Cinsi əlaqədə olduğu qızın fotolarını kəndə yaydı – Azərbaycanda dəhşətli hadisə
Neftçala rayonunda 1990-cı il təvəllüdlü Ülvi intim münasibətdə olduğu tanışı, 2002-ci il təvəllüdlü Leylanı (adlar şərti verilib – red.) intim fotoları ilə şantaj edib, onu cinsi əlaqəyə girməyə məcbur edib.
Ülvi 2019-cu ilin noyabrında istintaqa məlum olmayan tarixdə gecə saatlarında Leyla ilə evlərinin həyətyanı sahəsində cinsi münasibətdə olub.
O, Leyla ilə cinsi ehtirasını təmin edərkən mobil telefonunda çılpaq vəziyyətdə videoçəkiliş aparıb və qızın çılpaq fotoşəklini çəkib. Bundan sonra Ülvi Leylanı özündən asılı vəziyyətə salıb. Həmin asılılığından istifadə edib çılpaq vəziyyətdə video və foto şəkilləri kənd əhalisi arasında yayacağı ilə onu hədələyib.
Bu hədələrlə Ülvi 2020-ci il mayın 8-dən iyulun sonlarına kimi dəqiq günü istintaqa məlum olmayan tarixlərdə gecə saatlarında Leylanın yaşadığı evin həyətyanı sahəsində mütəmadi qeyri-təbii yolla cinsi əlaqədə olub.
Daha sonra seksual xarakterli hərəkətlərə məcbur edib.
Ülvi 2020-ci ilin iyunun istintaqa məlum olmayan günündə Leylanın çılpaq foto şəkillərini Neftçala rayonunun 5 kəndində əhali arasında yayıb.
İstintaq orqanı tərəfindən Ülvinin barəsində Cinayət Məcəlləsinin 151-ci (seksual xarakterli hərəkətlərə məcbur etmə) və 156.1-ci (şəxsi və ailə həyatının sirri olan məlumatların, belə məlumatları əks etdirən sənədlərin, video və foto çəkilişi materiallarının, səs yazılarının yayılması, habelə satılması və ya başqasına verilməsi qanunsuz toplanılması) maddələri ilə ittiham elan edilib.
Neftçala rayon Məhkəməsinin hökmü ilə Ülvi 2 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən olunub.
Hökmdən narazı qalan Ülvi apellyasiya şikayəti verib. O, Cinayət Məcəlləsinin 151-ci maddəsi ilə ittiham olunmasına dair hissədə hökmün ləğv edilməsi və həmin maddə ilə təqsirsiz olmasına dair qərar qəbul edilməsi xahiş edib.
Ülvi hesab edib ki, Cinayət Məcəlləsinin 151-ci maddəsi ilə ittiham olunmasına dair hissədə təqsirsiz olmasını təsdiq edən kifayət qədər sübutlar olmasına baxmayaraq məhkəmə sübutlara düzgün hüquqi qiymət verməyib, əsassız hökm qəbul edib.
Onun şikayətinə görə, zərərçəkmiş Leyla həm ibtidai istintaqda, həm də məhkəmədə onunla könüllü olaraq cinsi əlaqədə olmasına dair verdiyi ifadələr nəzərə alınmayıb.
Şirvan Apellyasiya Məhkəməsinin qərarı ilə Ülvinin verdiyi şikayəti təmin olunmayıb.
Ülvi bundan sonra kasasiya şikayəti verib. Onun şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib.
Hakim Tahir Kazımovun sədrliyi ilə baş tutan iclasda qərar elan edilib.
