiyini bildirir və bunu müxtəlif səbəblərlə əlaqələndirirlər.
Qripə yoluxanlarının sürətlə artmasına və ağırlaşmalara səbəb nə ola bilər? Qrip və koronavirus bədəndə eyni anda mövcud olub, ağırlaşmaya səbəb ola bilərmi?
Məsələ ilə bağlı danışan infeksionist Nicat Əzimli qripə yoluxan insanlarda da ağırlaşmaların ola biləcəyini deyib. Mütəxəssis buna səbəb olan faktorlardan danışıb:
"Bəzi şəxslər koronavirusa yoluxduqları halda, bunu qəbullanmır və özünü qrip adlandırır. Lakin qrip də müəyyən hallarda ağırlaşmalara gətirib çıxarır. Belə ki, orqanizm zəifdirsə, xəstəlik müddətində ağırlaşma halları yaşana bilir. Koronavirusda yanaşı xəstəliklər, yaşın çox olması, artıq çəki və digər problemlər ağırlaşmalara səbəb ola bilirsə, digər infeksion xəstəliklərdə də müxtəlif səbəblər ağırlaşma yaradır. Qrip xəstəliyi üçün də bu xarakterik haldır".
İnfeksionist koronavirusa və qripə eyni anda yoluxmanın ağırlaşma halları yarada bildiyini də vurğulayıb:
"İki virusun eyni zamanda orqanizmə yoluxması koinfeksiya, bir virus bədəndə olduğu halda digər virusa yoluxma isə superinfeksiya deyilir. Bu hallar infeksion xəstəliklərdə yaşana bilir. Bəzən bu iki halın hər birində ağırlaşmalar daha çox qeydə alınır. Bunun da səbəbi orqanizmin iki xəstəlik törədici infeksiya ilə mbarizə aparmaq məcburiyyətində qalır və immun sistemi yüklənir. Buna görə də ağırlaşmalar qeydə alınır. Məsələn, hepatit D virusu təklikdə insaqn orqanizminə heş bir ziyan vura bilmir, amma hepatit B xəstəsinə Hepatit D virusu da yoluxarsa, o zaman kəskin ağırlaşmalar yaşanır və qısa müddətdə qara ciyər serrozu yaranır. Belə halların olması elmlə təsdiqlənib və digər infeksion xəstəliklərdə də baş verə bilir". /Sfera.az
BiG.Az
Telegramda izləyin
Sağlamlıq Baxılıb: 1490 Tarix: 13 fevral 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAlimlər orqanizmin hansı yaşda gücünü itirməyə başladığını müəyyənləşdirdi
Yaşlanma insanın fiziki qabiliyyətlərinə çoxlarının gözlədiyindən daha erkən təsir göstərməyə başlaya bilər. Alimlər müəyyən ediblər ki, yaş artdıqca fiziki göstəricilərin azalması sürətlənir. Bununla belə, yetkin yaşda idmanla məşğul olmağa başlamaq da fiziki göstəriciləri yaxşılaşdıra bilər. Qaynarinf
19.10.2026 1082 Qışda dəriyə qulluq zamanı edilən əsas səhvlər
İstilik mövsümündə mənzillərdə havanın quruması dərinin daha sürətlə nəm itirməsinə səbəb olur. Bu dövrdə isti su ilə yuyunmaq, skrablardan həddindən artıq istifadə etmək və dərini tez-tez təmizləmək isə qoruyucu baryeri zəiflədərək quruluğu daha da artıra bilər. Qaynarinfo xəbər verir ki, bu barəd
28.10.2026 842 Hansı yaşda ət yemək ömrü uzadır? - Elmi araşdırma
Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməklə əlaqəli ola bilər. xəbər verir ki, çinli mütəxəssislərin apardığı araşdırmanı
18.10.2026 936 Gündə minimum addım sayı təyin edildi
Gündə minimum 100 addım mifi təkzib edilib. xəbər verir ki, bu barədə kardioloq Denis Prokofyev bildirib. "Addım sayı burada əsas deyil. 100 addımlıq məqsəd sırf marketinqdir. Bu Yaponiyada addımölçənləri satmaq üçün ortaya çıxan marketinqdir. Bu, ciddi tibbi tövsiyə deyil", - deyə o vurğulayıb
08.10.2026 1054 Hepatit B və C tam müalicə olunur? - Mütəxəssis danışdı
Virus hepatitləri qaraciyərin iltihabına səbəb olan və geniş yayılmış infeksion xəstəliklər sırasındadır. Xəstəliyin bəzi növləri kəskin formada keçsə də, hepatit B və C uzun müddət heç bir əlamət vermədən inkişaf edərək xroniki xarakter ala, qaraciyərin ciddi zədələnməsinə səbəb ola bilər. Bununla yanaşı
01.11.2026 557 Məşhurlar ən çox bu kokteyli içir
Hər zaman bədən quruluşunun qeydinə qalan dünya ulduzları bunun üçün müxtəlif vasitələrə əl atırlar. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, məşhur simaların ən çox istifadə etdikləri isə kokteyllərdir. Xanımlarımızın da bəyənəcəyi bir resepti təqdim edirik. Ərzaqlar: 1 fincan su, 1 x.
25.10.2026 975 Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri
Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ola bilər. Ayaq qıcolmalarına susuz qalmaq, gün ərzində həddindən artıq fiziki yüklənmə
25.10.2026 808 Məşhur ədviyyatın qaraciyəri qocalmadan qoruya biləcəyi məlum olub
Zərdəçalın tərkibində olan kurkumin maddəsi qaraciyəri yaşla bağlı dəyişikliklərdən, iltihabdan və zədələnmədən qoruya bilər. xəbər verir ki, bu qənaətə "Food & Function" elmi jurnalında dərc olunan araşdırmanın müəllifləri gəliblər. Tədqiqatçılar bağırsaq, onun mikroflorası və qaraciyə
06.11.2026 458 Hepatitlə bağlı diqqətçəkən statistika: Ötən illə müqayisədə azalma var
2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda viruslu hepatit diaqnozu ilə 62 nəfər qeydiyyata alınıb. 2025-ci ilin eyni dövründə bu göstərici 109 nəfər olub. Bu barədə Trend-in sorğusuna cavab olaraq, Dövlət Statistika Komitəsindən məlumat verilib. Qeyd edilib ki, hesabat dövründə hepatit A diaqnoz
24.10.2026 717