Zənginlər sənətkarlıq nümunələrinə az maraq göstərirlər – MÜSAHİBƏ

Zənginlər sənətkarlıq nümunələrinə az maraq göstərirlər – MÜSAHİBƏKiş kəndində yerləşən Alban məbədi Şəkiyə gələn həm yerli, həm də əcnəbi turistlərin ən çox ziyarət etdiyi məkanlardandır. Mən də bura qədər gəlib çıxmışkən Kiş məbədini görməmiş getməmək qərarına gəldim. Məbədə gedərkən bir nəfərin evinin darvazası önündə oyma və yandırma üsulları ilə taxtadan hazırladığı suvenirlər diqqətimi çəkdi. Qərara gəldim ki, məbədə gedənləri "yolundan edən" sənətkarla söhbət edim. Burada at, dəvə, ayı, canavar, bayquş fiqurları, taxta bıçaqlar, müştük, əsa, təsbeh və sair suvenirlər gözə dəyirdi. Bütün əşyalardan daha çox isə sənətkarın oyma oymaqdan deşilmiş, əzilmiş, qaralmış barmaqları danışırdı. Bu barmaqlara, əllərə baxmaq bəs edirdi ki, qiymət barədə artıq söhbət etməyəsən, deyilənlə razılaşasan və aldığının necə böyük zəhmət bahasına başa gəldiyini görəsən.

Kiş kəndinin sakini, sənətkar Azər Xasməmmədov bədii ağac işləmə sahəsində çalışır, ağac üzərində oyma işləri görür. Təvazökar, çəkingən bir insandır. Yəqin, istəyir ki, onun yerinə gördüyü işlər danışsın. Amma o suvenirlərin, oyma işlərinin öz dili olsa da, biz sənətkarın dediklərinə də yer vermək qərarına gəldik.

Sənətkar "Kaspi" qəzetinə müsahibəsi zamanı maraqlı fikirlər səsləndirib.

– Azər bəy, suvenirləri nə zamandan hazırlamağa başlayıbsınız?

– Bu işlə iki ildir ki, ardıcıl şəkildə məşğul oluram. Amma uzun illərdir ki, rəsm əsərləri çəkirdim. Sonra koronavirus pandemiyası başladı, hər tərəfdə iş yerləri bağlandı, hər kəs evə qapandı, beləliklə, düşünmək və işləmək üçün xeyli vaxt imkanı yarandı. Mən də bu fürsətdən istifadə edərək əvvəlcə sadə fiqurların eskizlərin çəkib düzəltməyə başladım, gördüm ki, yaxşı alınır, ona görə də, davam etmək qərarına gəldim. Şükür ki, alıcılar əl işlərimdən razıdırlar, fərqli üslubum olduğunu deyirlər.

– Burada onlarla fiqurlar, suvenirlər var. Bilmək istərdim ki, onların hansını düzəltmək daha çətindir və alıcılar daha çox necə suvenirlərə meyil göstərirlər?

– Qu quşları, dəvə, şir, bayquş, məbəd fiqurları, mücrülər, məscid suvenirləri alıcılar tərəfindən çox alınır. İnsanların inancları fərqli olduğuna görə meyil göstərdikləri suvenirlər də müxtəlifdir. Amma hansının hazırlanmasının daha çətin olduğuna gəldikdə isə hər bir əl işi özünə görə çətindir. Asan oyma işi, demək olar ki, yoxdur. Hər bir suvenir, oyma işi əl əməyi, göz nuru hesabına başa gəlir. Xüsusən isə ev formasında hazırladığım suvenirlər, bəzən on günlərlə vaxtımı alır. Mən heç bir qəlibdən istifadə etmirəm, ona görə də, əl işlərimin heç biri bir-birinə bənzəmir. Sadəcə onu deyə bilərəm ki, heyvanlar aləminə böyük marağım olduğuna görə onlarla bağlı fiqurları düzəltmək mənim üçün həm maraqlı, həm də asandır.

"Sənətkarı yaşadan orta təbəqədir"

– Taxta suvenirlər hazırlamaq üçün əksərən hansı ağaclardan istifadə edirsiniz?

