Bərdədə şok olay: Qadın evində saxladığı kişi ilə qızını zəncirlədi - TƏFƏRRÜAT

Bərdədə şok olay: Qadın evində saxladığı kişi ilə qızını zəncirlədi - TƏFƏRRÜATBərdə rayonunda 1985-ci il təvəllüdlü Əkbər qeyri-rəsmi nikahda yaşadığı 1991-ci il təvəllüdlü Nigarla (adlar şərti verilib – red.) azyaşlı uşaqlarına işgəncə veriblər.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, Əkbər 22 iyul 2021-ci ildə, saat 11 radələrində qeyri-rəsmi ər-arvad münasibətlərində yaşadığı Nigarın yetkinlik yaşına çatmayan övladı, 2003-cü il təvəllüdlü Ramellanın hər gün axşamlar evə gec gəlməsini bəhanə edib, onu tərbiyələndirmək məqsədilə saçından tutaraq sanitar qovşağa gətirib.

Əkbər orada daşla Ramellanın baş nahiyəsinə, yumruqlarla qarın və sinə nahiyələrinə zərbələr vurub. Sonra Nigarla birlikdə Ramellanı ayaqlarından zəncirlə bağlayıb, orada ona işgəncə veriblər.

İstintaq orqanı tərəfindən Əkbər və Nigarın barəsində Cinayət Məcəlləsinin 133.2.4-cü (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı əzab vermə), 145.2.3-cü (yetkinlik yaşına çatmayan şəxsi qanunsuz azadlıqdan məhrum etmə) və 145.2.4-cü (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən qanunsuz azadlıqdan məhrum etmə) maddələri ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Əkbər ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, iyulun 22-də təxminən saat 14-15 radələrində Nigarın anası Yetəri kiçik qızı Baharla birlikdə Mingəçevir şəhərinə yola salmaq üçün Bərdə avtovağzalına aparıb: "Yetəri avtovağzaldan yola saldıqdan sonra birbaşa evə qayıtdım. Nigarla evdən çıxarkən Məhbubəni evdə qoyduq, otağın qapısını evi tərk edə bilməsin deyə kilidlədik.

Biz evdən getdik, bir qədər sonra geri qayıtdıq. Nigar qapının kilidini açan kimi Məhbubə otaqdan çıxdı, aşağı mərtəbəyə düşdü. Məhbubə qonşuluqdakı Nərminə adlı qadınla mübahisə etdiyi üçün Nigar onu evə gətirdi, otaqda döyməyə başladı".

Əkbər bildirib ki, həmin vaxt Məhbubə əli ilə anası Nigarı vurub:

"Bunu görəndə özümü saxlaya bilmədim və bir dəfə sol əlimlə onun başının əng hissəsinə şillə vurdum. Sonra evdə olan zəncirlə Məhbubəni sanitar qovşağında ayağından dəmir boruya bağladım, zənciri aça bilməməsi üçün qıfıl da vurdum. Məhbubəni ayağını dəmir zəncir bağlamaq fikri onun anasına məxsus olub".

Cinayət işi üzrə digər təqsirləndirilən Nigar bildirib ki, iki yetkinlik yaşına çatmayan qızları ilə Bərdə şəhərindəki yataqxanada yaşayıb: "İki dəfə evlənib boşanmışam. Təxminən bir il əvvəl tanış olduğum Əkbər mənimlə eyni mənzildə yaşayıb. Əkbər mənim və uşaqlarımın daima qayğısına qalıb. Əvvəllər kafedə işləsəm də, sonradan oradakı iş fəaliyyətimi dayandırmışam.

Əkbərlə tanış olduqdan sonra bizim maddi ehtiyaclarımızı qarşılayıb. Axşamlar atasına məxsus "VAZ 2106" markalı avtomobil ilə Bərdə şəhərində taksi fəaliyyəti ilə məşğul olub".

Məhbubə qeyd edib ki, iyulun 21-də nənəsi Yetər Mingəçevirdən onlara qonaq gəlib:

"Bir gün bizdə qaldı. Həmin gün qonşuluqdakı qadınla mübahisə etdiyim üçün əvvəl anam məni döydü, sonra isə Əkbər başıma şillə vurdu. Əkbər həmişəki kimi bizim evdə gecələdi. Növbəti gün nənəmi Mingəçevirə yola salmaq üçün Əkbər onu Bərdə avtovağzalına apardı. Nənəmi yola salmağa anam və bacım da getmişdi. Anam evdən çıxanda mənim olduğum otağın qapısını arxadan kilidlədi. Əkbər isə "dayan, bir azdan gəlirəm" dedi. Təxminən 40-50 dəqiqə sonra geri qayıtdılar. Əkbər məhəllədən beşinci mərtəbəyə anamdan tez çatdı. Qapını açan zaman əlində qıfıl və zəncir vardı.

Əkbər sacımdan tutdu, yataqxananın beşinci mərtəbəsində yerləşən sanitar qovşağa apardı. Zəncirlə ayağıma, qollarıma, belimə vurmağa başladı. Əvvəl zənciri sol ayağıma doladı və təzə aldığı qıfılla kilidlədi. Sonra zəncirin digər tərəfini dəmir boruya doladı və həmin hissəni yaşadığımız mənzilin qapısını bağladığımız köhnə qıfılla kilidlədi".

