Bakıda yeni tikilən metrostansiyadan görüntülər - FOTO
Bakı metrosunda ikinci yerüstü stansiya 2022-ci ildə hazır olacaq.
Bu barədə Bakı Metropolitenindən BiG.AZ-a bildirilib.
Qeyd edək ki, Xocəsən deposunda sərnişinlər üçün yerüstü stansiya da tikilir. Qəsəbə və ətraf ərazilərin sakinlərinin və burada çalışanların şəhərin digər inzibati ərazilərinə yolunu xeyli qısaldacaq bu stansiya "Bakmil"dən sonra Bakı metrosunun ikinci yerüstü stansiyası olacaq.
Onun inşasında da əhəmiyyətli mərhələ geridə qalıb. Müasir tələblərə uyğun olaraq burada da sərnişin platformasına qalxmaq üçün iki eskalator quraşdırılıb.
Hazırda vestibül, keçid tuneli və gözləmə zalında döşəmə və divar üzləməsi işləri tamamlanıb. 7 vaqonluq qatarları qəbul edəcək 144 m uzunluğunda platformanın tikinti-quraşdırma işləri tamamlanıb, üzləmə işləri aparılır.
Bura qədər çəkiləcək dəmir yolunun da yalnız stansiya qarşısındakı hissəsi qalıb. Xidməti otaqlarda da son tamamlama işləri, kabelləşmə davam edir.
Bundan başqa, hazırda daha bir stansiya inşa olunur.
İnşaat işləri Bənövşəyi xəttin Cəlil Məmmədquluzadə küçəsində yerləşəcək, şərti adı "B-04" olan stansiyada da fəal fazasına 2021-ci ilin yay aylarında qədəm qoyub.
Heydər Əliyev adına İdman-Konsert Kompleksinin arxasında və 1 saylı Şəhər Klinik Xəstəxanasının yaxınlığında yerləşən stansiya kompleksinin uzunluğu 170 metrdir.
Ərazinin relyefinə görə 29-32 metr dərinlikdə olacaq stansiya 4 səviyyədən ibarət olacaq. 2021-ci il ərzində bu səviyyələrdən birincisində - kassa zalı səviyyəsi tikilib.
Stansiya ekoloji cəhətdən təmiz, eyni texniki və iqtisadi cəhətdən səmərəli "Qruntda divar" üsulu ilə inşa olunduğundan işlər qənaətli yuxarıdan aşağı olmala aparılır. İkinci səviyyə texniki, üçüncü platformaya keçid xarakterli mezonin qatı, sonuncu isə 144 metr uzunluğunda platforma olacaq.
"Memar Əcəmi" stansiyasından başlayaraq, Bənövşəyi xəttin stansiyaları "Qruntda divar" üsulu ilə tikilir. Bu üsulun tələblərinə uyğun olaraq 1010 və 1021 metr uzunluqlarında olan iki tunel də inşa olunub.
Bu isə o deməkdir ki, sonuncu, platforma səviyyəsində 7 vaqonlu qatarların dayanması üçün nəzərdə tutulmuş stansiya yolu da qazılıb.











BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 2231 Tarix: 11 yanvar 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşMagistraturaya qəbulun II cəhdi təkrar keçiriləcək
Əlverişsiz hava şəraiti ilə əlaqədar baş verən fors-major hal nəzərə alınaraq Bakı, Abşeron və Sumqayıt şəhərlərində 14 iyun 2026-cı il tarixində magistraturaya qəbul imtahanının ikinci cəhdi təkrar keçiriləcək. Bu barədə -a DİM-dən məlumat verilib. Bildirilib ki, 17 may tarixində Bakı şəhəri, Abşero
18.05.2026 220 Yeni evlənənlərə təyyarəyə minərkən gözlənilməz əlavə ödənişlərlə bağlı XƏBƏRDARLIQ
Toydan sonra soyadını dəyişən sərnişinlər təyyarəyə minərkən problemlə üzləşə bilərlər. Bir çox yeni evlənən cütlük toy mərasimindən dərhal sonra bal ayına yollanmağa çalışır. Lakin sevinc və ya toy hazırlığının yaratdığı qarışıqlıq səbəbindən onlar bahalı səhvə yol verə bilərlər. xarici mediaya istinadə
18.05.2026 191 Qızıl və gümüş almaq istəyənlərin DİQQƏTİNƏ!