– Cökə, palıd, yasəmən ağaclarından daha çox istifadə edirəm. Çünki onlar daha uzunömürlü və möhkəm olurlar.

– Bu fiqurları hazırlayarkən internet portallarında hansısa videoları isləyirsiniz?

– Bu sənətə təzə-təzə başlayanda bir müddət baxdım, hardasa 4-5 ay, amma sonra əlim işə öyrəşdi deyə daha o tipli videolara baxmağa ehtiyacım qalmadı.

– Yaşlı alıcılarla gənc alıcıların suvenirlərə maraq baxımından zövq fərqləri necə təzahür edir?

– Gənclər tar-kaman fiqurları, təsbehlər, yaşlılar isə dəvə suvenirləri alırlar.

– Əl ağaclarını necə hazırlayırsınız?

– Bilirəm o sualı nəyə görə verirsiniz, görürəm ki, bu işə nabələd deyilsiniz. Yəqin fikirləşirsiniz ki, əl ağaclarını, əsaları hazır ağacdan düzəldirəm, yoxsa onları ağacın içindən çıxarıram, hə?

– Bəli, sadəcə birbaşa sual vermək istəmədim...

– Ağacın içindən kəsib çıxarıram.

– Suvenirlərin qiyməti neçə manatdan başlayır?

– Qiymətlər 10-150 manat arası dəyişir.

– Müharibə ilə bağlı top, tüfəng suvenirləri hazırlayıbsınız. II Qarabağ Savaşı vətəndaşların bu cür suvenirlərə marağının artmasına təsir edibmi?

– Bəli, qismən edib. Məsələn, "İtiqovan" adlı pilotsuz uçuş aparatının suvenirini düzəltmişdim 3-5 gün ərzində hamısı satılıb qurtardı.

– İnsanlarda alıcılıq qabiliyyəti necədir, alverinizdən razısınızmı?

– Yaxşıdır, narazı deyiləm. Sənətkarı yaşadan həmişə orta təbəqədir, zənginlər sənətkarlıq nümunələrinə az maraq göstərirlər.

"Sənətkarlığa meyl azalıb"

– Yaradıcılıq prosesiniz barədə nə deyə bilərsiniz?

– Əvvəlcə yaradacağım fiquru uzun müddət düşünürəm. Ağacdan qopan hər tilişkənin ölçüsü belə beynimdə canlanır. Ağaca baxanda onun içindən çıxacaq fiquru görürəm.

– Qiymət söhbəti edənlər, suvenirləri daha ucuz almaq istəyənlər çoxdur?

– Vallah, bu işi görmək – bədii ağacişləmə ilə məşğul olmaq zülmdür. Bu fiqurların şəklini çəkmək belə asan deyil, nəinki taxtadan suvenirlər, cürbəcür fiqurlar düzəldəsən. Əllərim yaradır. Taxtaları hazırlayandan sonra rəngləmək üçün yanma metodundan istifadə edirəm, Bəzən barmaqlarım da yanır. Boyadan yararlanmıram, lakı isə ancaq lazım olanda vururam.

– Yaxın ərazidə sizdən başqa bədii ağacişləmə ilə məşğul olan varmı?

– Xeyr. Çünki indi sənətkarlığa meyil azalıb. Ona görə də insanlar həyatını bu cür işlərə sərf etmək istəmirlər.


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1319   Tarix: 09 yanvar 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Smartfonu uzun müddət qoruyub saxlamağın düzgün yolları AÇIQLANDI

Smartfonu uzun müddət istifadə etmədən saxlayarkən müəyyən qaydalara əməl etmək lazımdır. bildirir ki, bu barədə "BGR" portalı yazıb. Portalın mütəxəssisləri müəyyən səbəblərdən smartfonlarını uzun müddət istifadə etmədən saxlamalı olan şəxslər üçün tövsiyələr siyahısı hazırlayıblar. İlk növbədə

09.08.2026 247
.

Ailədə neçənci uşaq olmağımız sağlamlığımıza təsir edirmiş

Yeni və genişmiqyaslı araşdırma doğum sırası ilə müxtəlif xəstəliklərin inkişaf riski arasında əvvəllər düşünüldüyündən daha geniş əlaqənin olduğunu ortaya qoyub. "Qafqazinfo" xəbər verir ki, "Nature Health" jurnalında dərc olunan araşdırmada iki uşaqlı ailələrdən 10 milyondan ço

07.08.2026 459
.