Məhbubənin ifadəsinə görə, təxminən saat 21 radələrində Əkbər yenidən yataqxanaya gəlib:

"Dördüncü mərtəbədə gürcüstanlı bir qadınla mübahisə etdi. Mən gələn səslərin hamısını eşidə bildim. Əkbər mənzilə daxil olmamış sanitar qovşağa gəldi, məni yenidən döydü. Sonra çimdi və gec gələcəyini bildirərək qıfılların açarlarını anama verdi. Sanitar qovşağında axşama kimi zəncirlənmiş vəziyyətdə qalmışam. Məni polislər xilas etdilər".

Bu cinayət işinə Bərdə rayon Məhkəməsində baxılıb.

Əkbər 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Digər təqsirləndirilən Nigar isə 3 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

Nigarın üzərinə Bərdə rayonunun Lənbəran kəndi ərazisində yerləşən Kəlbəcər rayon kökəltmə birliyində yaşayış yerini axşam saat 23.00-dan səhər saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, rayon ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulub.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1716   Tarix: 10 yanvar 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Xankəndidən verilən mesajlar Qarabağa qayıdışa töhfədir

8 Noyabr - Zəfər Gününün altıncı ildönümünü qeyd etdiyimiz bu gün Azərbaycan xalqının yaddaşında silinməz iz qoymuş tarixi hadisələri bir daha xatırlayır, keçdiyimiz yolun nəticələrini və qarşıda duran vəzifələri dərk edirik. Prezident İlham Əliyevin bu gün Xankəndidən Azərbaycan xalqına ünvanladığ

10:24 128
.

Qarabağda gedən quruculuq işlərinin templəri artmaqdadır

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı ərazi bütövlüyünü və suverenliyini tam bərpa edərək çoxəsrlik tarixinin ən şanlı səhifələrindən birini yazıb. Şuşadan başlayan Böyük Qələbə salnaməsi 2023-cü ilin sentyabrında keçirilən uğurlu lokal antiterror tədbirlər

11:04 120
.

Sarsılmaz müttəfiqlik, ortaq strateji hədəflər

Azərbaycan və Türkiyə əsrlər boyu ortaq tarix, mədəniyyət, dil və dini dəyərlər əsasında formalaşmış möhkəm qardaşlıq telləri ilə bir-birinə bağlı olan iki dost və qardaş ölkədir. "Bir millət, iki dövlət" prinsipi bu münasibətlərin təməlini təşkil edərək, təkcə regionda deyil, bütün dünyad

11:48 44
.

Rusiya 4 nəhəng şirkəti cərimələdi - SƏBƏB

Rusiyada "Apple", "Google", "Telegram" və "Wikipedia"a 26,3 milyon rubl cərimə kəsilib. "Qafqazinfo" xarici mediaya istinadən xəbər verir ki, Moskvanın Taqanski Rayon Məhkəməsi şirkət və təşkilatlara qarşı açılan işlər üzrə qərar qəbul edib. Məhkəməni

10.11.2026 283
.

Antalyada Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan arasında təmiz enerji sazişi imzalanıb

Antalyada keçirilən COP31 çərçivəsində Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan arasında təmiz enerji sahəsində strateji tərəfdaşlıq haqqında Saziş imzalanıb. APA-nın Türkiyə bürosu xəbər verir ki, sənədi Azərbaycanın energetika naziri Pərviz Şahbazov, Türkiyənin enerji və təbii sərvətlər nazir

10.11.2026 284
.

Ərdoğanın Zəfər Günündə Qarabağa səfərinin siyasi və mənəvi əhəmiyyəti

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəfər Günü münasibətilə Azərbaycana, o cümlədən Qarabağa səfəri, ilk növbədə, iki qardaş ölkə arasında mövcud olan tarixi dostluğun, strateji müttəfiqliyin və sarsılmaz həmrəyliyin növbəti təzahürü kimi qiymətləndirilməlidir. Bu səfərin ən mühü

11:29 97
.

Yaşadığı evdən meyiti tapıldı

Bərdədə 40 yaşlı kişinin meyiti yaşadığı evdə aşkarlanıb. "Qafqazinfo"nun məlumatına görə, hadisə rayonun Qarağaclı kəndində qeydə alınıb. Belə ki, 1986-cı il təvəllüdlü İlqar Muradovun meyiti yaşadığı evdə tapılıb. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub. Faktla bağlı Bərd

10.11.2026 308
.

"Eşref"in ən sadiq əməkdaşı olacaq

"TimBi" şirkətinin istehsalı olan "Eşref Tek" serialında rol alacaq daha bir aktrisanın adı məlum olub. "Qafqazinfo" Türkiyə KİV-ə istinadən xəbər verir ki, layihədə aktrisa Ecem Simge Yurdatapan da rol alacaq. Yurdatapan böyük maraqla gözlənilən serialda "Sude"

10.11.2026 351
.

Şuşanın yeni siması aparılan quruculuq işlərinin göstəricisidir

Prezident İlham Əliyevin Zəfər Gününün altıncı ildönümündə Şuşaya səfəri, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın isə məhz bu əlamətdar gündə Qarabağa səfəri Şuşanın ölkəmizin siyasi və mənəvi həyatındakı müstəsna yerini bir daha gündəmə gətirdi. Bu hadisələr həm də Şuşanın Azərbaycanın milli kimliyinin

11:54 0
.