"Sirli daxma" - Ayın qaranlıq üzünün sirri açıldı

"Sirli daxma" - Ayın qaranlıq üzünün sirri açıldıÇin Milli Kosmos İdarəsinə (CNSA) bağlı kanal olan "Our Space" 2021-ci il dekabrın əvvəllərində Ayın üfüqündə boz küp şəklindəki bir obyektin görünüşünü çəkmişdi.

BiG.AZ Lent.az-a istinadən bildirir ki, kəşf "sirli daxma" adlandırmış, bunun bir "Ay sarayı" və ya yadplanetli baza ola biləcəyi söylənmişdi.

Həqiqət bir neçə gün əvvəl "Yutu-2" kosmik gəmisinin cismə yaxınlaşmasıyla ortaya çıxdı. Yadplanetli bazası yerinə cisimin sadə bir qaya olduğu məlum oldu. Bu qayaya "Ay dovşanı" adı verildi.

Qeyd edək ki, 2019-cu ildə Aya enən "Yutu-2" Çinin "Chang'e-4" missiyasının bir parçası olaraq Ayın Yer kürəsindən görünməyən tərəflərini kəşf etməyə çalışır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 568   Tarix: 10 yanvar 2022  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Turlar.az