Tənbəl insanlar daha güclü immunitetə sahibdirlər - Alimdən maraqlı açıqlama

Tənbəllik etmək immunitetin möhkəmlənməsinə müsbət təsir göstərə bilər. xəbər verir ki, bu barədə rusiyalı tibb elmləri namizədi, Perm Milli Tədqiqat Politexnik Universitetinin Kimya və Biotexnologiya kafedrasının baş elmi işçisi Valeri Litvinov TASS-a müsahibəsində bildirib. Mütəxəssis qeyd edib ki

09.08.2026 269
.

Gündüz piramidaları ziyarət etmək qadağan olundu

Misir hakimiyyəti ekstremal istilər səbəbindən Giza piramidalarına və Luksordakı qədim abidələrə gündüz ekskursiyalarına məhdudiyyət qoyub. xəbərə verir ki, hazırda ən yüksək temperatur ölkənin mərkəzi və cənub bölgələrində qeydə alınır. Qahirədə havanın temperaturu gündüz kölgədə +36 dərəcəyə, Lukso

09.08.2026 272
.

İlk iş günündə 47 saniyədən sonra QOVULDU

İsveçdə yaşlılara qulluq müəssisəsində işə başlayan əməkdaş ilk iş gününün başlamasından cəmi 47 saniyə sonra işdən çıxarılıb. xəbər verir ki, kişi işə qəbul olunarkən panik atak keçirə biləcəyini rəhbərliyə əvvəlcədən bildirib. Buna baxmayaraq, müəssisə onu işə götürüb. İlk iş günündə həyəcan keçirə

02.08.2026 253
.

Uşaq qohumlarla ünsiyyət qurmaq istəmirsə, nə etməli? - Psixoloqların TÖVSİYƏSİ

Uşağınızdan nənəsini qucaqlamağı xahiş edirsiniz, amma o, sizin arxanızda gizlənir. Siz narahat olursunuz, nənə inciyir, uşaq isə özünü gərgin hiss edir. Belə vəziyyət bir çox ailəyə tanışdır. Mütəxəssislər bildirirlər ki, uşağı qohumlarla məcburi ünsiyyətə vadar etmək onda hörmət hissi yaratmır, əksinə

09.08.2026 257
.

İsti havada dərhal soyuq suya girmək hansı fəsadlara yol aça bilər? - Həkimdən XƏBƏRDARLIQ

"Günəş altında qaldıqdan dərhal sonra qəfil soyuq suya girmək əzələlərdə spazmalara səbəb ola bilər". RT-yə istinadən xəbər verir ki, bunu rusiyalı həkim-nevroloq Anastasiya Korolyova deyib. Həkimin sözlərinə görə, suda üzərkən yaranan qıcolmalar əsasən əzələ yorğunluğu ilə əlaqədardır, mikroelemen

02.08.2026 234
.

Ehtiyat hissələri alarkən ən çox edilən 5 səhv

Avtomobil ehtiyat hissələri alarkən diqqətli olmaq vacibdir, çünki səhv seçimlər həm maliyyə zərərlərinə, həm də avtomobilin performansına mənfi təsir göstərə bilər. Ehtiyat hissəsi alarkən, düzgün qərarlar vermək avtomobilinizin performansını və təhlükəsizliyini təmin etmək üçün vacibdir. Ehtiyat hissəs

02.08.2026 264
.

330 metrlik asteroid Yerə yaxınlaşacaq - Toqquşma təhlükəsi yoxdur

Avqustun 10-da, Bakı vaxtı ilə səhər saat 04:20-də "2019 NY2" asteroidi Yerin yaxınlığından keçəcək. xəbər verir ki, asteroid potensial təhlükəli obyekt kimi təsnif edilsə də, mütəxəssislər onun Yer üçün real toqquşma riski yaratmadığını açıqlayıblar. "2019 NY2" planetimizdən təxminə

08.08.2026 229
.

TOP MP3