Ülvinin kasasiya şikayəti də təmin olunmayıb.(Teleqraf)
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 22458 Tarix: 07 fevral 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşXankəndidə səslənən tarixi mesajlar
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı ərazi bütövlüyünü və suverenliyini tam bərpa edərək çoxəsrlik tarixinin ən şanlı səhifələrindən birini yazıb. Şuşadan başlayan Böyük Qələbə salnaməsi 2023-cü ilin sentyabrında keçirilən uğurlu lokal antiterror tədbirlər
11.11.2026 317 TikTok moderasiya effektivliyini artırır: 2026-cı ilin ikinci rübündə Azərbaycanda 570 mindən çox video silinib
Video yaratmaq və izləmək üçün aparıcı platformalardan biri olan TikTok üçün istifadəçilərin təhlükəsizliyinin təmin edilməsi əsas prioritet olaraq qalır. Şirkət məzmunun moderasiyası texnologiyalarını davamlı olaraq təkmilləşdirir və İcma Qaydalarına əməl olunmasına dair hesabatları mütəmadi dərc edir
11.11.2026 254 Qırmızı Bazarda minaya düşən şəxsin bir əli amputasiya olundu
Mina partlayışı nəticəsində xəsarət alan şəxsin bir əli amputasiya olunub. -ın məlumatına görə, Füzuli Rayon Mərkəzi Xəstəxanasında, Bərdə rayon sakini, 1984-cü il təvəllüdlü İsgəndər Adil oğlu İsmayılovun sol əli bilək nahiyəsindən amputasiya olunub. Ona göstərilən digər tibbi yardımlar davam etdirilir
11.11.2026 159 Uşaq bağçaya getmək istəmirsə... valideynlər bunları etməlidir
Səhərlər uşaq bağçasının qapısı qarşısında ağlayan uşaqlarla bir çox valideyn qarşılaşır. Uşaq anasının və ya atasının əlindən yapışaraq evdə qalmaq istəyir. Əksər hallarda bu davranış şıltaqlıq deyil, yeni mühitə uyğunlaşma prosesinin bir hissəsidir. Adətən uyğunlaşma iki-dörd həftə davam edir. xaric
11.11.2026 186 Ərdoğan: "Bəşəriyyət ən ağır iqlim böhranlarından biri ilə üz-üzə qalıb"
Bəşəriyyət xüsusən də həddindən artıq istehlaka meyillilik səbəbindən tarixinin ən ağır iqlim böhranlarından biri ilə üz-üzə qalıb. TASS-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Antalyada keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransını
11.11.2026 160 Maaşların gecikdirilməsi və ya azaldılmasına nəzarət gücləndiriləcək
Azərbaycanda əməkhaqqının gizlədilməsi hallarına qarşı yeni mexanizm tətbiq olunacaq. Axşam.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Zaur Əliyev Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında deyib. Onun sözlərinə görə, işçilərə əməkhaqq
11.11.2026 302 Prezident həmkarına başsağlığı verdi
Azərbaycan Prezidenti İlham Əliyev Bolqarıstan Prezidenti İliyana Yotovaya başsağlığı məktubu ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, məktubda deyilir:. "Hörmətli xanım Prezident,. Bolqarıstanda baş vermiş ağır yol-nəqliyyat hadisəsi nəticəsində insanların həlak olması və yaralanmas
11.11.2026 296 Şuşadan düşmən və qarayaxanlara ünvanlanan mesajlar
8 Noyabr 2026-cı il - Şanlı Zəfərimizin altıncı ildönümü günündə Türkiyə Cumhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan növbəti dəfə dost və qardaş Azərbaycana səfərə gələrək xalqımızın əziz gününü Şuşada Prezident İlham Əliyevlə birgə qeyd etmişdir. Azərbaycana səfəri və Şuşada görüşü iki qardaş dövləti
11.11.2026 269 Ermənistanda müxalifət nümayəndəsinin ölümü araşdırılır
Ermənistanın İstintaq Komitəsi müxalifətdəki "Güclü Ermənistan" partiyasının üzvü Arsen Gevorgyanın məhkəməyəqədər həbsdə ölümü ilə bağlı cinayət işi açıb. xəbər verir ki, bu barədə məlumat yayıb. Nəşrin məlumatına görə, "Güclü Ermənistan" partiyasından Stepanavan icmasının rəhbər
11.11.2026 230