Nyu-Yorkun COMEX əmtəə birjasında qızıl fyuçerslərinin qiyməti (İyun ayında çatdırılma - Qeyd) 30 mart 2026-cı ildən bəri ilk dəfə troya unsiyası üçün 4500 dollardan aşağı düşüb. xəbər verir ki, qızılın qiyməti 1,43% azalaraq 1 troy unsiyası üçün 4496,7 dollar olub. Yaxın Şərqdəki münaqişənin tam bitməməs
18.05.2026 181 8 yaşlı azərbaycanlı Rusiyada faciəvi şəkildə öldü - Fotolar
Ağcabədi sakini Rusiyada faciəvi şəkildə həlak olub. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, rayonun Qaraxanlı kəndindən olan, 2018-ci il təvəllüdlü Quliyeva Sevinc Məhəmməd qızı Rusiyanın Ryazan vilayətində Ukrayna Silahlı Qüvvələrinin hücumu nəticəsində həyatını itirib. S. Quliyevanı
18.05.2026 274 Moldova Rusiyaya nota verib
Rusiyanın Kişinyovdakı səfiri Moldova Xarici İşlər Nazirliyinə çağırılıb. APA-nın Rusiya bürosu xəbər verir ki, buna səbəb mayın 13-də Ukraynadan Moldova hava məkanına daxil olan PUA ilə bağlı insident olub. Moldova XİN həmin pilotsuz uçuş aparatının Rusiyaya məxsus olduğunu açıqlayıb. Rusiya səfirin
18.05.2026 148 Amerika nüvə sualtı qayıqlarının istehsalını artırır
ABŞ 2027-2031-ci illər ərzində sualtı qayıqların tikintisinə ümumilikdə 124,9 milyard dollar xərcləməyi planlaşdırır. xəbər verir ki, bu barədə RIA Novosti ABŞ Hərbi Dəniz Qüvvələrinin illik planına istinadən məlumat yayıb. Məlumata görə, ABŞ həmin dövrdə hər il ən azı bir "Columbia" sinifl
18.05.2026 180 "Gələcəyə yaşıl miras" devizi ilə 40 min ağac əkilib
Ekologiya və Təbii Sərvətlər Nazirliyi və "Azərlotereya" ASC-nin birgə təşkilatçılığı ilə "Gələcəyə yaşıl miras" devizi altında ağacəkmə aksiyası keçirilib. Ətraf mühitin mühafizəsi, təbii ehtiyatların qorunması və ölkədə yaşıllıq sahələrinin artırılması məqsədilə 2023-cü ildən etibarə
18.05.2026 199 "İslami-Cihad" qruplaşmasının komandiri öldürüldü
İsrail Hərbi Hava Qüvvələri Livanın şərqində yerləşən Baalbek şəhərinə raket zərbəsi endirib. xəbər verir ki, bu barədə Livan mətbuatı məlumat yayıb. Məlumata görə, hücum zamanı yaşayış binası dağılıb və bir neçə nəfər həyatını itirib. Ölənlər arasında radikal "İslami-Cihad" qruplaşmasını
18.05.2026 148 Bakı-Tbilisi qatarı 6 il sonra açılır - Bu tarixdən
Bakı və Tbilisi arasında sərnişin qatarları 6 illik fasilədən sonra bərpa olunur. "Qafqazinfo" "yə istinadla xəbər verir ki, bu barədə Gürcüstanın hökumət administrasiyası məlumat yayıb. Bildirilir ki, Bakı və Tbilisi arasında gündəlik sərnişin dəmir yolu nəqliyyatı 26 may tarixindən etibarə
18.05.2026 247